22 fev 23:24aktual

Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi

Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi
“Artıq disklə futbolçu dəvət etməyin vaxtı keçib”
Kamran Quliyev “Neftçi”nin prezidenti təyin olunandan sonra “kimyaçılar”dan “ağ-qaralar”a transferlər gözlənilən idi ki, çox keçmədən ehtimallar özünü doğrultdu. Kamran bəy yeni kreslosuna oturar-oturmaz Sumqayıtda ən çox güvəndiyi Ceyhun Sultanovu da ölkənin ən köklü klubuna apardı. Ceyhun bəy bundan sonra paytaxt təmsilçisinin idman direktoru vəzifəsini icra edəcək. Ötən gün media nümayəndələrinin suallarını cavablayan Quliyev yeni dönəmə qədəm qoyan “Neftçi”də transfer siyasətinə Sultanovun cavabdehlik daşıyacağını bildirdi. Veteran futbolçu əsas komanda ilə yanaşı, “Sumqayıt”da olduğu kimi, yeni klubunda eyni zamanda aşağı yaş qruplarını da nəzarətdə saxlayacaq.
Paytaxt təmsilçisinin yeni idman direktoru təyinatla bağlı bunları bildirdi: “Sumqayıt”da olduğu kimi, “Neftçi”də də bütün transferlər baş məşqçinin istəyinə uyğun reallaşacaq. Mövsümün sonuna xeyli vaxt qalmasına baxmayaraq, artıq indidən növbəti “futbol ili”ni düşünməyə başlamışıq. Bir şeyə əmin olun ki, nə qədər burdayıq, “Neftçi”yə layiq olmayan legionerlər düşərgəyə dəvət olunmayacaq. Artıq disklə futbolçu dəvət etməyin vaxtı keçib. Maraq dairəmizə düşən oyunçuları şəxsən özüm gedib iş başında izləyəcəm. Lazım olacaqsa, baş məşqçi də mənimlə birgə səfərə çıxacaq. Bu artıq sınanmış sistemdi və özünü “Sumqayıt”da doğrultdu. Və ən əsası, biz bu günə kimi şəffaf çalışmışıq və yeni klubda da bunu davam etdirəcəyik. Sponsor tərəfindən kluba ayrılan maaş və transfer büdcəsi çərçivəsində addım atacağıq. “Neftçi” ölkənin ən köklü klubudu. Bu komandanın şərəfini qoruyan istənilən oyunçu hara gəldiyini, hansı klubun şərəfini qoruduğunu başa düşməlidi”.
“Ağ-qaralar”ın yeni idman direktoru hazırda düşərgədə aldığı maaşın əvəzini verməyən futbolçuların olduğunu da bildirdi: “Kamran müəllim jurnalistlərlə söhbətdə bu məsələyə toxundu, mənim nəsə deməyim artıqdı. Elə etməliyik ki, “Neftçi”də heç kim dəyərindən artıq əməkhaqqı almasın. Hər bir futbolçu aldığı pulun qarşılığını verməlidi. Maaş cədvəlinə baxıb kimin nə aldığını müəyyənləşdirmək rəhbərliyin işidi. Klubda baş menecer postu ləğv olunmayıb. Eldəniz Yusifov hazırda bu işi yerinə yetirir. Çalışacağıq hamılıqla bir yerdə “Neftçi”nin əvvəlki şan-şöhrətini qaytaraq və çempionluq uğrunda mübarizə aparan kollektiv formalaşdıraq. Əsas komanda ilə yanaşı, aşağı yaş qruplarına da xüsusi diqqət ayrılacaq. Ölkə futbolunun gələcəyi yerli oyunçulardan asılıdı. “Neftçi” flaqman kimi qəbul olunduğundan bu klubun müxtəlif yaş qruplarında da səviyyəli, işini sevən mütəxəssislər çalışmalı, “ağ-qaralar”ın akademiyasında istedadlı uşaqlar olmalıdı. Əsas komandayla yanaşı, bu sahəyə diqqət ayıracağıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar