04 fev 13:03aktual

“Banik” Arzuman Rizvanovla ilyarımlıq müqavilə bağlayıb

“Banik” Arzuman Rizvanovla ilyarımlıq müqavilə bağlayıb
Mahir Rizvanov: “Onların əsas məqsədi gənc futbolçuları püxtələşdirib İtaliya klublarına satmaqdı”
İndi üzdə olan futbolçulardan fərqli, yetişən gənc nəsil legioner həyatı yaşamaqda maraqlıdı. Son vaxtlar belələrinin sayı durmadan artır. Bugünlərdə daha bir gəncin Avropaya üz tutması haqda xəbər əldə etdik. Söhbət Arzuman Rizvanovdan gedir. Bizə çatan məlumata görə, Arzuman Çexiya “Banik”i ilə anlaşıb. Mənbəmiz onu da bildirdi ki, müxtəlif yaş qrupları üzrə yığmaların şərəfini qoruyan yarımmüdafiəçi Ostrava təmsilçisi ilə ilyarımlıq müqaviləyə imza atıb. Futbolçunun özü ilə danışmaq istəsək də, əlaqə yarada bilmədik. Əvəzində atası Mahir Rizvanovla görüşüb söhbətləşdik. Təvazökarlığı ilə seçilən Mahir bəy öncə müsahibə vermək istəmədi. Səbəbini də belə izah etdi ki, oğlu hələ böyük uğurlara imza atmayıb. Buna baxmayaraq, ondan Arzumanın Çexiyaya yollanması ilə bağlı müəyyən bilgilər əldə etdik.
- Arzuman futbolda ilk addımlarını “Neftçi”də atıb. Bir müddət sonra “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasına cəlb olunub. Həmin vaxt komandanın baş məşqçisi Samir Abasov idi. Onda Arzumanın 15 yaşı var idi. Ancaq “Sumqayıt”da da çox qalmadı. 6 aydan sonra Almaniyaya yollanıb, “Nürnberq”in düşərgəsində baxışından keçdi. Məşqçilər korpusu oğlumun oyununu bəyənib klubda saxlamaq istəyirdi. Lakin 18 yaşı olmadığından peşəkar müqavilə bağlaya bilmədi. Geri qayıtdıqdan sonra bəzi səbəblərdən 6 ay futbolsuz qaldı. Ötən ilin iyuluna qədər “Neftçi”də idi. Arzuman aşağı yaş qruplarından ibarət bütün yığmalara cəlb olunub. İlk dəfə onu U-16-ya Aslan Kərimov dəvət etmişdi. Ondan sonra gələn məşqçilər də daim oğlumu müxtəlif yaş qrupları üzrə milliyə cəlb ediblər.
- Necə oldu ki, Arzuman Çexiya klubunun diqqətini cəlb etdi?
- Arzuman bir ara Ukraynada da baxışda olub. Daha dəqiq desəm, “Çernomorets”in düşərgəsinə yollanmışdı. Bu klubda olarkən, yoldaşlıq görüşlərinin birini avropalı seleksiyaçı izləmişdi. Sənəd məsələsi oğlumun Ukraynada da qalmasına əngəl oldu. Hətta klub rəhbərliyi 3 ay Arzumana vaxt verdi ki, bu problemi yoluna qoysun. Sadəcə, özüm istəmədim ki, Arzumanın ikili vətəndaşlığı olsun. Vətənə döndükdən bir müddət sonra Odessada onu görən agentlərdən biri bizimlə əlaqə saxladı. Və bildirdi ki, Arzumanı Çexiya klublarından birinə aparmaq istəyir. Telefonla bir neçə dəfə danışdıqdan sonra bilet alıb, oğlumu Çexiyaya yola saldım. Arzuman ötən ilin iyulundan Ostrava klubunun düşərgəsindədi. Baxışdan uğurla keçdikdən sonra rəhbərlik ona müqavilə təklif etdi. Lakin bu dəfə də yaş məsələsi ortaya müəyyən problemlər çıxartdı. Amma “Banik” rəsmiləri təklif etdilər ki, oğlum klubun düşərgəsində qalıb, yanvara qədər məşq etsin. 2018-də isə müqavilə bağlansın. Onların bu təklifi ilə razılaşdıq. Yanvardan isə Arzuman artıq rəsmi müqaviləyə imza atıb. Oğlum ilyarım “Banik”in şərəfini qoruyacaq.
- Arzuman əsas komandaya cəlb olunub, yoxsa aşağı yaş qrupunda çıxış edəcək?
- Müqavilədə əsas komandaya cəlb olunduğu göstərilib. Ancaq bir müddət ikinci komandada top qovacaq. Baş məşqçi Arzumana deyib ki, qısa müddətdə əsas komandada çıxış edəcək. Hazırda məşqləri də əsas komanda ilə birgə edir. Onu da qeyd edim ki, təlim-məşq toplanışı dönəmində oğlum əsas komanda ilə 5 yoldaşlıq oyununa çıxıb və iki dəfə fərqlənib.
- Arzumanın agenti kimdi?
- Oğlumu Çexiyaya soyadını indi xatırlamadığım Pavel adlı menecer aparıb. Düzdü, keçiddə vasitəçi olsa da, hələ ki Paveli Arzumanın rəsmi agenti kimi təqdim etmək düzgün olmaz. Çünki onunla müqavilə imzalanmayıb.
- Özünüz klubun düşərgəsinə baş çəkib, şəraitlə tanış olmusuz? Adətən, azərbaycanlı valideynlər övladlarını gənc yaşlarında evdən kənara buraxmaq istəmirlər.
- İşim üzündən hələ ki Çexiyaya getməmişəm. Fevralda Çexiyada da çempionat start götürəcək. Fikrim var ki, məhz həmin vaxt ora yollanım. Həm övladımı görərəm, həm də çempionat oyununu izləyərəm. Necə deyərlər, həm ziyarət, həm ticarət. Ancaq tez-tez həm Arzumanla, həm də Pavellə telefonla danışırıq. Oğlum heç nədən narazılıq etmir. Klub ona normal şərait yaradıb. Pavellə isə sırf Arzumanın peşəkar karyerası ilə bağlı söhbətlər edirik. O özü vaxtilə futbolçu olub və Fransada legioner həyatı yaşayıb. “Tuluza”da, “Nant”da top qovub. Deməyim odu ki, bu sahəyə təsadüfən gəlməyib, futboldan anlayışı var. Onun sözlərinə görə, Arzuman Avropada uğurlu karyera qura bilər. Hətta o Arzumanı bu yay İtaliya klublarından birinə təklif etmək istəyirdi. Bildiyiniz kimi, İtaliya klubları Çexiyada top qovan futbolçulara böyük maraq göstərir. Pavel Nedved, Tomas Uyfaluşi kimi veteran futbolçular vaxtilə bu ölkədə ad-san qazandıqlarından italyanların Çexiya bazarına marağı böyükdü. “Banik” kimi klublar da əsasən bu yöndə çalışırlar. Onların əsas məqsədi gənc futbolçuları püxtələşdirib İtaliya klublarına satmaqdı. Hətta Arzuman deyir ki, məşqlər sırf İtaliya futboluna uyğun proqram üzərində qurulub. “Banik”in ikinci komandasında Sloveniya, Ukrayna və daha beş ölkənin U-21 yığmasının şərəfini qoruyan futbolçular çıxış edir. Həmin gəncləri komandaya cəlb etməkdə hədəf odu ki, sonradan onları baha qiymətə daha imkanlı klublara satsınlar.
- Qeyd etdiz ki, Çexiyaya yollanmamışdan öncə Arzuman “Neftçi”nin düşərgəsində idi. Nə üçün ölkənin ən köklü klubu yetirməsinin təmənnasız “Banik”ə keçməsinə imkan verdi?
- Əslində “Neftçi” rəhbərliyi istəyirdi oğlum komandada qalsın. Hətta bununla bağlı Eldəniz müəllim (baş menecer Eldəniz Yusifovu nəzərdə tutur – R.) mənimlə söhbət etdi. Ən azı daha bir il onu komandada görmək istəyirdilər. Hətta komandanın həmin dönəmdə baş məşçisi olan Elxan Abdullayev də mənimlə görüşdü. Arzuman əsas komandanın yoxlama oyunlarında da iştirak etmişdi. O əsas komandaya qoşulanda “Neftçi”nin 1999 təvəllüdlü uşaqlardan ibarət komandasından heç kim əsas kollektivə cəlb olunmamışdı. Ancaq Arzumanın ən böyük arzusu legioner həyatı yaşamaq idi. Mən də onun istəyinin əksinə getmədim. Ümid edirəm ki, Avropada özünü doğruldub uğurlu karyera qura biləcək. Oğlumun futbolçu kimi yetişməsində Araz Qulamovla Vaqif Paşayevin xüsusi əməyi olub. Hər iki mütəxəssis Arzumana çox böyük kömək ediblər. Onlardan başqa bir müddət “İnter” və “Rəvan”da işləmiş Peter Noyştadter də Arzumana Avropa futbolu ilə bağlı yetərincə məlumat verib. Onunla münasiblərim çox isti idi. Azərbaycanda işlədiyi müddətdə tez-tez xanımı ilə birgə bizim evə baş çəkib qonağımız olurdu. Söhbət əsnasında hazırda “Kayrat”ın idman direktoru olan mütəxəssis Arzumana müasir futbolun incəliklərini başa salır, Avropada futbol oynamaq üçün nəyin vacib olduğunu söyləyirdi. Onun məsləhətləri də hardasa təsirini göstərdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar