11 fev 13:56aktual

Mahir Şükürov İzmirdə öz adına futbol akademiyası açır

Mahir Şükürov İzmirdə öz adına futbol akademiyası açır
“İki ayağımı bir başmağa dirəsəydim, İzmirdəki iş adamları tələb etdiyim pulun hamısını tapıb verəcəkdilər”
Bir neçə gün əvvəl “Karşıyaka”nın vitse-prezidenti Gökhan Şensanın açıqlaması mətbuatın gündəmini zəbt etdi. Klub rəsmisinin yığmamızın və İzmir təmsilçisinin sabiq müdafiəçisi ilə bağlı dilə gətirdikləri diqqəti çəkməyə bilməzdi: "Şükürov 1,5 milyon lirənin üçdəiki hissəsindən imtina etdi. Mahirlə razılığa gəlməsəydik, FİFA tərəfindən 6 xalımız silinəcəkdi. Çünki son günümüz idi. Bu məsələni həll etdik. Mahir Şükürova bu gözəl davranışına görə təşəkkür edirik və gələcək idman həyatında uğurlar arzu edirik".
2014/15 mövsümünü “Karşıyaka”da keçirən Mahir sabiq klubuna güzəşt edib. Belə ki, həmin mövsüm 19 oyunda forma geyən həmyerlimiz 8 ay maaş üzünə həsrət qalıb. Başqa cür desək, pulsuz oynayıb. Rəhbərlik vəziyyətin düzələcəyini desə də, heç bir yenilik olmayıb və Mahir “Karşıyaka”nı müqavilədə göstərilən məbləği almadan tərk edib. Ardınca FİFA və UEFA-ya şikayət edib. İzmirlilərin futbolçuya borcu faizlərlə birgə 1,5 milyon lirə (təxminən 675 min manat) olub. Bir neçə gün əvvəl FİFA-dan klub məktub daxil olub ki, futbolçuyla klub arasındakı problemin yoluna qoyulması üçün bir gün vaxt verilib. Əks təqdirdə, hazırda Türkiyənin 2-ci liqasında mübarizə aparan komandanın 6 xalı silinəcək, həmçinin maliyyə sanksiyası tətbiq olunacaqdı.
Vəziyyətin çıxılmaz olduğunu görən “Karşıyaka”nın yeni rəhbərliyi Mahir Şükürovla üzbəüz görüşmək qərarına gəlib. Həmyerlimizə nəzərdə tutulan 1,5 milyonun cəmi yarım milyonunu (təxminən 225 min manat) vermək gücündə olduğunu deyiblər. Mahir də bununla razılaşıb. Belə deyək, qalan 450 min manatı türklərə bağışlayıb. Dünən səbəbkarın özüylə söhbətdə prosesə yenidən nəzər salmaqla yanaşı, atdığı addımın səbəbini öyrəndik: “Mənim üçün insanlıq, mənlik puldan üstün olub. Və bu addımı atmaqla bir daha pulun yox, kişiliyin, insanlığın önəmli olduğunu sübut etdim. Halbuki göstərilən məbləğin hamısını da ala bilərdim. Kluba FİFA-dan dəfələrlə xəbərdarlıq olunsa da, problem həllini tapmırdı. Ali qurumun son xəbərdarlığı olduqca ciddi idi. Ya mənə olan borc verilməli, ya da “Karşıyaka”nın 6 xalı silinməliydi. Üstəlik, komandanın yarışlardan kənarlaşdırılması söhbəti də vardı. İmkanlı şəxslər tarixinə görə Türkiyədə dördüncü ən yaşlı klubun dağılmasına imkan verməzdilər. Nə qədər də olmasa, “Karşıyaka”dı, 106 yaşı var, İzmir futbolunun tarixi sayılır. İki ayağımı bir başmağa dirəsəydim, İzmirdəki iş adamları tələb etdiyim pulun hamısını tapıb verəcəkdilər. Amma mən buna razı olmadım. Çünki o klubda çörək yemişəm, azarkeşlərdən özümə həmişə diqqət görmüşəm. Əlbəttə, pul da vacibdi. Amma onlar mənə filan qədər verməyə güclərinin çatdığını deyirsə, başqa söhbət etməyim düzgün olmazdı. Məsələni bu həddə klubun sabiq rəhbərliyi çatdırmışdı. Vaxtında ortaq dil tapsaydıq, belə olmayacaqdı. Lakin indiki rəhbərlik idman prinsiplərinin nə olduğunu bilir. Ona görə də çağırıb üzbəüz söhbət etdilər. Yarım milyon lirə verə biləcəklərini dedilər, razılaşdım. Sizi inandırım, mətbuatda bu xəbər dərc olunandan telefonuma, sosial şəbəkələrdəki hesablarıma saysız təşəkkür mesajları gəlməkdədi. 90 faizi “Karşıyaka” azarkeşləridi. Atdığım atdıma görə minnətdarlıq edirlər. Yeri gəlmişkən, əvvəlki vəkilim türk idi. Görəndə ki işimi yubadır, Jozef adlı ispan vəkilə müraciət etdim. Məhz onun bu işə qarışmasından sonra FİFA məsələyə daha isti yanaşdı”.
Mahirlə söhbət etmişkən, hazırda harda olduğu, nə iş gördüyü ilə də maraqlandıq. Cavabı yetərincə təəccüblü oldu: “Futboldan, demək olar, uzaq düşmüşəm. Belə baxıram, Azərbaycan futbolunda bizə yer yoxdu. Vaxtımı əsasən şəxsi işlərimə, biznesimə həsr edirəm. Hazırda bir plan üzərində çalışıram, artıq müəyyən işlərə başlamışam. Mahir Şükürov Akademiyası açmaq istəyirəm. Amma Bakıda yox, İzmirdə. Açığı, işə tək girişmək istəyirdim. Lakin yaxından tanıdığım türk iş adamlarından biri mənə bu işdə dəstək olmağı xahiş etdi. Baxdım ki, iki nəfər olsaq, daha böyük işlər görə bilərik. Türkiyəli gənclərlə yanaşı, İzmirdə və yaxın regionlarda yaşayan azərbaycanlı uşaqların futbol təhsili almasına, yetişməsinə töhfə vermək istəyirik. “Bismillah” demişik, görək necə olacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar