14 fev 00:54aktual

Böyükağa Hacıyevlə 20 dəqiqə...

Böyükağa Hacıyevlə 20 dəqiqə...
“İtmə, bir həftəyə zəng edəcəm, görüşərik, balacanı öpərsən”
İllərini futbola həsr etmiş, “Bakı”yla qızıl medal qazanmış, “Neftçi”ylə iki dəfə çempion olmuş, iki dəfə ölkə kubokuna sahib çıxmış, ölkə futbolu tarixində “Neftçi”ni ilk dəfə Avroliqanın qrup mərhələsinə daşımış Böyükağa Hacıyev ürək əməliyyatından sonra hazırda palata şəraitində müalicə alır.
Dünən günorta saatlarında “Mərkəzi Klinika”dan “Modern Hospital”a köçürülməliydi. Təcrübəli mütəxəssisi ziyarət etmək üçün “Modern”i nəzərdə tutmuşdum. Lakin günorta saatlarında yaxınlarından birinə zəng vuranda məlum oldu ki, Hacıyevi əməliyyat etmiş baş həkim daha iki-üç gün nəzarəti altında qalmasını istəyib. Odu ki, “Mərkəzi Klinika”ya yollandım.
Mən palataya daxil olanda Hacıyevin gözləri qapıya zilləndi. Yanına yaxınlaşana qədər kimliyimdən xəbəri yox idi. Tam yanına çatanda xırıltılı səslə dediyi “Həbib, necəsən” sualına cavab verməyə söz tapmadım. “Çoxdan burdasan, niyə görünmürsən” suallarını elə tərzdə verdi ki, sanki illərdi futbolda görməyə alışdığı jurnalisti xəstəxanada görməsi ilə dünyanı ona bağışladılar. Yanına kimlərin gəlib-getdiyini soruşdum, bəzilərini xatırladı, bəzilərini yox. Sistem altındadı, iki oğlu – Yusiflə Rüstəm səhərdən axşama qədər yanındadı. Ürək döyüntüləri zəifləyib. Gözlərini bir nöqtəyə zilləyib, elə hey düşünür. Başının üstündəki televizorda “CBC Sport”un verilişləri göstərilsə də, televizora ciddi önəm vermək gücündə deyil. 20 dəqiqə ərzində bir neçə dəfə “Naxçıvan” sözünü işlətsə də, nə demək istədiyini tam anlaya bilmədim.
Palatanı tərk etmək vaxtımın çatdığını bildirəndə, arxamca baxa-baxa “itmə, bir həftəyə zəng edəcəm, görüşərik, balacanı öpərsən” deyir. Kim bilir, ürəyinin dərinliyindən gələn sözlərdi, yoxsa vaxtilə hər dəfə məni görəndə dilinə gətirdiyi eyni kəlmələr yaddaşına həkk olunub, əzbərdi. Təki dediyi kimi olsun. Zəngini bir həftə yox, bir il də gözləyərəm. Təki Allah cansağlığı versin, yenidən aramıza qayıtsın. Eybi yox, işləməsin. Amma gözə görünsün, müsahibələrində, açıqlamalarında mərdliyini göstərsin. Onsuz da bizdə mərdlərin sayı azdı. Heç olmasa, olan-qalanı da itirməyək...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar