21 fev 14:51aktual

Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı

Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı
Fərrux İsmayılov: “Qarabağ”da oynayıb qol vurmamaq günahdı”
Hələ “Qəbələ” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Ramil Şeydayevlə bağlı sual ünvanlamışdıq. Belə ki, hücumçu həmin qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləmişdi. Halbuki “qırmızı-qaralar”la görüşdə “köhlən atlar” qələbə üçün alışıb-yanırdı. Çünkü mümkün 3 xal çempionluq yolunda önəmli addım olacaqdı. Bundan başqa, istənilən komanda doğma azarkeşləri önündə prinsipial rəqibi məğlub etmək istəyər. Ancaq “Azərsun Arena”dakı görüşdə qalib müəyyənləşmədi. Qurbanov isə 3 əvəzetmə hüququnun ikisindən istifadə etsə də, sonuncuya ehtiyac görmədi. Baxmayaraq ki, yetirmələri rəqib qapısına yol tapa bilmirdi, çalışdırıcı Ramili döyüşə atmadı.
Oyunsonrası mətbuat konfransında Qurbanov Şeydayevə şans verməməsi, bu futbolçunun “Qarabağ”da özünü doğrultmaması ilə bağlı sualı belə cavablamışdı: “Ramil üzərində çalışan futbolçudu. Bizim futbolçulardan öz tələblərimiz var. Onu yaddan çıxarmamışıq. Oyunların axarına uyğun addım atırıq. Digərləri daha uğurlu oynadıqları üçün şans əldə edirlər. Elə oyunçu var ki, gənc yaşda komandaya daha tez uyğunlaşır. Belə futbolçulara daha çox oynamaq lazımdı ki, təcrübə toplasın. Təəssüf ki, onda hazırda alınmır. Bu da bizdən asılı proses deyil. Onun üzərində çalışırıq, daha çox vaxt ayırırıq. Ən əsası, Ramildə istək var. Ona inamım böyükdü. İndiki məqamda başqaları daha hazırlıqlıdı. Ancaq “niyə alınmır” sualına tam ətraflı cavab verə bilməyəcəm”.
Maraqlıdı ki, bazar günü “Səbail”ə qarşı görüşdə (1:0) də Qurbanov Ramilə şans vermədi. Bu gün Şeydayev çempionatın debütantı ilə matçı kənardan izləyirsə, artıq sözə ehtiyac qalmır. Doğrudu, hücumçu ona bəslənən ümidləri doğrulda bilmədi. Cari mövsüm premyer-liqada 5, həm kubokda, həm də ÇL-də 2 oyunda şans qazanan Şeydayev “qol orucunu pozmağı” bacarmadı. Dərd burasındadı ki, Antalyadakı hazırlıq matçlarında da onun “ayağı açılmadı”. Hər kəsi düşündürən əsas məqam forvardın üzləşdiyi problemin nədən qaynaqlanmasıdı. “Qarabağ” qışda legioner hücumçu transfer etməyəndə çoxları Qurbanovun yerli forvardların inkişafını nəzərə aldığını düşünürdü. Çünki həm də yığmaya rəhbərlik edən çalışdırıcı millinin də maraqlarını fikirləşməlidi. Lakin Mahir Mədətova göstərilən inam Şeydayevə bəslənilmir. Ardıcıl iki oyunda ehtiyatda qalması isə futbolçunun ziyanınadı. Xüsusən bu yaşda üzləşdiyi durum forvarda psixoloji zərbə vura bilər. Digər tərəfdən onun ehtiyatda “çürüməsi” yığma baxımından da zərərlidi. Axı, bu futbolçu istedadsız olsaydı, Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarına müntəzəm çağırılmaz, orda qolları sıralamazdı. AFFA onu milliyə gətirəndə bütün rusiyalı mütəxəssislər təəssüf hissini gizlətməmişdi. Yaxud da Şeydayevin Almaniya ilə oyunda vurduğu qol nəyə desən, dəyər. Bəs “Qarabağ”da niyə alınmır? Onun ehtiyatda “yatmasının” nə “köhlən atlar”a, nə yığmaya, nə də futbolçuya faydası var. Əksinə, çətinliklə yığmamızı seçməsinə razı saldığımız gənc forvardı öz əlimizlə uçuruma aparırıq. Qurbanov bir halda ki ona güvənməyəcəkdi, komandada saxlamağın mənası nə idi? Halbuki digər klublardan birinə - daim şans qazanacağı komandaya keçidinə şərait yaradılmalıydı. Bəlkə də belədə həm yenidən qolları sıralayar, özünəinamı artar və yığmaya daha çox fayda verərdi. Hazırkı vəziyyət isə olduqca acınacaqlıdı.
Şeydayevin durumu ilə bağlı millinin sabiq hücumçusu Fərrux İsmayılovun fikirlərini öyrəndik: “Düzü, onun məşqlərini görmədiyimdən, oyunlarının hamısını izləmədiyimdən konkret nəsə deməkdə çətinlik çəkirəm. Tarandı, yaxşı hücumçudu. Elə forvardlar var ki, heç futbol oynamır, amma qol vurur. Mario Jardeli nümunə göstərə bilərəm. Lakin elə hücumçular da var ki, “qara iş” görür. Ramil də ikincilərdəndi, ancaq fərqlənə bilmir. Bunun üçün qol duyumu lazımdı. Almaniya ilə matçdakı qolunu hamı gördü. Elə epizodlar olur ki, çətin bir işi görür. Amma qol duyumu önəmli məqamdı. “Qarabağ”da oynayıb qol vurmamaq günahdı. Daim top saxlayan, hücum edən, topu irəli daşıyan komandadı. O fikirlə razı deyiləm ki, “Qarabağ” ona uyğun komanda deyil. “Bir qol vursa, ayağı açılacaq” fikri ilə də razılaşmaq çətindi. Ardıcıl bir neçə oyunda fərqlənməlidi ki, davamı gəlsin, özünəinamı artsın”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar