05 fev 22:30aktual

Atanur Cəfərli Antalya təəssüratlarını bölüşdü

Atanur Cəfərli Antalya təəssüratlarını bölüşdü
Fanklub rəhbəri “Qarabağ”la bir təyyarədə qayıdıb
Yığmanın Moldova ilə oyununu (0:0) izləmək üçün "Sektor 11" fanklubunun rəhbəri Atanur Cəfərli də Antalyaya yollanmışdı. O həm U-21-in, həm də klublarımızdan bəzilərinin yoxlama matçlarında olub.
Dünən adı çəkilən azarkeş qrupunun rəhbəri ilə əlaqə saxlayıb, səfərlə bağlı fikirlərini öyrəndik: "Ən əsası millinin oyununa görə getmişdim. Qurban Qurbanovun rəhbərliyi altında yığmanın ilk matçı idi. Həmçinin fikirləşdim ki, U-21 də ordadı, klublara da baş çəkərəm. Antalyada dostum var idi. Onunla danışdım, dedi ki, gəlib qala, qonaq ola bilərsən. Bütün bunların üst-üstə düşməsi səfər üçün problem qoymadı. Həmin gün Antalya reysi olmadı, bir gün İstanbulda qalıb, yanvarın 25-də Antalyaya çatdım. U-21-in, yığmanın, ən sonda isə "Qarabağ"la "Qəbələ"nin hərəsinin bir oyununa baxdım. Gediş öz hesabıma oldu, gələndə "Qarabağ"la qayıtdım. Onlar çarter reysi ilə döndülər. Orda bildim belədi, dedim artıq xərc olmasın. Danışdım, onlar da sağ olsun, bir yerdə gəlməkdə problem görmədilər. Antalyada isə dediyim kimi, dostumun yanında qalırdım. Moldova ilə oyundan öncə PFL prezidenti Ramin Musayevlə görüşdüm, Aslan Şahgəldiyev də yanında idi. O bildirdi ki, "Sektor 11"dəndi, yığmanın oyununa gəlib. Ramin müəllim də dedi, halal olsun, ordan bura millinin oyununa gəlmisən. Danışdıq, qalmağa yerimin olub-olmadığı ilə maraqlandı. Hətta israr elədi ki, gedək bizim qaldığımız oteldə qal, lakin təşəkkür edib ehtiyac olmadığını bildirdim. Oyundan sonra isə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdük. Onlar da sağ olsun, qayğı göstərdilər, köməklərini təklif etdilər. Əslində mənimlə bir neçə uşaq getməliydi, lakin sonradan onların maddiyyatla bağlı problemləri oldu, alınmadı, tək getdim. Düzü, yığmaya dəstək vermək üçün gələnlərin olacağını düşünürdüm. Orda yanında qaldığım dostum Akdəniz Universitetinin tələbəsi idi. O dedi ki, elə burda 700 azərbaycanlı tələbə var. Doğrudu, universitetdə tətil vaxtı idi. Ancaq göstərilən sayın hətta yarısının yarısı gələ bilərdi. Bundan başqa, əvvəlcədən xəbər verdiyimiz adamlar da var idi. Heç olmasa, 15-20 nəfər olsaydıq, dəstək verə bilərdik. Təəssüf ki, gələn olmadı. Oyunda dostumla birgə ikimiz dəstək verdik. Qalanları da klublar, düşərgədə olanlar idi, bir də azərbaycanlı jurnalistlər matçı işıqlandırmğa gəlmişdilər".
Cəfərli Antalyadan xoş təəssüratla dönüb: "Elə Qurban müəllimlə görüşəndə də dedim ki, yığmanın ona tapşırılması azarkeşlər üçün bir nəticədi. Məncə, baş məşqçini "Moldovanı niyə uda bilmədiz?" tələbi ilə üz-üzə qoymaq doğru olmazdı. Ona 6 illik güvəniblər. "Qarabağ" birdən-birə ÇL-in qrupuna düşmədi. Müəyyən mərhələdən sonra bunu bacardı. Yığma da addım-addım inkişaf edəcək. Artıq bütün millilərə Qurbanov nəzarət edir. Bu isə o deməkdi ki, ölkə futbolu əmin əllərdədi. Daha öncə də yığma Antalyada və ya başqa yerlərdə yoldaşlıq oyunu oynayıb. Lakin onlara maraq göstərmirdik. Çünki bizi millidən küsdürmüşdülər. Ancaq Qurbanov gələndən sonra yığma doğmalaşıb. Ona görə ilk oyunda komandanın yanında olmağı özümə borc bildim. Baş məşqçi ilə görüşümüzdə o da necə gəldiyimizlə maraqlandı, gördük ki, bu onun üçün də xoş oldu. O ki qaldı oyuna, əslində hələ heyət açıqlananda müzakirələr başlamışdı. Fikrimcə, indidən nəsə söyləmək tezdi. Hansısa uğursuzluq olandan sonra demək olar ki, niyə Amil Yunanovu və ya bir başqasını çağırmadı? Hər halda, Qurban bəy də Azərbaycan üçün ən yaxşısını istəyir, yaxşı nəticə üçün çalışır. Azarkeşlər olaraq ona inanırıq. Prosineçkinin seçdiyi heyəti radikal dəyişikliklərə məruz qoymamışdı. Yəqin ki, bundan sonra da əlavələr edəcək. U-21-in oyununda isə Rəşad Sadıqovla görüşdük. Orda da sırf 21 yaşlılar çox az idi. Bu da gələcəyə hesablanan addımdı. Elə Sadıqovla söhbətdə Ozancan Kökcü məsələsinə də toxunduq. Bu futbolçu Bakıya gələndə onunla görüşmüşdük, fanklubumuzun şərfini vermişdik. Sadıqovun fikri belədi ki, kiminsə üzərindən xətt çəkmək asandı, ancaq onları yığmaya qazandırmalıyıq. Mən olduğum görüşdə Albaniyanı məğlub etdilər. Ümumiyyətlə, təəssüratlarım xoş oldu, elə nəticələr də pis deyildi. Hər iki yığmanın yeni baş məşqçinin rəhbərliyi altında ilk toplanışı, oyunları olduğunu da unutmamalıyıq".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Dünən, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Dünən, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Dünən, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Dünən, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Dünən, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Dünən, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Dünən, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Dünən, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Dünən, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Dünən, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Dünən, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Dünən, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Dünən, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Dünən, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Dünən, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar