22 fev 23:44aktual

Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq

Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq
Firuz Abdulla: “Mundiala jurnalist adıyla Elxan Məmmədovun yaxın adamları getmir”
Yayda Rusiyada keçiriləcək dünya çempionatına marağın yüksək səviyyədə olması mütləqdi. Təkcə azarkeşlər yox, jurnalistlər də mundialda yaxından iştirak etməyə səy göstərir. Bu da başadüşüləndi. Həmkarlarımız bütün oyunları pulsuz izləmək imkanına sahib olmaqdan başqa, həm də dünyanın ulduz futbolçularını yaxından görmək, onlarla həmsöhbət olmaq şansı qazanacaq. Bu isə ürəyi Rusiyada olmaq istəyən hər jurnalistə şamil edilmir.
Təşkilatçılar müxtəlif ölkələrin federasiyalarına məhdud sayda yer ayırıb. Bəribaşdan qeyd edək ki, Azərbaycana, dəqiq desək, AFFA-ya ayrılan kvota cəmi 3 nəfər üçün nəzərdə tutulub. İkisi yazılı mətbuatdan olmalıdı, biri isə fotoqraf. Mundialda iştirak edib reportaj hazırlamaq istəyənlərin say çoxluğunu nəzərə alsaq, əlbəttə, 3 yer olduqca azdı. Mövzuya toxunmağımızın səbəbi var.
Vaxtilə “Futbol+”də çalışmış, hazırda prosport.az saytına rəhbərlik edən Səbuhi Musayev də dünya çempionatının dadını-duzunu canlı görmək istəyənlərdən olub. Hətta o bununla bağlı dekabrda AFFA-ya müraciət edib. Qurumdan ona məsələnin yaxın günlərdə həll olunacağını və Rusiyaya yollanmaqla bağlı problemin olmayacağı bildirilsə də, Musayev sonda “yox” cavabını eşidib. Həmkarımızın gümanlarına görə, qeydiyyatdan keçən 3 azərbaycanlıdan heç biri idman jurnalisti deyil. Yəni kiminsə yaxın adamlarıdı, sadəcə, jurnalist adı altında Putinin vətəninə gəzməyə gedir. Bunu da onunla əlaqələndirib ki, akkreditasiyadan keçmək üçün vaxtında müraciət etsə də, sonda ona yer ayrılmayıb.
Təbii, kifayət qədər maraqlı mövzudu. Artıq mundiala hansı jurnalistlərin gedəcəyi bəlli olsa da, bununla bağlı hər hansı məlumat, yaxud açıqlama yoxdu. Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq. İlk sualımız etiraz edən həmkarımızla bağlı oldu: “Səbuhi Musayev bizə müraciət edən dönəmdə FİFA-nın sistemində problem vardı. Akkreditasiya məsələsi bir az vaxt aparan prosesdi, müxtəlif bölmələrdən keçməlisən. Bizə cəmi 3 yer ayrılıb: ikisi yazılı mətbuatın nümayəndəsi ola bilər, biri də fotoqraf. Qeydiyyat səhifəsinə daxil olmaq üçün FİFA qurumlara parol göndərir, necə ki, bizə göndərilmişdi. Parolu düz qeyd etsək də, nədənsə bir həftəyə yaxın səhifəyə daxil ola bilmədik. Müəyyən ləngimələr oldu. Ləngimə bizim səhvimizdən yox, sırf texniki problemlərə görə olduğundan, FİFA akkreditasiya müddətinin yanvarın sonunda başa çatmasına baxmayaraq, bizə əlavə müddət verdi. Hazırda proseslər yekun mərhələyə çatıb. Odu ki, mundiala Səbuhi Musayevin iddia etdiyi kimi jurnalist adıyla Elxan Məmmədovun, yaxud AFFA rəsmilərinin yaxın adamları getmir. Bu həftənin sonuna qədər FİFA-dan bizə yekun siyahı gəlməlidi. Onda adlar açıqlanacaq və həmin jurnalistlərin kimliyini hamı biləcək. Yubanmanın səbəbi də az öncə dediyim kimi, FİFA-nın rəsmi səhifəsindəki qüsurlara görədi”.
Hər şey Səbuhi Musayevin iddia etdiyi kimi deyilsə, o zaman kimdi həmin jurnalistlər? Firuz bəylə söhbətdə bu suala cavab tapmaq üçün xeyli səy göstərsək də, AFFA rəsmisi ad açıqlamadı. Bunu da yekun siyahının gəlməməsi ilə əlaqələndirdi: “FİFA təsdiqləsin, sonra ad açıqlayacam, heç bir problem yoxdu. Akkreditasiyadan keçən jurnalistlərdən birinin çalışdığı saytın baş redaktoru mənə müraciət edərək, bu haqda saytlarında xəbər yerləşdirmək istədiyini bildirəndə, qarşı çıxdım. Ali qurumdan rəsmi təsdiq məktubu gəlmədən ad açıqlamaq heç bir halda düzgün deyil. Problem yoxdu, ipucu verə bilərəm. Biri sırf idman saytının əməkdaşıdı, tanıdığınız şəxsdi. Digəri isə ölkənin ən nüfuzlu saytlarından birinin idman bölməsinin əməkdaşıdı. Bu iki şəxs Səbuhi Musayevdən və başqalarından daha öncə müraciət etmişdi. Bizə cəmi iki yer ayrıldığına görə ən kiçik detalları nəzərə almışıq. Həmin sayt üzvlərinin dünya çempionatında hansı şəkildə təmsil oluna biləcəkləri, futbola ayırdıqları diqqət, jurnalistin mundialda işləmək bacarığı və təcrübəsi, rus dili biliyi, həmin saytın reytinqi – bütün bunlar nəzərə alınaraq qərar verilib. Müraciət edənlər çoxdu, hamıya akkreditasiya verilə bilməz axı. Bizə cəmi üç yer ayrılıb”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Bu gün, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Bu gün, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Bu gün, 20:59 Eddi və Renat qələbəyə sevindi Bu gün, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Bu gün, 20:57 Priştinada həqiqət anı Bu gün, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Bu gün, 20:53 U-19-un son sınağı Bu gün, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Bu gün, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Bu gün, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Bu gün, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Bu gün, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Bu gün, 20:42 U-21 yenə uduzdu Bu gün, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Bu gün, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Bu gün, 20:29 Dedov oynadı, Koçuk baxdı Bu gün, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Bu gün, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar