18 fev 11:56aktual

“Sumqayıt”ın prezidenti postuna əsas namizəd Riad Rəfiyevdi

“Sumqayıt”ın prezidenti postuna əsas namizəd Riad Rəfiyevdi
Elxan Məmmədov daha bir kadrını kluba göndərir
Kamran Quliyevin “Sumqayıt”ın prezidenti postundan istefa verib “Neftçi”yə üz tutmasından sonra “kimyaçılar”da bu vəzifəni kimin icra edəcəyi sualı ortaya çıxıb. Dünən bütün günü bununla bağlı mətbuatda bəzi versiyalar səsləndi, müxtəlif şəxslərin “gənclik şəhəri”nin təmsilçisinə prezident təyin olunacağı qeyd olundu. Ancaq medianın canfəşanlığına baxmayaraq, “ağ-göylər”in Müşahidə Şurasının üzvləri bu suala aydınlıq gətimədi. “Quliyevin boş qoyduğu kresloda kim oturacaq” sualına nə klubun baş meneceri Ceyhun Sultanovdan, nə də “Sumqayıt”ın vitse-prezidenti Vaqif Ömərövdan doğru-dürüst cavab ala bildik. Hər iki klub rəsmisi yaşananlardan xəbərsiz olduqlarını bildirdilər. Əslində sumqayıtlı azarkeşlər və klubda çalışanların əksəriyyəti Kamran bəydən sonra Ceyhun Sultanovun prezident olmasını arzulayır. Klubun bazasının dəhlizlərində yeni prezidentin kim olacağı ilə bağlı müzakirələr zamanı “kənardan kimisə təyin etməkdənsə, elə Sultanovun prezident olması daha yaxşı olar. Həm əsas komandanı, həm də akademiyanı yaxından tanıyır, inzibati işçilərlə də münasibəti yaxşıdı” fikirlərini eşitmək mümkün idi.
Günün sonunda kluba yaxın mənbədən yeni prezidentin kimliyi ilə bağlı müəyyən bilgilər əldə etdik. Bizə məlumat ötürən şəxsin söylədiklərinə inansaq, “Sumqayıt”ın yeni prezidenti də AFFA-nın “şinelindən çıxanlardan” biri olacaq. Bu yöndə konkret qərar verilməsə də, ən çox Riad Rəfiyevin namizədliyinin müzakirə olunduğu deyilir. Hazırda assosiasiyada seleksiya işləri üzrə baş əlaqələndirici funksiyasını icra edən Riad bəy Elxan Məmmədovun kadrı kimi tanınır. Və böyük ehtimalla baş katib “Sumqayıt”ı məhz ona etibar etməyi məsədəuyğun sayıb.
Kamran Quliyevin gözlənilmədən “Neftçi”yə yollanması “Sumqayıt”ın düşərgəsində əməlli-başlı çaşqınlıq yaradıb desək, yanılmarıq. Belə ki, dünən komanda Samir Abasovun rəhbərliyi altında məşqə çıxan zaman “ağ-göylər”in vitse-prezidenti Vaqif Ömərov klubun ofisinə gələrək, bu gün baş tutacaq “Neftçi” ilə qarşılaşmanın təxirə salındığını bildirdi. Məsələ ilə bağlı “Sumqayıt”ın inzibatçısı Faiq Hacı-Məhərrəmova xəbərdarlıq edən Ömərova yaxınlaşıb “PFL belə xəbər yaymayıb, siz hardan bilirsiz” sualını ünvanladıq. Vaqif bəy çox düşünmədən “narahat olma, bir azdan saytlarında yerləşdirəcəklər” dedi. Təxirəsalmanı isə vitse-prezident belə əsaslandırdı: “Kamran Quliyev bu gün səhərə kimi “Sumqayıt”ın prezidenti idi. Bir neçə saat öncə isə “Neftçi”yə rəhbər təyin olundu. Sabah (bu gün) bu iki komanda üz-üzə gəlməlidi. Qarşılaşmanın hansı hesabla başa çatmasından asılı olmayaraq, istənilən halda, müəyyən söz-söhbətlərə səbəb olacaq. Buna görə də təxirə salınması məsləhət olundu”. Ömərovun söylədiklərinə inanıb “Kapital Bank Arena”nı tərk etmək istəyirdik ki, oyunun keçiriləcəyi məlum oldu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-04-2019, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu 21-04-2019, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı 21-04-2019, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu 21-04-2019, 12:57 “Sumqayıt”ın qara günləri davam edir 21-04-2019, 12:56 Fasilə derbi ilə başa çatacaq 21-04-2019, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir 21-04-2019, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir 21-04-2019, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı 21-04-2019, 12:47 Bu gün üç, sabah yeddi 21-04-2019, 12:45 Yığma bu gün bir araya gəlir 21-04-2019, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu 21-04-2019, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı 21-04-2019, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu 21-04-2019, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür 21-04-2019, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı 21-04-2019, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib 21-04-2019, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur 21-04-2019, 12:28 Heç nəyi dəyişməyən tur 21-04-2019, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq 21-04-2019, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar