13 fev 23:47aktual

HAKİMLƏRİN MÜHAKİMƏSİ

HAKİMLƏRİN MÜHAKİMƏSİ
Fasilə bitdi, səhvlər başladı
Topaz premyer-liqasının 15-ci turu klublarla yanaşı, ədalət təmsilçilərinin də hazırlığını qiymətləndirmək baxımından diqqət mərkəzində idi. İki həftə Antalyada toplanış keçən hakimlərin qardaş ölkədə papağını günə yandırıb-yandırmadığı ortaya çıxacaqdı. Hazırlıq çərçivəsində bizimkilər xeyli yoxlama oyunu idarə etmişdi ki, oyun təcrübəsi sarıdan problem olmamalı idi. Baxmayaraq ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov əsasən gənc hakimləri sınaqdan keçirmişdi. Hər halda, 15-ci turda dörd briqadanın işi göründü. Bəribaşdan qeyd edək ki, hakimlər qış fasiləsindən sonrakı ilk turda 14 sarı vərəqə və 1 penalti qərarı ilə yadda qaldılar.
ƏLİYAR AĞAYEV, Zirə - Sumqayıt
Ölkənin ən istedadlı hakimi nədənsə Zirədə özünə bənzəmədi. Antalya toplanışının gedişində, konkret yanvarın 28-də düşərgədən ayrılaraq Maltaya yollanan və FİFA-nın yüksək kateqoriyalı hakimləri üçün təşkil olunan seminara qatılan Əliyar sanki “havasında deyil” və həvəssizdi, cəsarəti azalıb. Belə olmasaydı, “Zirə”nin yeni transferi, makedon Yani Urdinovun davranışını cavabsız qoymazdı. Hakimin qərarından narazı qalan müdafiəçi əvvəlcə əsəbi formada Ağayevə iradını bildirdi, ardınca tüpürməklə yadda qaldı. Lakin nədənsə Əliyar makedoniyalının bu hərəkətinə göz yumdu. Daha doğrusu, əvvəl əlini cibinə atdı, ancaq vərəqə göstərmədi. İlk yarıda Vüsal İsgəndərli 10 dəqiqə aralığında 3 dəfə meydanın mərkəzində qonaq futbolçulara qarşı “sürüşmə” fəndini yerinə yetirərkən qayda pozuntusuna yol versə də, hakim ancaq şifahi xəbərdarlıqla kifayətləndi. Bu isə təbii ki, sumqayıtlıların kəskin narazılığına səbəb oldu. Ümumiyyətlə, matçın gedişində qonaq komandanın məşqçilər korpusu başda Samir Abasov olmaqla, dəfələrlə referiyə iradlarını bildirdilər. Matçda ən mübahisəli qərar 83-cü dəqiqəyə təsadüf etdi. “Zirə” əks-hücumdan sonra fərqlənsə də, baş hakim Tounkaranın oyundankənar vəziyyətdə olduğunu bildirib, qolu qeydə almadı. Halbuki epizodun təkrarına baxanda da görmək olur ki, malili futbolçu müdafiəçilərlə eyni xətdədi.
İNQİLAB MƏMMƏDOV, Qarabağ – Qəbələ
Hələ təyinatlar açıqlanmamış çempionluğa iddialı iki komandanın duelinin kimə həvalə olunacağı müzakirələrə səbəb oldu. Əksəriyyət matçın FİFA referilərindən birinə tapşırılacağını gözləyirdi. Daha doğrusu, beynəlxalq dərəcəli hakimlərdən Ömər Paşayev əsas namizəd kimi göstərilirdi. Çünki Rəhim Həsənovla Əliyar Ağayevin təyinatı "Qəbələ"ni heç cür razı salmayacaqdı. Bunun da səbəbi adı çəkilən ədalət təmsilçilərinin idarə etdiyi əvvəlki duellərdə yaşananlarla bağlıdı. Paşayev isə bu komandaların son duelində əsas söz sahibi olmuş, ciddi səhvlə yadda qalmamışdı. Bundan başqa, hakimlərlə birgə Antalyada hazırlıq keçməyən, ancaq bu cür qarşılaşmalar zamanı Hakimlər Komitəsinin dadına çatan Fariz Yusifova da matçın tapşırılması istisna olunmurdu. Lakin Xaqani Məmmədov "Azərsun Arena"dakı qarşılaşmanı Məmmədova həvalə etməklə əksəriyyəti təəccübləndirdi. Yetirməsi isə onun etimadığını doğrultdu. Taleyüklü matçda İnqilabın hansısa ciddi səhvinin şahidi olmadıq. Sarı vərəqəyə görə 5 dəfə əlini cibinə atan çimərlik futbolu üzrə FİFA referisi bunlardan üçünü meydan sahiblərinə, ikisini qonaqlara göstərdi. Düzdü, onun fitdən bir qədər çox istifadə etməsi xoş durum deyildi. Ancaq gərginliyi ilə diqqəti çəkən oyunun "ip"ini əlindən buraxmadı. Elə məhz qətiyyətinə görə Məmmədova alqış düşür. Ən mübahisəli epizod isə 35-ci dəqiqədə yaşandı. Rahid Əmirquliyevin qapı önünə ötürmək istədiyi top cərimə meydançası daxilində Ürfan Abbasovun əlinə dəydi. Lakin bu elə vəziyyətdə baş verdi ki, referi haqlı olaraq, penalti təyin etmədi. Əks halda bu, bəsit "11 metrlik" olacaqdı. Çünki top Ürfanın bədəninə bitişik əlinə dəymişdi, özü də "Qəbələ"linin niyyəti "kürə"nin qarşısını kəsmək yox, özünü qorumaq idi. Həmin epizodda top əlinə dəyməsəydi, sinəsinə tuş gələcəkdi. Bir sözlə, qayda pozuntuları zamanı mübahisələr yaransa da, Məmmədov ümumilikdə oyunu yaxşı idarə etdi. Futbolçular arasında gərginlik yarandığı anlarda da dərhal müdaxilə edərək, vəziyyətin dramatikləşməsinə imkan vermirdi.
RAMİL DİNİYEV, Keşlə - Səbail
“İnter Arena”da normal idarəçiliklə yadda qaldı, prinsipial qərarlarında yanılmadı. Yalnız fitindən çox istifadə etməsi ona irad tutula bilər. 55-ci dəqiqəyə təsadüf edən epizoda gəlincə, Ramil Diniyev ədaləti qohumluq bağlarından üstün tutdu. Əmisioğlu Kərim cərimə meydançasının bir neçə santimetr içərisində Sezar Meza Kolliyə qarşı kobud oynadı ki, referi tərəddüd etmədən penalti təyin etdi. Düzdü, köməkçisi Rahil Ramazanov da dərhal bayrağını qaldırdı və belədə Diniyevin başqa seçimi qalmadı. Ancaq onun Kərimə sarı vərəqə göstərməməsi qaranlıq qaldı.
RƏHİM HƏSƏNOV, Neftçi – Kəpəz
Düzdü, Rəhimin idarəçiliyində oyunun nəticəsinə təsir edən səhvə rast gəlinmədi. Ancaq FİFA referisinin ümumi idarəçiliyini “yüksək səviyyəli” təyini ilə ifadə etmək doğru olmaz. Ən azı ona görə ki, Həsənov yerli-yersiz fitləri ilə tamaşaçıları bezdirdi. Hər imkanda fitindən istifadə edib tempi aşağı salırdı ki, bu da xoş qarşılanmadı. Halbuki qarşılaşma prinsipiallıq vəd edirdi və komandalar meydanda amansız mübarizəyə hazır idi. 22-ci dəqiqədə Tərzin Cahangirov yıxıldığı yerdə topun qarşısını əllə kəsdi, Həsənov bunu görmədi. Nəticədə “Kəpəz”in kəskin əks-hücumuna şərait yarandı. Bu epizodda qonaqlar fərqlənsəydi, FİFA referisi “topa tutulacaqdı”. Həsənovun köməkçilərindən Akif Əmirəli iki dəfə ofsayd qərarında gecikdi. Yəni epizodun üstündən xeyli keçəndən sonra bayrağını qaldırırdı. 54-cü dəqiqədə top məhz onun iki addımlığında Samir Zərgərovdan meydanı tərk etsə də, laysman “Kəpəz”in xeyrinə aut işarə etdi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Bu gün, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Bu gün, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Bu gün, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Bu gün, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Bu gün, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Bu gün, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Bu gün, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Bu gün, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Bu gün, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Bu gün, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Bu gün, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Bu gün, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Bu gün, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Bu gün, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Bu gün, 13:50 Bolqar hakim yaxşı qiymət alıb Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar