09 fev 13:52aktual

Fanklublar mərkəzi oyuna ciddi hazırlaşır

Fanklublar mərkəzi oyuna ciddi hazırlaşır
Qəbələli azarkeşlər avtobus üçün kluba müraciət etməyib
Premyer-liqanın 3-cü dövrəsinin startını azarkeşlər səbrsizliklə gözləyir. Turun mərkəzi oyunu Suraxanıda baş tutacaq. Fevralın 10-da “Azərsun Arena”da “Qarabağ”la “Qəbələ” üz-üzə gələcək. Hazırda turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandaların budəfəki dueli çempionluğun taleyi baxımından çox önəmlidi. Əsas rəqibini 6 xal qabaqlayan “köhlən atlar” qələbə qazanarsa, “qızıl”a doğru böyük addım atmış olacaq. “Qırmızı-qaralar” isə xal fərqinin artmaması və çempionluq şansının minimuma enməməsi üçün əlindən gələni edəcək. Təbii, oyuna rəng qatan azarkeşlərdi. Hər kəs saat 19.00-da start götürəcək qarşılaşmanın dolu tribunalar önündə keçirilməsini istəyər. Əslində matçın əhəmiyyətini nəzərə alsaq, tribunalarda yetərincə azarkeş olacağını proqnozlaşdırmaq mümkündü. Oyun şənbə günü, münasib saatdadı. Premyer-liqada isə uzun müddət davam edən fasilə başa çatır. Futbol üçün darıxan azarkeşlərin həmin gün “Azərsun Arena”ya axışmaması üçün səbəb yoxdu.
Son üç ilin statistikası
Bu rəqiblər arasında əsas mübarizə son 3 mövsümə təsadüf edir. Bunun da səbəbi bəllidi. Əvvəla, digər klubların, xüsusən “Neftçi”nin zəifləməsi fonunda “Qarabağ”la kəllə-kəlləyə gələcək yeganə komanda “Qəbələ” oldu. Məhz bu iki komandanın maliyyə problemləri ilə üzləşməməsi onları çempionluğun əsas iddiaçılarına çevirdi. Elə heyət, xüsusən bahalı transferlər baxımından da qalan klublar bunlardan bir addım geridədi. Daha bir rəqabət isə “Qarabağ”la “Qəbələ”nin ardıcıl Avroliqanın qrupuna vəsiqə qazanması ilə yarandı. Düzdü, cari mövsüm “qırmızı-qaralar” uğuru təkrarlaya bilmədi, “köhlən atlar” isə daha bir tarix yazaraq ÇL-in qrupuna düşdü. Hər halda, artıq 3-cü mövsümdü bu komandaların duelləri mərkəzi oyun statusu daşıyır. Bir halda ki, azarkeş amilinə toxunduq, premyer-liqadakı son 10 qarşılaşmadakı tamaşaçı sayını xatırladaq. Xüsusən son 6 matçda tamaşaçı sayı 3 mindən aşağı düşməyib.
10.08.2015 Qəbələ - Qarabağ (2:2) – 3200
19.12.2015 Qarabağ - Qəbələ (1:1) – 2100
19.03.2016 Qəbələ - Qarabağ (1:2) – 4000
11.05.2016 Qarabağ - Qəbələ (2:0) – 1500
02.10.2016 Qəbələ - Qarabağ (2:0) – 3000
29.11.2016 Qarabağ - Qəbələ (2:1) – 3800
19.02.2017 Qəbələ - Qarabağ (2:0) – 4500
09.04.2017 Qarabağ - Qəbələ (0:0) – 8000
26.08.2017 Qarabağ - Qəbələ (2:0) – 4200
22.10.2017 Qəbələ - Qarabağ (1:0) – 3000
Cavad Şərifli: “Qəbələ” xal fərqinin artmasına imkan verməyəcək”
Hər iki komandanın azarkeş qruplarının oyuna necə hazırlaşdığını öyrənmək qərarına gəldik. “Red Black Army” azarkeş qrupunun yaradıcısı Cavad Şərifli “Qəbələ”ni tək qoymayacaqlarını söylədi: “Oyuna gəlib, komandamıza dəstək verəcəyik. Matçla bağlı planlarımız var. Pankartlar olacaq, şüarlar səsləndirəcəyik. Təxminən 50-60 nəfərlə komandanı irəli səsləyəcəyik. Öz hesabımıza gələcəyik. Komandamızdan da uğurlu nəticə gözləyirik. İnanırıq ki, “Qəbələ” xal fərqinin 9-a yüksəlməsinə və çempionluq şansının azlamasına imkan verməyəcək. Qələbənin bizim olacağına ümid edirik. Düzdü, legioner transfer edilmədi. Ancaq heyətimiz güclüdü. Bəzi lazımsız oyunçuların komandadan uzaqlaşdırılması yaxşı oldu. Nəsə bilirlər, transfer etmirlər. Bu, mövcud heyətə güvənməkdən də irəli gələ bilər. Qış fasiləsindəki yoxlama oyunlarında doğrudan da müəyyən problemlər göründü. Xüsusən müdafiə xəttini qeyd edərdim. Lakin yoldaşlıq matçlarındakı nəticə önəmli deyil. Bu cür qarşılaşmalarda bəzən görürsən ki, heyəti tam dəyişirlər. Odu ki, nəticələr bizi narahat etmir. Əksinə, buraxılan səhvlərdən nəticə çıxarıb, çatışmazlıqları aradan qaldırarlar. Yeganə arzuolunmaz məqam hər oyunda qol buraxmağımız idi. Bu problemin də aradan qalxdığına inanırıq. Rəqibin heyətində Dino Ndlovunun olmaması, təbii ki, bizim xeyrimizədi. Çünki o güclü futbolçudu. Ancaq “Qarabağ” da bizim kimidi, oyunçu satıb-satmamağından asılı olmayaraq, optimal heyəti var. Odu ki, Dinonun yoxluğunun ciddi təsir edəcəyini düşünmürəm. Yəqin ki, Bakıda yaşayan qəbələli azarkeşlər də gələcək. Digər fanklub haqda danışa bilmərəm. Öz adımızdan deyə bilərəm ki, 50-60 nəfər olacağıq. Oyuna maraq azarkeş sayına təsir edəcək. “Qarabağ”ı udsaq, növbəti ev matçlarında daha çox azarkeş stadiona təşrif buyuracaq. Bu üzdən “Qarabağ”la oyunun önəmi böyükdü”.
Yeri gəlmişkən, “Qəbələ”nin marketinq üzrə meneceri Səməd Nəsibovdan Qəbələdə yaşayan azarkeşlərin oyuna gətirilməsi ilə bağlı planın olub-olmadığını soruşduq: “Bu oyunla bağlı xüsusi bir iş görülməyəcək. Sıradan bir premyer-liqa matçıdı. Azarkeşlər də bizə müraciət etməyib. Bildiyimə görə, özləri gələcəklər. Yox, müraciət olsa, klub bunu cavabsız qoymayacaq”.
Elvin İbrahimov: “Qarabağ”dan böyükhesablı qələbə gözləyirik”
“İmarət”in tribuna lideri Elvin İbrahimovun matçla bağlı düşüncələri belə oldu: “Oyuna yüksək səviyyədə hazırlaşırıq. Təkcə “Qəbələ” ilə görüşə yox, premyer-liqanın 3-cü dövrəsi üçün “qolumuzu çırmamışıq”. Əsas bannerimiz – “İmarət Tayfa”nı yeniləmişik. Bundan başqa da bir sıra pankartlar hazırlamışıq. Qış fasiləsində boş oturmadıq, öz aramızda pul yığdıq və maliyyədən asılı olan məsələləri həll etdik. Oyuna kimi bütün işlərimizi yekunlaşdırmalıyıq. Bizə lazımdı ki, “Qəbələ” ilə oyunda, eləcə də 3-cü dövrədə rəhbərliyin və baş məşqçi Qurban Qurbanovun “Qarabağ”a hansı iddialarla yanaşdığını görək. Millinin “Qarabağ”a təsirinin olub-olmadığı hamımıza maraqlıdı. Rəhbərliyin və məşqçilər korpusunun komandaya yanaşmasını görmək istəyirik ki, 3-cü dövrədə bunun qarşılığını verək. Biz qrup halında və ya fərdi şəkildə heç vaxt klubda kiminləsə prinsip aparmırıq. İndiyə qədər bu olmayıb və bundan sonra da belə fikrimiz yoxdu. Lakin azarkeşdən prezidentə kimi hər kəs dərk edir ki, Allahverdi Bağırovun kapitanı olduğu komandaya xidmət etməlidi. Ancaq komandaya ikinci dərəcəli baxacaqlarsa, onda işin rəngi dəyişir. “Qarabağ”ın ikinci plana atılması bizim ikinci plana atılmağımız deməkdi. Biz də azad azarkeş qrupu olaraq bunun qarşılığını verəcəyik. Yaxşıya onqat yaxşı, pisə onqat pis. Nəsə hiss etdiyimizi deməzdim, görünən şeylərdi. Qurban Qurbanovun milliyə aparılması, Dino Ndlovunun satılması... Yoxlama oyunlarında qələbənin olmaması yaxşıdı. “Qarabağ” nə vaxt ki, toplanış çərçivəsində pis nəticələr qazanır, həmin mövsüm çox yaxşı olur. Yoldaşlıq oyunlarını ciddiyə almırıq. Sadəcə, Dinonun getməsi bizi narahat etdi. Lakin tarix yazan komandanı bir oyunçunu satdığına görə qınamaq da olmur. “Qəbələ” ilə oyunda böyük fərqlə qələbə gözləyirik. Bu komanda ilə qarşılaşmalarımız çətin keçsə də, onların qalib gəlməsi bizim üçün sensasiya sayılacaq. Deməzdim ki, bir oyunla hər şey dəyişəcək. Hər halda, “Qarabağ”dan böyükhesablı qələbə gözləyirik. Hansısa uğursuzluq pisə doğru ilk addım olacaq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar