30 yan 16:35aktual

AFFA-dan fərqli qərar gözləməyə dəyməz

AFFA-dan fərqli qərar gözləməyə dəyməz
Yığmanın Millətlər Liqasının qrupundakı rəqiblərindən biri Kosovodu. Elə püşkatmanın nəticəsi bilinən kimi millinin bu komanda ilə fevralın 2-nə planlaşdırılan yoldaşlıq oyunu ləğv olundu. Hələ yoxlama matçı ilə bağlı tərəflərin razılıq əldə etməsi müzakirələrə səbəb olmuşdu. Çünki Kosovonun müstəqilliyini tanıyan 112 dövlət arasında Azərbaycan yoxdu. Belə bir durumda həmin komanda ilə Millətlər Liqasında üz-üzə gəlməyimizin mümkün olub-olmadığı çək-çevir edilir.
Ötən sayımızda AFFA-dan buna münasibət öyrənərkən, dəqiq cavab verilmədi. Assosiasiyanın baş katibi Elxan Məmmədovun bu həftə həmin məsələyə aydınlıq gətirəcəyi deyildi. Daha doğrusu, federasiya ilə dövlət qurumlarının birgə müzakirəsindən sonra hər şeyə aydınlıq gələcək. Bu isə o deməkdi ki, Kosovo ilə bağlı məsələ “yuxarılar”ın da diqqətidədi.
Qeyd edək ki, 1993-cü ildə Yuqoslaviyanın süqutundan sonra bölgə özünün müstəqil futbol komandasını təşkil edir. Kosovonun ilk qeyri-rəsmi oyunu Albaniyaya qarşı baş tutur və oyun albanların 3:1 hesablı qələbəsi ilə bitir. Lakin ali futbol qurumlarına üzv olmaları yaxın keçmişə təsadüf edir. 2008-ci il mayın 6-da Kosovo Milli Futbol Federasiyası FİFA-ya komandanın rəsmən tanınması və bu qurumun bütün turnirlərində iştirak etməsi üçün müraciət göndərir. Federasiyasi prezidenti Fadil Vokri bu müraciəti “tarixi an” elan edərək, Kosovonun FİFA-ya üzv seçiləcəyinə ümid bəslədiyini açıqlayır. Əvvəlcə bu müraciət qəbul olunmur və Kosovonun dünya ölkələri tərəfindən tanınmasının zərurliyi əsas gətirilir. Nəhayət, 2012-ci ilin dekabrında FİFA-nın futbol xəritəsinə yeni dövlət əlavə olunur. Belə ki, Tokioda təşkil edilən toplantıda Kosovonun klublarının, qadın futbol komandasının, gənclər komandasının yoldaşlıq oyunlarında iştirakına icazə verilir. 2016-cı il mayın 3-də isə Kosovo rəsmən UEFA-nın, 10 gün sonra da FİFA-nın üzvü olur. FİFA-nın 2012-ci ildəki icazəsindən bəri Kosovo 18 oyun keçirib. Bu komanda ilə qarşılaşan ölkələr isə bunlardı: Türkiyə, Seneqal, Haiti, Oman, Qvineya, Albaniya, Farer adaları, Finlandiya, Xorvatiya, Ukrayna, İslandiya, Latviya. Özü də adı çəkilənlərdən Ukrayna Kosovonun müstəqilliyini tanımayıb.
Düzdü, U-21 ilə əsas yığmanı eyniləşdirmək olmaz. Ancaq bir halda ki, Kosovonun 21 yaşlıları ilə rəsmi oyun keçirmişik, onların himni Bakıda səsləndirilib, deməli, əsas yığma baxımından da problem olmayacaq. Çünki burda söhbət hansısa siyasi əlaqələrdən yox, sırf futbol qarşılaşmasından gedir. FİFA və UEFA isə Kosovoya “yaşıl işıq yandırıb”. Bu baxımdan da AFFA ilə dövlət qurumlarının birgə müzakirəsindən “bu komanda ilə oynamayacağıq” və ya “kosovolularla neytral meydanda qarşılaşacağıq” kimi qərarın çıxmasını gözləmək əbəsdi. Kosovonun 19 idmançı və nümayəndə heyətiylə 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının iştirakçısı olduğunu da xatırladaq. Bir “bürünc”ə sevinən bu ölkə medal sıralamasında 40-cı oldu. İndiki halda aidiyyatı dövlət qurumları açıqlama verməkdən yayınır ki, bu da “ağrımayan başıma niyə dəsmal bağlayım ki?” düşüncəsindən irəli gəlir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Dünən, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Dünən, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Dünən, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Dünən, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Dünən, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Dünən, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Dünən, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Dünən, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Dünən, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Dünən, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Dünən, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Dünən, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Dünən, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Dünən, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Dünən, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar