21 fev 14:38aktual

Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı

Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı
“Buna görə başqasından yox, sırf Ayxan Abbasovdan üzr istəyirəm”
Hesabat turu səs-küylü alındı. Turun iki prinsipial qarşılaşması adına layiq keçdi ki, bir çox xoşagəlməz hallar diqqəti çəkdi. “Sumqayıt” – “Neftçi” matçında İnqilab Məmmədovun qonaqların qapısına yanlış penalti təyin etməsi, Samir Abasovun texniki zonadan qovulması, Ehtiram Şahverdiyevin atasının “Neftçi”nin futbolçularını söyməsi və həmin hadisənin sonunda Rəşad Sadiqovun söyüş söydüyünə görə meydandan qovulması Sumqayıtdakı oyuna rəng qatdı.
Qəbələdə də xeyli səs-küy qopdu. “Qəbələ” – “Zirə” görüşündə Roman Qriqorçukun köməkçisi Sənan Qurbanovun tribunaya göndərilməsi, qarşılaşma başa çatandan sonra iki komandanın futbolçuları arasında yaşanan qalmaqal, “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun meydan sahiblərinin müdafiəçisi tərəfindən vurulması ciddi ajiotaja səbəb oldu. Daha bir məqamı Ayxan bəy mətbuat konfransında qabartdı. Futbolçularla bağlı insidentdən danışarkən, Ruslan Qurbanovun oyunboyu söyüş söyməsini dilə gətirməsi ciddi siqnal idi.
Qurbanovu onsuz da çılğın futbolçu kimi tanıyırıq. Belədə Abbasovun milli üzvünün ünvanına səsləndirdiyi fikirlər təəccüblü görünə bilməz. Bir tərəfi dinləyiriksə, digər tərəfin də fikirlərinə yer verməliyik. Odu ki, Ruslan Qurbanovu arayıb, nələrin baş verdiyini öz dilindən eşitmək istədik. “Qəbələ”nin futbolçusu olayı nəql etməklə yanaşı, Sadio Tounkaranın bilərəkdən ona yetirdiyi xəsarətin şəklini də çəkib göndərdi: “Tounkara meydana daxil olan kimi bilərəkdən yan əzələmə vurdu. İndiyə qədər də həmin yerdən qan gəlir. Hər halda, özüm də futbolçuyam, təsadüfən yetirilən xəsarətlə bilərəkdən vurulan zərbəni ayırd edə bilirəm. Bundan az sonra yenə bilərəkdən, bu dəfə topuğumu tapdadı. Yaxınlaşıb ingilis dilində ondan ehtiyatlı oynamağı xahiş etdim. O isə cavabında mənə söyüş söydü. Söyüşü eşidəndən sonra ona beşqat artıq cavab qaytardım. Ola bilsin, Ayxan müəllim həmin söyüşü eşidib və onu nəzərdə tutub. O məndən yaşda da, vəzifədə də böyükdü. Buna görə başqasından yox, sırf Ayxan Abbasovdan üzr istəyirəm. Yenə deyirəm ki, vəziyyəti bu həddə Tounkara çatdırdı. Bilirdi ki, sarı vərəqəm var, mən də xaraktercə çılğınam. Bilərəkdən ayağıma vururdu ki, onun təxribatına uyub mən də onu vurum. Mən isə buna getmədim, əsəblərimi cilovladım. Sadəcə, söyüşünə söyüşlə cavab verdim. Ayxan müəllimin dediklərindən sonra hamı məni günahkar bilir. Halbuki mən heç də oyunboyu söyüş söyməmişəm. Elə etsəydim, ilk növbədə Roman Qriqorçuk mənə xəbərdarlıq edərdi. Videoçəkiliş var, baxsınlar və sübut etsinlər ki, harda əvvəldən sona qədər söyüş söymüşəm. Uşaq deyiləm və yaxşı bilirəm ki, qarşılaşma canlı yayınlanır. Hər dəfə söyüş söysəm, epizodların birində kadra düşəcək. Bu da milli üzvünə başucalığı gətirmir. Yenə deyirəm, məni bilərəkdən vuran, bu azmış kimi üzümə söyən Tounkaraya bir dəfə o şəkildə cavab qaytarmışam, vəssalam. Yaxşı olar ki, Ayxan Abbasov Tounkaranın etdiklərinə və dediklərinə də baxsın. Özü də futbolçu olub, onda məni başa düşər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Bu gün, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Bu gün, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Bu gün, 20:59 Eddi və Renat qələbəyə sevindi Bu gün, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Bu gün, 20:57 Priştinada həqiqət anı Bu gün, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Bu gün, 20:53 U-19-un son sınağı Bu gün, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Bu gün, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Bu gün, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Bu gün, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Bu gün, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Bu gün, 20:42 U-21 yenə uduzdu Bu gün, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Bu gün, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Bu gün, 20:29 Dedov oynadı, Koçuk baxdı Bu gün, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Bu gün, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar