14 fev 00:38aktual

Millət vəkili laqeydliyi, Qarabağ qazisi problemləri qabartdı

Millət vəkili laqeydliyi, Qarabağ qazisi problemləri qabartdı
Aqil Abbas: “Stadiondan 50-60 metr aralıda oturub çayxanalarda domino oynayırlar, ancaq oyuna getmirlər”
Ölkə çempionatında yaşanan fasilə zamanı bir çox futbol həvəskarları premyer-liqa həyəcanı üçün darıxdıqlarını deyir, bu həsrətin tezliklə başa çatmasını arzulayırdılar. Bununla bağlı sosial şəbəkələrdə yetərincə qeydlər görmək mümkün idi. Nəhayət, təxminən ikiaylıq fasilədən sonra ötən həftənin istirahət günləri ölkə çempionatı qış fasiləsindən qayıtdı. Özü də necə? Təqvimə uyğun olaraq, çempionluğa iddailı iki klub – “Qarabağ” və “Qəbələ” məhz fasilədən sonra baş tutan ilk turda paytaxtda münasibətləri aydınlaşdırdı. Düşünmək olardı ki, son illər ölkəmizi avrokuboklarda layiqincə təmsil edən, “qızıl”a real namizədlərin duelində tribunalarda boş yer qalmayacaq. Fikirləşirdik ki, “Qəbələ” rəhbərliyi meydan sahiblərinin qonaqlar üçün ayırmağa borclu olduğu 5 faizlik limitlə yanaşı, “köhlən atlar”ın rəhbərliyindən əlavə yerlər xahiş edəcək. Ağdamlıların rəsmiləri isə “öz azarkeşlərimizi zorla yerləşdiririk” deyib, onların müraciətinə mənfi cavab verəcək. Ancaq necə deyərlər, sən saydığını say, gör bizim futbol həvəskarları nə sayır... Qarşılaşmanın istirahət günü və ən əsası axşam saatlarında keçirilməsi, ölkənin ən güclü iki komandasının üz-üzə gəlməsi belə azarkeş sayına təsir göstərmədi. Rəsmi protokola əsasən matçı cəmi 1500 azarkeş izləyib ki, şahidlərin sözlərinə görə, bu rəqəm də hələ bir qədər şişirdilib. Bu iradlar yalnız “Qarabağ” və “Qəbələ” azarkeşlərinə şamil olunmur. Hesabat turu çərçivəsində baş tutan digər qarşılaşmalarda da anşlaqın yaşandığını söyləmək olmaz. Yarandığı gündən iddialılar arasında özünə yer etməyi bacaran “Zirə”ni ev oyununda 500 azarkeş dəstəklədi. Ölkənin ən köklü klubları sayılan “Neftçi” ilə “Kəpəz”in qarşıdurmasını isə 2000 tamaşaçı izlədi. Deyək ki, “Zirə” elitanın “kiçik övlad”ıdı, ölkənin futbol ailəsinə yeni qoşulub və bu üzdən azarkeş ordusu o qədər də böyük deyil. “Neftçi” və “Kəpəz” isə aşağı pillələrdə qərarlaşıb və tərəfdarları onlardan küsüb (hərçənd turun ən çox izlənilən oyunundu), “Keşlə”də isə son vaxtlar yaşananlar azarkeş sayına təsir edib. Bəs “Qarabağ”la “Qəbələ” oyununa nə ad qoyaq? “Qızıl”ın iki “adaxlı”sının qarşıdurmasına maraq yoxdusa, deməli, ölkədə futbol sevilmir. Berti Foqts demişkən, Azərbaycan futbol ölkəsi deyil.
Məsələ ilə bağlı millət vəkili, ictimaiyyət arasında qatı “Qarabağ” azarkeşi kimi tanınan Aqil Abbasın mövqeyini öyrəndik: “Qeyd etdiyiniz problemlə bağlı dəfələrlə mətbuatda çıxışlarım olub və azarkeşlərimizi qınamışam. Ona görə qınamışam ki, stadiondan 50-60 metr aralıda oturub çayxanalarda domino oynayırlar, ancaq oyuna getmirlər. Sonra da yalandan “Qarabağ”, “Qarabağ” qışqırırlar. “Qarabağ”ı sevirsənsə, heç olmasa, ev oyunları zamanı komandaya dəstək olmaq üçün stadionda olmalısan. Özüm son bir neçə oyundu stadiona getmirəm. Bu da səhhətimlə bağlıdı. Oyun vaxtı çox həyəcan keçirdiyimdən həkim bir müddət tribunadan oyun izləməyi yasaq edib. Buna baxmayaraq, böyük ehtimalla növbəti turlarda stadiona yollanacam. Özü də bu dəfə fəxri tribunda yox, fanatların arasında əyləşib “Qarabağ”ı dəstəkləyəcəm. Mən onsuz da daim Ağdam təmsilçisinin fanatları arasında oluram. Onların bütün tədbirlərində iştirak edirəm. Klubunu həqiqətən ürəkdən sevən, onun uğurlarına sevinib, uğursuzluğuna üzülən azarkeş daim komandanın yanında olmalıdı. Bu fikirlər yalnız “Qarabağ” azarkeşinə şamil olunmur. “Qəbələ” rəhbərliyi əlindən gələni edir ki, komanda istər daxili, istərsə də beynəlxalq arenada uğurlu çıxış etsin. Qəbələdə o cür gözəl stadion inşa olunub. Mən Bakıdan Qəbələyə yollanıb futbol izləyirəm, ancaq yerli sakinlərin əksəriyyəti heç stadionun yolunu belə tanımır. Onların rayonunu təmsil edən klub barədə Avropada danışırlar, ancaq qəbələlilər öz komandasına sahib çıxmırlar. Fürsətdən istifadə edib bütün klubların azarkeşlərinə səslənirəm. Könül verdiyiniz komandanın uğur qazanmasını istəyirsizsə, tribunalarda olun. Belə olan halda futbolçuların da məsuliyyəti artır, meydanda daha böyük əzmlə mübarizə aparırlar. Teatrda zal dolmasa, aktyor bütün bacarığını ortaya qoyar? Əlbəttə ki, qoymaz. Futbol da bir teatr, oyunçular isə aktyorlardı. Elə edək ki, onlar həftəsonları bütün bacarıqlarını nümayiş etdirsinlər”.
Ağdam təmsilçisinin azarkeşi, uzun illər komandanın oyunları zamanı tribunalarda görməyə adət etdiyimiz Qarabağ qazisi Vasif Süleymanov isə məsələyə belə münasibət bildirdi: “Son vaxtlar mən də “Qarabağ”ın çempionat oyunlarını tribunadan izləyə bilmirəm. Bunun da obyektiv və subyektiv səbəbləri var. 10-15 il öncə ev-səfər bilmədən daim komandaya dəstək olmaq üçün stadionlara yollanırdım. Şəxsi avtomobilimlə “Qarabağ”la birgə Şəmkirə, Tovuza, İmişliyə gedib, oyunları canlı izləyirdim. Ancaq indi nəinki səfər oyunlarını, heç ev qarşılaşmalarını da izləyə bilmirəm. Səbəb isə ailə və başqa qayğıların artmasıdı. Mənim kimi başqa insanların da bu gün əsas problemi dolanışığını təmin etməkdi. 25 yaşımda tək özümü fikirləşirdimsə, indi vəziyyət fərqlidi. Fikrimcə, mənim tribunada boş qoyduğum oturacağa gənclər sahib çıxmalıdlı. Ancaq indiki gənclərin böyük hissəsi işsizlikdən əziyyət çəkir, onları bu gün futbol yox, sabahkı durumları narahat edir. Avrokuboklarda niyə tribunalar dolur? Fikrimcə, bu, xalqın daxilindən gələn qürur məsələsidi. Avropalılara bir millət kimi mövcud olduğumuzu sübut etməyə çalışırıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar