09 fev 13:45aktual

Samir Abasovu komandasının “dişsizliyi” narahat edir

Samir Abasovu komandasının “dişsizliyi” narahat edir
“Toplanışda Bəhlula siqnal ötürdük ki, hər an oynamağa hazır olsun”
Türkiyə toplanışının ardından birgünlük istirahəti başa vuran “Sumqayıt” artıq iki gündü “Kapital Bank Arena”da məşqləri bərpa edib. Tam heyətlə “Zirə” ilə oyuna hazırlaşan “kimyaçılar”ın məşqlərinə əvəzedici heyətdən də 4 oyunçu cəlb olunub. Dünən “ağ-göylər”in məşqinə baş çəkib təxminən saatyarım davam edən hazılıq prosesisni izlədik. Daha çox toplu çalışmalara üstünlük verən “kimyaçılar” məşqi ikitərəfli oyunla yekunlaşdırdılar. Bundan sonra komandanın baş məşqçisi Samir Abasova yaxınlaşıb, həm toplanış, həm də qarşıdakı çempionat oyunu ilə bağlı söhbətləşdik.
- Artıq iki gündən sonra premyer-liqada növbəti oyuna çıxacaqsız. Fasilə dönəmindən istədiyiniz kimi yararlana bildiz?
- Təlim-məşq toplanışı başlamamış, getmədən öncə proqram tərtib edirsən. Bu proqramda məşqlərin necə olacağı, yoldaşlıq görüşləri və sair yer alır. Hava şəraitinə görə məşq ləğv olunmursa, yoldaşlıq görüşlərində zədə alınmırsa, başqa bir problem baş vermirsə, nəticələrə baxmadan hazırlığın baş tutduğunu söyləmək mümkündü. Fasilə dönəmində toplanışımız pis olmadı. Türkiyə mərhələsini xüsusilə qeyd edərdim. İlk öncə az futbolçu ilə başladıq. 4 futbolçumuz U-21-in heyətində idi. Onlar da bizə qoşulandan sonra əsas fikrimiz o idi ki, maksimum güc yığaraq çempionat oyunlarına hazırlaşaq. Zədələr olmasa da, oyun baxımından problemlər yarandı. Komandaya yeni qoşulanlar uyğunlaşma dönəmini həddən artıq gec keçirlər. Elnur Abdullayev məlum məsələdi ki, zədəlidi. Ülvi İsgəndərovla Nicat Qurbanovun isə komandaya tez uyğunlaşaraq bizə kömək edəcəklərini düşünürdüm. Amma belə olmadı.
- Antalyaya getməmiş Ruminiya təmsilçiləri ilə qarşılaşmaq istəmədiyinizi bildirmişdiz. Səbəb kimi bu ölkənin klubları ilə oyunlarda dava-dalaşın düşməsini göstərmişdiz. Buna baxmayaraq, ilk oyunda məhz bu ölkənin təmsilçisi “Konkordiya” ilə qarşılaşdız...
- “Poqon”la oyun ləğv olundu. Səbəbini Ceyhun Sultanov bilər. Sonra da bizə məlum oldu ki, həmin gün yalnız “Konkordiya” ilə yoldaşlıq görüşü keçirə bilərik. Ona görə də bu komanda ilə oynamaq məcburiyyətində qaldıq. Ancaq oyundan öncə qarşı tərəfə şərtlərimi bildirdim. Onların meydana əsas heyətlə çıxacaqları məlum olandan sonra matçın keçirilməsinə razılıq verdim.
- Türkiyə toplanışında “Sumqayıt” 4 oyun keçirdi. “Anji” ilə matç “CBC Sport” vasitəsilə canlı yayınlandı. Rusiya klubu ilə qarşılaşmada yaxşı təsir bağışlayan komanda “Mladost”la oyunda böyük hesabla məğlub oldu. Serbiya təmsilçisi bu qədər güclü idi ki, qapınızda 4 cavabsız qol gördüz? Bundan başqa, komanda 4 oyunun heç birində fərqlənə bilmədi.
- “Mladost”la matçda böyük hesabla uduzmağımız böyük problem deyil. Qol vurmaq haqda isə hücumçular da düşünməlidi. Biz də bu haqda fikirləşirik. “Mladost”la oyunla bağlı bir bəhanə tapıb məğlubiyyəti “sığortalaya” bilərik. “Anji” ilə görüşdən cəmi 3 gün sonra, yorğunluq fonunda meydana çıxdıq. Bizi ən çox narahat edən qol vura bilməməyimizdi. Normal hücumlar qursaq da, son nöqtəni qoya bilmədik. Həmişə olduğu kimi Amil Yunanov yenə toplanışda özünü göstərə bilmədi. Hücumçunun işi qol vurmaqdı. Lakin Yunanov bunun öhdəsindən gəlmədi. Amil ötən qış baş tutan toplanışda da heç bir yoldaşlıq görüşündə fərqlənə bilməmişdi. Bu artıq onda adət halını alıb. Bu bizi üzür. Amma inanırıq ki, çempionatda belə olmayacaq. Ən azı özümüzü buna məcbur edirik.
- Hücumun “dişsizliyi”, forvardların yoldaşlıq matçlarında fərqlənə bilməməsi bir növ həyəcan təbilidi. Özünüz də müsahibənizdə bildirmisiz ki, 40 yaşımda ən böyük hədiyyə avrokuboklara vəsiqə qazanmaq olardı. Futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, “Sumqayıt”da “vuran ayaq” problemi var. Bu çatışmazlığı necə aradan qaldırmağı düşünürsüz? Bəlkə Visente Del Boskenin dönəmindəki İspaniya yığması kimi meydana forvardsız çıxasız?
- Çempionatda da belə davam edəcəyi təqdirdə bu yola üz tutacağıq. Çıxış yolu qalmasa, irəlidə heç vaxt hücumçu mövqeyində oynamayan futbolçulara güvənə bilərik. Çünki qol vurmaq üçün başqa çarəmiz yoxdu. Onu da bilirik ki, indiki vəziyyətdə düşərgəyə yeni forvard gətirə bilməyəcəyik. Ona görə ki, Azərbaycanda beləsi yoxdu. Dediyim kimi, çempionatın başlamasını gözləyirik. Görək necə olacaq.
- Geridə qalan 14 turda Bəhlul Mustafazadəyə elə də çox şans vermirdiz. Ancaq toplanışda yetərincə şans qazandı. Bu nə ilə bağlıdı?
- Artıq Bəhlulun da əsas heyətdə daha çox oynaması üçün lazım olanları edirik. Köməkçilərim onun U-21-in heyətində Gürcüstan, özüm isə Albaniya ilə oyunlarına canlı baxmışam. Həmin matçlarda ən yaxşılardan biri də Bəhlul idi. Əsas milliyə də dəvət alır. Digər müdafiəçilərimizi də diqqət mərkəzində saxlayırıq. Qışa qədər əsas heyətdə meydana çıxan müdafiəçilərimizdən də razı idik. Lakin bu o demək deyil ki, Bəhlul oynamayacaq. Toplanışda da ona bir siqnal ötürdük ki, hər an oynamağa hazır olsun.
- Antalyadakı matçlarınızı izlədik. Vurğun Hüseynov elə də yaxşı təsir bağışlamırdı. Təcrübəli müdafiəçi çoxlu səhvlərlə yadda qaldı. Onun oyunundakı eniş nə ilə bağlıdı?
- Biz də elə bu üzdən Bəhlulu oynadırdıq ki, bir problem yaşansa, ona həmin mövqedə güvənə bilək.
- Premyer-liqadakı rəqibləriniz barədə ətraflı informasiya toplaya bildiz?
- “Zirə”nin oyununu canlı izləmişəm. “Keşlə”nin matçlarına isə köməkçilərim baxıb. “Neftçi” haqda da məlumat yığmağa çalışdıq və yığdıq. “Kəpəz”dən isə informasiya toplaya bilmədik. Çünki oyun və məşq vaxtlarımız buna imkan vermirdi. Açığı, onlardan da az da olsa, xəbərim var. Bildiyim yeganə şey odu ki, bu həftədən maya kimi premyer-liqada gərgin oyunlar olacaq. Hər bir komanda hər xal uğrunda sona qədər mübarizə aparacaq. Biz də bu gərgin mübarizədən qopmamaq üçün əlimizdən gələni edəcəyik. Rəqiblər gücləniblər, çıxış yolumuz yoxdu. Nə geriyə yolumuz yoxdu, nə də nədənsə şikayət edib başımızı tutmağa. Düşərgəmizdə kimlər varsa, onlarla da oynayacağıq.
- Şənbə günü komandanızı “Zirə” ilə çətin oyun gözləyir. “Sumqayıt” 2018-ci ildə ilk rəsmi oyuna hazırdı?
- Şükür Allaha, kollektivdə ab-hava yerindədi. Gündəlik məşqlərimizi davam etdiririk. Ümid edirəm ki, qış fasiləsindən sonra baş tutacaq ilk qarşılaşmadan qalib ayrılmağı, azarkeşlərimizi sevindirməyi bacaracağıq. Bildiyim qədər onlar da “Zirə” ilə görüşdə bizi tək qoymaq istəmirlər. Səfər qarşılaşmasında tribunalarda olacaqlar. Tərəfdarlarımızın bu addımının qarşılığını vermək istərdik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi Dünən, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı Dünən, 18:46 Qurban Qurbanovdan ideal seçim Dünən, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Dünən, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Dünən, 18:41 Sabah kubokun püşkü atılacaq Dünən, 18:37 “Lex” Qriqorçukla maraqlanır Dünən, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Dünən, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi Dünən, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür Dünən, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb Dünən, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi Dünən, 18:19 Turun oyunçusu Dünən, 18:19 Turun sitatı Dünən, 18:18 Turdan məqamlar Dünən, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” Dünən, 18:14 Lider başlayacaq, çempion bitirəcək Dünən, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi Dünən, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar