22 fev 23:41aktual

PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib

PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib
Azad Musatafayev: “Ayaqyolu sovetin dönəmindən qalıb, damı yoxdu”
Kubokun final görüşünün harda baş tutacağına aydınlıq gəldi. Dünya dağılmasa, möcüzə baş verməsə, qənimət Qəbələyə aparılacaq və elə ordaca qalib komandaya təqdim olunacaq. Halbuki başqa variantlar da vardı.
PFL prezidenti Ramin Musayevin “Sumqayıt” – “Neftçi” oyunundan sonra verdiyi açıqlama kifayət qədər təəccüblü görünsə də, sonradan qurumun əməkdaşları xəbərin məhz bu cür olduğunu dilə gətirdi. Təəccüblüsü, bilirsiz, nə idi? Axı, buna qədər Naxçıvan və Gəncə variantları da vardı. Musayev hər açıqlamasında bu şəhərlərin adını çəkirdi. Hətta Antalyada təşkil olunan mətbuat konfransında həmkarlarımızdan birinin “Gəncədə jurnalistlər üçün şərait yoxdu” sualını Ramin bəy özünəməxsus şəkildə cavablamışdı: “Şərait yoxdu, hamımız ayaqüstə dayanıb baxarıq. Əsas odu, oyundan zövq alaq, qalanı düzələn şeylərdi”.
Məhz bu açıqlamada PFL prezidentinin final qarşılaşmasının Gəncədə təşkilinə həvəsli olduğunu hiss etmək çətin deyildi. Əsas problem işıqlandırma sistemi ilə bağlıydı ki, onu həll etmək qlobal problem sayıla bilməzdi. Ona görə də ortaya sual çıxır: finalın qərbin paytaxtında yox, Qəbələdə keçirilməsi kimin təşəbbüsü olub? PFL-in, yoxsa “Kəpəz”, ya da Gəncə rəhbərliyinin? Ümumiyyətlə, məsələ ilə bağlı “Kəpəz” rəhbərliyinə müraciət olunubmu? Sualları klubun mətbuat katibi Azad Musatafayevə ünvanlayıb, cavabını eşitdik: “Ölkə kubokunun Gəncə şəhər stadionunda keçirilməsi ilə bağlı “Kəpəz”ə rəsmi müraciət olunmayıb. Bu qədər”.
Belə baxanda, oyunun Gəncədə keçirilməsi üçün müraciət etməyə ehtiyac da yox idi. Axı, problem təkcə Ramin Musayevin dediyi kimi işıqlandırma sisteminin yoxluğunda deyildi. Bu barədə qəzetimizə açıqlama verən “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov problemləri daha açıq şəkildə qabartmışdı: “Mən də istəyərəm ki, Naxçıvanda, Lənkəranda, Gəncədə, Tovuzda belə tədbir olsun. Futbolun ora salınması azarkeşləri sevindirmək deməkdi, futbolun inkişafına təkan olar. Məsələn, Gəncəyə necə oyun salasan ki, paltardəyişmə otağı, ayaqyolu yoxdu, tunellə 10 dəqiqə yol gedirsən”.
Fariz bəyin vurğuladıqları kifayət qədər ciddi məqamdı. Düzdü, yayda paltardəyişmə otaqları təmir olunub, tunelin dərdinə çarə tapmaq isə bu günün işi deyil. Amma azarkeşlər üçün ayaqyolunun olmaması hissələrarası fasilədə stadionda kifayət qədər iyrənc mənzərə yaradır. Ətrafdakı ağacların yan-yörəsi azarkeşlərlə dolu olur. Azad bəylə söhbətdə Nəcəfovun dediklərinə də münasibət öyrəndik: “Bu məsələyə gəlincə, stadionun durumundan ölkə futboluyla yaxından maraqlananlar, hətta buranı canlı görə bilməyənlər də xəbərdardı. Müəyyən qədər şəraitsizlik var ki, bunu inkar etmirik. Problemləri bir ayın içində aradan qaldırmaq mümkün deyil. Bunun üçün kifayət qədər maliyyə tələb olunur. Ona görə də klub rəhbərliyi nöqsanları hissə-hissə həll etməyə çalışır. Bildiyiniz kimi, yayda örtüyün salınmasına xeyli vəsait xərcləndi, duş və paltardəyişmə otaqları təmir olundu, istilik sistemi quraşdırıldı. Buna qədər isə xeyli sayda oturacaqlar quraşdırılmışdı. O ki qaldı azarkeşlər üçün ayaqyoluna, stadionun aşağı qapı girişində ayaqyolu var, ora gedirlər. Düzdü, sovetin dönəmindən qalıb, damı yoxdu, köhnədi. Şəraitsiz olsa da, var. Yaxın gələcəkdə dediyiniz problem də həllini tapacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar