10 fev 00:10aktual

Futboldan ömürlük uzaqlaşdırılanların gözü yolda qalıb

Futboldan ömürlük uzaqlaşdırılanların gözü yolda qalıb
Firuz Abdulla: “Açığı, məndə bu haqda dəqiq məlumat yoxdu”
Ötən ilin dekabrında oyunların nəticələrinin manipulyasisında iştirak etdikləri əsas gətirilərək “Keşlə”nin iki futbolçusu – Nizami Hacıyevlə Mirhüseyn Seyidov, həmçinin vaxtilə “İnter”də, son dönəmlər isə “Neftçi”də analitik kimi çalışmış Ağakişi Mehdizadə futboldan ömürlük uzaqlaşdırıldı. Bu üç nəfərin hansı çirkin oyunlarda iştirak etməsi barədə indiyə qədər dəqiq məlumat yoxdu. Uzaqlaşdırılıblar, vəssalam. Mirhüseyn bilərəkdən “Neftçi”yə qarşı zəif oynadığını səbəb göstərmişdi, Mehdizadə isə baş verən hansısa hadisəni bilib gizlətdiyinə görə cəzalanmışdı. Nizami isə hələ də susur.
Məsələ ilə bağlı aidiyyatı şəxslərə sual ünvanlasaq da, problemin nədən ibarət olduğunu faktlarla dilə gətirən yoxdu. Adını da qoyublar ki, müvafiq orqanlar araşdırma aparır deyə, ətraflı məlumat verilə bilməz. Qərar açıqlanandan sonra futboldan ömürlük uzaqlaşdırılanlara cüzi şans verildi. Həmin şans apellyasiya şikayəti ilə bağlıydı. Yəni hər üç şəxs bağışlanması, yaxud cəzasının yüngülləşdirilməsi ilə bağlı fikirlərini ağ kağıza yazmalı, müvafiq orqanlar yazılanlara əsasən yeni qərar qəbul etməliydi. Hər biri apellyasiya şikayəti versə də, indiyə qədər xəbər-ətər yoxdu.
Təxminən bir ay əvvəl mövzuya toxunsaq da, Mirhüseyn Seyidovla Ağakişi Mehdizadə gözləmə mövqeyi tutduğunu bildirmişdi. Hətta Mehdizadə cavab olmayacağı təqdirdə AFFA-ya üz tutacağını da dilə gətirmişdi. Artıq fevralın 9-du, yəni apellyasiya şikayətinin verilməsindən təxminən iki ay vaxt ötüb. Bu müddət ərzində cəzalananlara hansısa söz deyilib? Yaxud mesaj göndərilib? Ümumiyyətlə, AFFA-nın susqunluğuna onların reaksiyası necədi?
Nizami ilə əlaqə saxlamaq yenə müşkülə çevrildi. Belədə digər iki nəfərlə danışdıq.
Ağakişi Mehdizadə: “O vaxtdan bu yana heç bir xəbər yoxdu. Özüm də səbirsizliklə apellyasiya şikayətimə hansı cavab veriləcəyini gözləyirəm. Düzdü, AFFA-ya getmək istəyirdim. Lakin sonradan düşündüm ki, kimsə dəvət etmədən getməyin mənası yoxdu. İnanın, bütün gün gözüm telefondadı. Zəng, yaxud hansısa mesaj gələcəyinə ümid edirəm. Amma yenilik yoxdu. Şikayəti verəndə yaxın vaxtlarda cavab veriləcəyini bildirmişdilər. O vaxtdan bu yana susqunluqdu. 10 gün gözləyim, görüm hansısa cavab olacaq. Ondan sonra məcburam kiməsə rəsmi müraciət ünvanlayım, maraqlanım. Yekun qərar verilsəydi, işimizi bilərdik. Yenə də cəza müddətinin azaldılacağına, bir çox məqamları əsas gətirib güzəşt edəcəklərinə ümid edirəm”.
Mirhüseyn Seyidov: “Vallah, heç bir xəbər yoxdu. Oturub gözləyirəm, bəlkə hansısa bilgi verilər. Özüm müraciət edim? Bunu o qədər də vacib saymıram. Hər halda, hansısa yenilik olsaydı, özləri bu haqda xəbər verərdilər. Mənim AFFA-ya getməyimlə heç nə dəyişən deyil. Əlbəttə, kənarda qeyri-müəyyənlik içində qalmaq olduqca ağırdı. Amma əlimdən gözləməkdən başqa heç nə gəlmir. Yaxşı olar ki, apellyasiya şikayəti ilə bağlı özünüz soruşasız, maraqlanasız. Bəlkə sizdə hansısa məlumat oldu”.
Bu iki şəxslə danışandan sonra AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya üz tutduq. Maraqlıdı ki, qurumun sözçüsü də bu məsələylə bağlı söz deməkdə çətinlik çəkdi: “Açığı, məndə bu haqda dəqiq məlumat yoxdu. Apellyasiya Komitəsi AFFA-nın tərkibində ayrıca qurumdu. Üzvləri isə AFFA-nın inzibati binasında oturmurlar deyə, iclasın və növbəti qərarların vaxtından xəbərim yoxdu. Hansısa yenilik olsa, dərhal saytda yerləşdirib, ictimaiyyətə xəbər verəcəyik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar