14 fev 00:04aktual

Adil Mahmudov Gürcüstan futbolundakı islahatlardan danışdı

Adil Mahmudov Gürcüstan futbolundakı islahatlardan danışdı
“Bu, onların inkişafı naminə atılan addımdı”
Veteran futbolçu Levan Kobiaşvili Gürcüstan Futbol Federasiyasının (GFF) rəhbəri seçilər-seçilməz qonşu ölkənin futbol həyatında canlanma yaşandı. Yeni prezident ölkə rəhbərliyi ilə müzakirələr apararaq gürcü futbolunun əvvəlki şan-şöhrətini qaytarmaq üçün dövlət büdcəsindən klublara maliyyə ayrılmasına müvəffəq oldu. Elita təmsilçiləri ilə yanaşı, birinci və ikinci divizionda çıxış edən komandalar da bu imtiyazdan yararlanmaq şansı qazandı. Futbolda kütləviliyi, gənc nəslin “idmanın şahı”na marağını artırmaq, infrastrukturu yaxşılaşdırmaq üçün Gürcüstan hökuməti “kisənin ağzını açmağı” lazım bildi. Hökumətin bu addımından sonra istər qonşu ölkədə, istərsə də Azərbaycanda gənc gürcü futbolçuların yenidən adından söz etdirəcəyini düşünənlərin sayı xeyli artmışdı. Ancaq bugünlərdə məlum oldu ki, GFF rəhbərliyi elita təmsilçilərinin nəzdində fəaliyyət göstərən aşağı yaş qruplarının sayının azaldılmasına qərar verib. Bundan sonra cəmi üç yaş qrupu üzrə çempionat təşkil olunacaq. Bundan başqa, klubların əvəzedicilərdən ibarət komandaları arasında təşkil olunan yarış da ləğv olunub.
Bunun nədən qaynaqlandığını, GFF-nın addımının arxasında nəyin durduğunu bilmək üçün qonşu ölkənin birinci dəstəsində çıxış edən “Qardabani”nin baş məşqçisi Adil Mahmudovla danışdıq. Həmyerlimiz bunları söylədi: “Federasiya rəhbərliyi ötən ilin nəticələrini təhlil etdikdən sonra belə qərar qəbul edib. Onların fikrincə, 10, 11, 12, 13, 14 yaşlı uşaqlar arasında ayrıca çempionat təşkil etməyin mənası yoxdu. Bu izafi xərcdi. Kiçik yaşlı uşaqlardan formalaşdırılan komandalar öz aralarında istədikləri vaxt yoldaşlıq oyunları keçirə bilərlər. Eynilə İngiltərədə olduğu kimi. Çempionat isə U-15, U-17 və U-19 komandaları arasında təşkil olunacaq. Çünki yığmalar məhz bu yaş qruplarından formalaşır. Əvəzedici komandalar arasında təşkil olunan çempionatın ləğvinə gəlincə, “ikincilər” növbəti mövsümdən ikinci dəstədə çıxış edəcək. Bu da onların inkişafı naminə atılan addımdı. Çünki ikinci dəstədə daha yaşlı və təcrübəli futbolçulardan formalaşdırılan komandalar var. Bir var gənc yaşıl meydanda öz həmyaşıdı ilə qarşı-qarşıya gəlsin, bir də var bərkə-boşa düşmüş, hətta legioner həyatı yaşamış oyunçuya qarşı oynaysın. Təbii ki, ikinci variant daha faydalı olacaq. Bugünlərdə federasiya ölkədə uşaqlar üçün yeni təbii örtüklü 10 meydanın salınmasına qərar verib. Bununla yanaşı, rəsmilər ölkə ərazisində süni örtüklü meydanların otla əvəz olunması işlərinə başlayıb. Layihələrin həyata keçirilməsinə isə birbaşa federasiya prezidenti Levan Kobiaşvili nəzarət edir”.
Adil bəy bizimlə söhbətdə qonşu ölkənin futbol təsərrüfatından danışmaqla yanaşı, vətəndə üzləşdiyi haqsızlığa da toxundu: “Azərbaycanda futbolla məşğul olan uşaqların sayı çoxdu. Ancaq kəmiyyəti keyfiyyətə çevirə bilmirik. Gürcüstanda isə vəziyyət fərqlidi. Burda uşaqlar sanki topla doğulublar, hamısı vergilidi. Buna görə də gürcülərə hər zaman tələbat olub. Ölkə müstəqillik qazanandan bu günə kimi 785 gürcü oyunçu dünyanın müxtəlif ölkələrində legioner həyatı yaşayıb. Bunu mən yox, federasiya rəsmiləri deyir. Mənə burda işləmək üçün hər cür şərait yaradılıb. Gürcülər hələ də təəccüblənirlər ki, nəyə görə PRO kateqoriyam yoxdu. Daha onlara deyə bilmirəm ki, Azərbaycanda məni istəməyənlərin sayı çoxdu. Bernard Lippert özü məni çağırıb PRO kurslarına qatılmalı olduğumu dedi. Mən də sənədlərimi hazırlayıb AFFA-ya təqdim etdim. Lakin sonradan bəzi qüvvələr adımı siyahıdan çıxarıb başqasını əlavə etdilər. İndi gürcülər çalışır ki, PRO kateqoriyası almaq üçün kurslara qatılım. Bizim bəzi mütəxəssislər danışanda heç kimi bəyənmirlər, özlərini hamıdan savadlı sayırlar. Bu qədər güclü mütəxəssisdilərsə, niyə ölkə xaricinə çıxmırlar? Niyə Bakıda işsiz qaldıqları halda xaricdə çalışmaqda maraqlı deyillər? Ancaq mən özümə və bacarığıma güvəndiyimə görə Gürcüstana üz tutdum. Heç nədən çəkinmədən işə başladım və şükür Allaha ki, bu gün burda hamı işimdən razıdı. Hətta deyirlər ki, daha sən bizimkisən, səni heç hara buraxmayacağıq. Ancaq mənim ürəyim Azərbaycanla döyünür. Böyük məmnuniyyətlə aşağı yaş qrupları üzrə yığmaların birində çalışaram. Lakin nə edək ki, vətəndə mənim kimi mütəxəssislərə qiymət verən yoxdu”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Bu gün, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Bu gün, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Bu gün, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Bu gün, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Bu gün, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Bu gün, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Bu gün, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Bu gün, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Bu gün, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Bu gün, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Bu gün, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Bu gün, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Bu gün, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Bu gün, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Bu gün, 13:50 Bolqar hakim yaxşı qiymət alıb Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar