19 fev 22:32aktual

İnqilab Məmmədovun qərarı sabiqləri dilə gətirdi

İnqilab Məmmədovun qərarı sabiqləri dilə gətirdi
Anar Salmanov: “Orda penaltidən söhbət gedə bilməz”
Ramin Musayevin Tərlan Əhmədovla bağlı bir-birinin ardınca verdiyi açıqlamalar “Sumqayıt” – “Neftçi” qarşılaşmasına diqqəti bir az da artırmışdı. Bir halda ki, PFL prezidenti hansısa baş məşqçini cəzalandırmaqdan danışır, burda fikirlər ilk cəhddəcə hakimliyə yönəlir. Yoxsa Musayev Əhmədovu türməyə salan deyil ki. Cəzalandırması ancaq və ancaq futbolda mümkündü. Bunun bir yolu var: “Neftçi”nin uğura gedən yolunun qarşısını kəsmək. Bir məşqçiyə bundan ağır cəza ola bilər? Ona görə də İnqilab Məmmədovun idarəçiliyi xüsusi önəm daşıyırdı.
Son vaxtlar idarəçiliyində inkişaf hiss olunan referi 13-cü dəqiqədə “Neftçi”nin qapısına penalti təyin etdi. Halbuki yetərincə şübhəli epizod idi. Hətta diqqətlə baxanda Tural Axundovun Anton Krivotsyukla mübarizədə özünü yerə atdığı hiss olunur. İnqilab isə sanki pusquda durubmuş kimi dərhal fitini səsləndirdi. Hər belə epizod qayda pozuntusu kimi dəyərləndirilsə, gərək hər oyunda hakimlər 3-4 dəfə “nöqtə”ni göstərsin. Odu ki, Məmmədovun qərarından sonra ortaya müxtəlif fikirlər çıxdı. Kimi İnqilabı qərəzdə suçladı, bəziləri də qərarın doğru olduğunu vurğuladı.
Oyunu sabiq referilər də canlı izləyirdi. Hər halda, bunu onların sosial şəbəkələrdə epizoda münasibət bildirmələrindən görmək mümkün idi. Odu ki, onların fikirləri ilə tanış olun.
Anar Salmanov: “Kimsə kiməsə nağıl danışa bilər, mənə mümkün deyil. Orda penaltidən söhbət gedə bilməz. Tural Axundov oyunun fasiləsində penalti ilə bağlı suala düz-əməlli cavab verə bilmirdi. Simulyasiya qərarı verilməli, Axundova sarı vərəqə göstərilməliydi”.
Elçin Məmmədov: “Təmiz penalti idi. Anton Krivotsyuk texniki hərəkəti düzgün yerinə yetirməmişdi. Nəticədə rəqibin sol ayağına toxundu. Belə vəziyyətdə qaydalar qayda pozuntusunun olduğunu deyir. İnqilab Məmmədov da epizodu yaxşı görürdü”.
Əfqan Həmzəyev: “İnqilab Məmmədov “Qarabağ” – “Qəbələ” görüşünün birinci hissəsində meydan sahiblərinin lehinə penalti verməmişdi. Halbuki 36-cı dəqiqədə top “Qəbələ”nin müdafiəçisinin əlinə dəymişdi. Lakin bu qərarı doğru idi. Krivotsyuk Turala qarşı qaydanı pozmuşdu”.
Tahir Süleymanov: “Neftçi”nin müdafiəçisi topa, mübarizəyə gecikərək taktiki səhv etdi. Top rəqibin tam nəzarətində idi və iki futbolçu arasında top uğrunda mübarizə yox idi. Krivotsyuk aldadıcı hərəkətə aldandı. Müdafiəçinin rəqibin sol ayağına kiçik təması var idi. Rəqibin sol ayağı havada və bədəni aldadıcı hərəkə uyğun olduğu üçün yıxılmasına cüzi toxunuş bəs edirdi. Futbolçu simulyasiya etməyərək epizoddan məharətlə yararlandı. Yıxılması epizodun davamı olaraq təbii idi. Hakim epizodu yaxşı görürdü deyə qərarı qəti oldu. Qaydalarda təmasın kiçik-böyük olduğu göstərilmədiyi üçün hakimə irad tutulmamalıdı. Bu cür vəziyyətlərdə ikili yanaşma olur. Hakim ya 11 metrlik nöqtəni göstərməliydi, ya da simulyasiyaya görə qətiyyətlə “sarı” verə bilərdi. İstənilən qərar hakimə haqq qazandıra bilərdi. Bütün bunları - müdafiəçinin mövqe səhvini və kiçik təmasını nəzərə alsaq, hakim haqlı idi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar