11 fev 13:34aktual

Elxan Məmmədov Zaur Axundovla razılaşmadı

Elxan Məmmədov Zaur Axundovla razılaşmadı
“Meydanda daha çox azərbaycanlı futzalçı olmalıdı”
Futbol üzrə Dünya Kubokunun ölkəmizə gətirilməsi ilə bağlı “Hilton” otelində keçirilən mətbuat konfransı başa çatandan sonra AFFA-nın baş katibi Elxan Məmmədova yaxınlaşıb, aktual məsələlərlə bağlı suallarımızı ünvanladıq.
- Futzal yığmamızın Avropa çempionatındakı çıxışını necə dəyərləndirirsiz?
- Minimum nəticə qazandılar, maksimuma gedə bilmədilər. Düşünürəm ki, Avropa çempionatının final mərhələsinə düşmək özü nəticədi. Portuqaliya yığmasının dünənki nəticəsini gördükdən sonra deyə bilərəm ki, 1/4 finalda bəlkə də çempiona uduzmuşuq. Portuqaliya finalda İspaniyaya qarşı oynayacaq. Məncə, bizim üçün bu mərhələdə uduzmaq faciə deyil. Komandanın qarşısına əsas məqsəd qoyulmuşdu ki, çempionata vəsiqə qazansınlar, qazandılar. Sonrakı məqsəd qrupdan çıxmaq idi ki, bunun da öhdəsindən gəldilər. Bir sözlə, minimum tapşırığı yerinə yetirmiş oldular. Portuqaliya isə güclü komandadı, artıq finalçıdı. Bu komandaya uduzmağa görə çox tənqid olmamalıdı.
- Yığmamızın Portuqaliyaya 1:8 hesabı ilə uduzmasını uğursuzluq saymırsız?
- Artıq futbolda 0:2 və ya 0:5 hesabı ilə uduzmağın fərqi yoxdu. Biz gördük ki, qapıçımız çıxandan sonra Portuqaliya fürsətdən istifadə edib, qollar vurdu. Məşqçi üçün hansı hesabla uduzmaq önəmli deyil. O, hesabda rəqibə çatmaq və keçmək istəyirdi. Gördük ki, baş məşqçi komandamızın rəqibə çatması üçün hər şey edirdi. Təəssüflər olsun ki, yığmamız bunu bacarmadı. Portuqaliya daha təcrübəli və ağıllı futbol oynadı.
- İctimaiyyət millidəki braziliyalıların sayının azaldılmasını istəyir. İslahatlara ehtiyac varmı?
- Biz hər zaman çalışırıq ki, azərbaycanlı futbolçuların sayı çoxalsın. Son illərdə bir neçə gənc üzə çıxdı. Amma təbii ki, bu yetərli deyil. Meydanda daha çox azərbaycanlı futzalçı olmalıdı. Görünür ki, braziliyalılar futzalda artıq hər yığmada təmsil olunurlar. Bu da ümumilikdə çox müsbət hal deyil. Ancaq müəyyən mərhələyə qədər onların təcrübəsindən yararlanıb, yerliləri inkişaf etdirmək lazımdı.
- Amma Futzal Federasiyasının prezidenti Zaur Axundov açıqlamasında deyib ki, lazım gəlsə, millimizə hindular və çukçaları da cəlb etməyə hazırdı...
- Bu, çox emosional çıxış idi. Konstruktiv bir məsələ deyil. Onun sözündə məqsəd o idi ki, futzalda əsas işimiz nəticə göstərməkdi. Çünki futzalda final mərhələsində hər komanda nəticə qazanmaq istəyir. Amma bizim strategiyamız odu ki, hər seçmə mərhələdə daha çox azərbaycanlı futbolçu oynasın. Son illərdə qapıçımız Rövşən Hüseynlinin çıxışını xüsusən qeyd etmək istəyirəm.
- Futbol yığmamız Makedoniya ilə yoldaşlıq oyununu Antalyada keçirəcək. Bu matçın Azərbaycan və ya Makedoniyada keçirilməsi mümkün deyildi?
- Əsas odu, səfər olsun. Çünki Millətlər Liqasında qısa zamanda səfərdə 3 oyun keçirəcəyik. Bu üzdən baş məşqçi matçın harda keçirilməsinin fərqinin olmadığını bildirdi. Üstəlik, Makedoniya da Antalyaya gedəcək. Orda onların təlim-məşq toplanışı olacaq. Biz də fürsətdən istifadə edəcəyik. Bu, futbolçularımız üçün təcrübə olacaq.
- Yoldaşlıq oyunlarındakı rəqiblərimiz Millətlər Liqasında D divizionunda yer alan komandalar arasından seçilir. Burda məqsəd potensial rəqibləri tanımaqdı?
- Bəli. Tam doğru qeyd etdiz.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar