16 fev 23:24aktual

Futbolçular Sevgililər Gününü necə keçirib?

Futbolçular Sevgililər Gününü necə keçirib?
Ruslan Qurbanov: “Sevginin xüsusi günü olmur, hədiyyə və qayğı həmişə lazımdı”
Valentin Günü dünyanın bir sıra ölkələrində fevralın 14-də qeyd olunur. Dünya ölkələrində bu günün həvəskarlarının bir-biri üçün hədiyyələr aldığı və kütləvi qeyd etdiyi faktları danılmazdı. Valentin Gününün atributları da var ki, bunlar ürək şəkilləri və göyərçin fiqurudu. 14 fevral Sevgililər Günü ölkəmizdə də son illər geniş qeyd olunur. Bəs futbolçularımızın Sevgililər Gününə münasibəti necədi?
“Mançester Yunayted”, “Real”, “Milan” və PSJ kimi klublarda çıxış etmiş Devid Bekhem Sevgililər Günündən öncə belə bir açıqlama vermişdi: “PSJ və "Real" arasında oynanılan cavab matçı üçün "Park de Prens"də olacam. Ancaq "Santyaqo Bernabeu"dakı qarşılaşma üçün əmin deyiləm. Çünki o gün Sevgililər Günüdü”. Yəni fevralın 14-də bu komandalar arasında baş tutan qarşılaşmanı izləməkdənsə, həyat yoldaşı Viktoriya Bekhemlə vaxt keçirməyi üstün tutmuşdu.
İndi isə yerli futbolçuların cavabları ilə tanış olaq.
Ruslan Qurbanov (Qəbələ): “Düzünü desəm, bu günü xüsusi qeyd etməyin tərəfdarı deyiləm. Yəni çox böyük önəm vermirəm. Formal olaraq isə hər dəfə fevralın 14-də yoldaşıma hədiyyə alıram. Yoldaşım və qızımla gedib restoranda otururuq, istirahət edirik. Sevginin xüsusi günü olmur, hədiyyə və qayğı həmişə lazımdı. Bu dəfə də qeyd edəcəyik. Bəli, bir çoxları üçün fevralın 14-ü daha böyük önəm kəsb edir. Axı adı var – Sevgililər Günü. Mən onlara qarşı deyiləm. Lakin sevgi hər zaman olmalıdı”.
İlqar Qurbanov (Qəbələ): “Qoca kişiyəm, nə sevgililər günü (gülür)? Zarafat edirəm. Xüsusi qeyd etməsək də, hədiyyədən qaçmaq olmur. Restoranda qeyd eləməsək də, yoldaşıma hədiyyə alıram. Bu, vacibdi. Hədiyyənin nə olduğunu demək istəmirəm. Lakin gül alacağım yüz faizdi. Yəqin ki, gülün yanında da nəsə olacaq”.
Sərtan Taşkın (Keşlə): “Sevgilimin olub-olmadığını deməyəcəm. Çünki şəxsi həyatım barədə danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Sevgililər Günündə Çempionlar Liqasına baxıram. Özü də artıq bir neçə ildi ki, ÇL-in oyunları məhz fevralın 14-nə təsadüf edir. Bir növ sevgilimizə çevrilib”.
Fuad Bayramov (Keşlə): “Təbii ki, fevralın 14-nü yoldaşımla qeyd edirəm. Bu tarixi unutmuruq. Hər dəfə yoldaşımla bir-birimizi təbrik edir, qarşılıqlı hədiyyələr veririk. Axşam da şam yeməyinə gedirik. Bu dəfə də elə oldu. Yəni Sevgililər Gününə münasibətim çox yaxşıdı”.
Bəhlul Mustafazadə (Sumqayıt): “Sevgilim yoxdu. Ona görə də 14 fevral haqda çox danışa bilməyəcəm. Lakin bu bayramın qeyd olunmasına normal baxıram. Əsas futboldu. Axşam Çempionlar Liqasının oyunları var. Hazırda onları gözləyirəm”.
Amil Yunanov (Sumqayıt): “Sevgilim yoxdu. Bu üzdən qeyd etmirəm, tək keçirirəm (gülür). Bir çoxları bu tarixi xüsusi gün kimi qeyd edir. Mən heç kimə qarşı deyiləm. Lakin sevginin günü olmur. Fikrim belədi. Kim necə istəyir, qeyd edə bilər”.
Nicat Qurbanov (Sumqayıt): “Sevgilim yoxdu. Bu üzdən bu bayramı qeyd etmirəm. Başqa şərh vermək doğru olmaz”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 23:13 U-17 yenə darmadağın oldu Bu gün, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Bu gün, 23:07 Yenilgidə hakim izi olmadı Bu gün, 23:06 Üzücü başlanğıc Bu gün, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Bu gün, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Bu gün, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Bu gün, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Bu gün, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Bu gün, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Bu gün, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Bu gün, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Bu gün, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Bu gün, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Bu gün, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Bu gün, 22:23 İkinci tur 2 günə sığacaq Bu gün, 22:21 Mik Benet təqdim olundu Bu gün, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar