18 fev 12:00aktual

Orxan Hüseynzadə istefa verib, yoxsa göndərilib?

Orxan Hüseynzadə istefa verib, yoxsa göndərilib?
Tahir Süleymanov: “Yarım saat ərzində bir prezident gedib, başqası gəlirsə, burda istefadan söhbət gedə bilməz”
Səmədağa Şıxlarov: “Neftçi”nin prezidenti postundan kim öz xoşuyla gedər”?

“Neftçi”də tez-tez baş verən baş məşqçi və prezident dəyişiklikləri klubun imicinə zərbədən başqa bir şey deyil. Yarıtmaz rəhbərlərlə bacarıqsız məşqçilərin gördüyü işlərin nəticəsi komandanın son mövsümü titulsuz başa vurub, avrokuboklara vəsiqə qazanmaması oldu. Guya Orxan Hüseyzadənin gəlişindən sonra vəziyyət düzələcəkdi. Uzun illərdi futbolun içində olması, vaxtilə AZAL-da çalışması, ölkəmizi UEFA nümayəndəsi kimi təmsil etməsi, yad dilləri bilməsi – bütün bunlar Orxan bəyin vizit vərəqəsiydi.
Deyək ki, ötən mövsümün yarısını Elnur Məmmədovla Elxan Abdullayev boşa vermişdi. Ona görə də uğursuzluqda pay sahibi kimi prezident Hüseynzadəni günahlandırmaq insafsızlıq olardı. Lakin cari mövsümün əvvəlində də vəziyyətin pisə doğru getməsi, Elxan Abdullayevin işindən ayrılması sponsorlarda müəyyən şübhələrə yol açdı. Adamlar dərk etdilər ki, Orxan Hüseynzadə ilə Elxan Abdullayevin Kamil Məmmədovun vasitəsilə komandaya legioner cəlb etməkdə məqsədləri heyəti gücləndirmək yox, şəxsi mənafelərini düşünməkdi. Hər halda, Tərlan Əhmədovun gəlişiylə nəticələr də nisbətən yaxşılaşdı və Orxan Hüseynzadə məhz Əhmədova görə kreslosunu bərkitdi. “Neftçi” kubokun yarımfinalına adlayıb, çempionatda 5-ci pillədədi, dördüncülüyə yüksəlmək də öz əlindədi.
Uğursuzluq yaşanan vaxt Elxan Abdullayevlə birgə getməyən Orxan Hüseynzadə indi niyə istefa vermək fikrinə düşsün ki? Kreslo kürəyini qaşındırırdı, yoxsa xidməti avtomobil, isti kabinet çoxluq edirdi? Qətiyyən! Şəxsi istək, şəxsi işlərin çoxluğu – bunlar bəhanədən başqa bir şey deyil. Klub prezidenti kimi çalışan adamın hansı şəxsi işləri ola bilər ki? Ona qalsa, mənim problemlərim, dərd-sərim Hüseynzadəninkindən çoxdu. İşimi atıb getməliyəm?
İstefanın məhz “transfer pəncərəsi” bağlanandan bir neçə gün sonraya təsadüf etməsi boşuna deyil. Himayədarlar qulaqlarına çatan siqnalın səsinə inanmaq istəmirlərmiş. Bir müddət də susub, məqamını gözləyiblər. Və həmin an indi yetişib. Komandaya cəlb olunan üç yeni legionerin transferinin məhz agent Kamil Məmmədovun vasitəsilə həyata keçirilməsi bütün suallara aydınlıq gətirib. Bununla da “yuxarı”dan Orxan bəyin göndərilməsinə dair xəbərdarlıq gəlib. Belə olmasaydı, klub saytında “Orxan Hüseynzadə istefa verdi” xəbərindən yarım saat sonra “Kamran Quliyev “Neftçi”nin yeni prezidentidi” yazılmazdı.
Baş verən proseslər futbol ictimaiyyəti arasında da birmənalı qarşılanmır. Uzun illər “Neftçi”də vitse-prezident vəzifəsini daşımış, qazanılan uğurlarda müəyyən pay sahibi olmuş Tahir Süleymanov da mətbuatı diqqətlə izləyənlərdən, zaman-zaman sözünü deyənlərdəndi. Belə məqamda Süleymanovun fikirlərini dinləmək maraqlıdı: “Dediyiniz məsələdən xəbərdaram. Az öncə mətbuatdan oxudum. Təəccübləndim? “Neftçi”də son 3 ildə elə proseslər baş verir ki, nəyəsə təəccüblənməyə ehtiyac yoxdu. Hər an nəsə baş verə bilər. Eynilə bugünkü kimi. “Neftçi”dən ayrılandan sonra klubda yaşananlarla bağlı fikirlərimi açıq bildirir, təhlillər edirəm. Klubda görülən işlərlə bağlı proqnozlarımız təəssüf ki, özünü doğruldub və doğrultmaqdadı. “Neftçi” o dərəcədə acınacaqlı duruma düşüb ki, klubun əvvəlki əzəmətini qaytarmaq, qələbələri sıralamaq əvəzinə başqa işlər görülür. Klubdakı vəzifə dəyişikliklərinin sayı az qala komandanın qələbə sayını geridə qoyub. Bu qədər rəhbər dəyişikliyinin səbəbi nədi? “Neftçi” Azərbaycan futbolunun tarixidi, onunla zarafat etmək olmaz. Təəssüf ki, bəzi insanlar bunu yalnız dilə gətirir, amma əməldə icra etmirlər. Əməldə icra etməyəndə isə sonu belə olur. Hər bir komandanı pis vəziyyətdən çıxarmaq mümkündü. Necə ki, 9 il əvvəl biz “Neftçi”yə gələndə klub və komanda faciəvi durumda idi. İndiki durumdan da ağır idi. Lakin qısa zamanda başda Sadıq Sadıqov olmaqla ciddi işlər görüb “Neftçi”nin əvvəlki əzəmətini qaytara bildik. Ardıcıl çempionluqlar, ölkə kubokları, Avroliqanın qrup mərhələsi – bütün bunlar görülən gərgin işlərin nəticəsiydi. Bizi klubda saxlayan da qazandığımız uğurlar idi. Heç kim qara qaşımıza, qara gözümüzə vurulmamışdı. Deməyim odu ki, “Neftçi”də şalışırsansa, uğur qazanmalısan. Uğur yoxdusa, orda qalmaq mümkün deyil. Və ən vacibi, hər kəs bacardığı işlə məşğul olmalıdı. “Neftçi”nin taleyi ilə oynamaq olmaz! Təəssüf ki, son 3 ildə göz görə-görə klubun taleyi ilə oynanılır. “Neftçi”yə rəhbər gələn şəxs hara gəldiyinin fərqinə varmalıdı. “Orxan Hüseynzadə istefa verib, yoxsa göndərilib” sualınıza cavabım qısa olacaq: yarım saat ərzində bir prezident gedib, başqası gəlirsə, burda istefa verməkdən, şəxsi işlərin çoxluğundan söhbət gedə bilməz. Görünən kəndə bələdçi lazım deyil. Ən vacibi odu ki, klubun başında duranlar nələrin baş verdiyini əyani görürlər. Çingiz Abdullayev kimi dünyaca ünlü yazıçımız “Neftçi”nin yükünü qaldıra bilmədisə, əlavə şərhə ehtiyac yoxdu”.
Uzun illər futbolçu kimi “Neftçi”də oynamış, 2004- dən ötən ilin yayına qədər fasilələrlə bu klubda işləmiş Səmədağa Şıxlarovun da mövqeyi az maraq kəsb etmir. Vaxtilə Orxan Hüseynzadənin rəhbərliyi altında işləmiş Şıxlarovun prezidentin istefasına və yeni təyinata münasibətini dinləyək: “Mən əvvəldən demişdim ki, Orxan Hüseynzadəyə vaxt vermişəm. Prezident o demək deyil ki, kresloda oturmalıdı. Bu adam işin məsuliyyətini dərk etməli, futbolun incəliklərini bilməli, idarəetmənin sirlərindən hali olmalıdı. Adi özümdən nümunə göstərim. Ötən ilin iyununda oğluma baş çəkmək üçün Almaniyaya getmişdim. Qayıdanda klubun kadrlar şöbəsindən mənə müqavilənin uzadılmayacağını, yerimə başqa adamın təyin olunacağını dedilər. Müqavilənin uzadılmamasına dair heç bir səbəb göstərilmədi. Halbuki Orxan Hüseynzadə məni yanına çağıra, bir stəkan çay içə-içə vəziyyəti başa sala, ən pis halda gələcək işlərimdə uğurlar arzulaya bilərdi. Demirəm, böyük adamam, amma mən “Neftçi”nin şərəfini qoruyan futbolçulardan olmuşam, uzun illər klubda çalışmışam. Adamı yola salmağın da qaydası var. Yoxsa sən kadrlar şöbəsinə tapşır ki, Səmədağa işdən çıxsın, vəssalam. Belə işlə uzağa gedə bilməzdi. Tez-tez prezident dəyişikliklərinin səbəbini bilmirəm. Amma inanmıram ki, kimsə öz xoşuyla istefa versin. “Neftçi”nin prezidenti postundan kim öz xoşuyla gedər? Bircə Sadıq Sadıqovu bilirəm ki, ərizəsini yazıb, cüdoya getdi. Hüseynzadə şəxsi işlərin çoxluğunu əsas gətirib. “Neftçi”də prezident olmaqdan şərəfli iş var? Sadəcə, Orxan Hüseynzadənin bacarığı bu qədər idi. Futbola gəlirlər, elə birilər, asandı. Prezident olmaqla deyil ki, futbolu bilməlisən. Açığı, mən çoxdan hiss etmişdim ki, Hüseynzadə “Neftçi”də çox duruş gətirə bilməyəcək. Kamran Quliyev görün neçə ildi “Sumqayıt”a cavabdehlik daşıyırdı. Orda duruş gətiribsə, burda da dözməlidi. Həm də klub idarəçiliyindən xəbərdardı. Kamran Quliyevə “Neftçi”də, Orxan Hüseynzadəyə isə gələcək işlərində uğurlar arzulayıram”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar