26 yan 23:28aktual

Amit Quluzadə Kosovo ilə bağlı sualdan yayındı

Amit Quluzadə Kosovo ilə bağlı sualdan yayındı
“Danışıqlar üçün Yunanıstana gələndə...”
Bu qış yenidən legioner həyatı yaşamağı qarşısına məqsəd qoyan Amit Quluzadənin Yunanıstanda top qovacağı gözlənilsə də, mövsümün ilk yarısını “Səbail”də keçirən futbolçu çoxlarını təəccübləndirəcək addım atdı. Belə ki, dayaq yarımmüdafiəçisi Kosovo təmsilçisi “Drita” ilə anlaşdı. FİFA və UEFA-ya yenicə üzv olan, ölkəmiz tərəfindən tanınmayan ölkəyə yollanan Amitlə əlaqə saxlayıb Millətlər Liqasında millimizlə eyni qrupda yer alan Kosovo futbolu və yeni klubu ilə bağlı danışıdıq.
- Yunanıstan klubları ilə danışıq aparsan da, Kosovo təmsilçisi ilə anlaşdın. Necə oldu ki, “Drita”ya keçdin?
- Yunanıstanda olduğum müddətdə ikisi birinci dəstə, biri isə elita təmsilçisi olmaqla 3 klubla danışıq aparırdım. Ancaq son anda elita klubuna transferim baş tutmadı. Səbəb də o oldu ki, rəhbərlik hazırda müqaviləsi davam edən legionerlərdən biri ilə yolları ayıra bilmədi. Birinci divizionda oynamaqda isə özüm maraqlı olmadım. Həmin ərəfədə Bolqarıstandan da maraqlanan klub var idi. Kosovo təmsilçisindən gələn təklif daha cəlbedici göründü. Daha doğrusu, onlar əvvəlcə mənə zəng vurub görüşmək istədiklərini bildirdilər. Klub rəsmiləri danışıqlar üçün Yunanıstana gələndə artıq hiss etdim ki, qarşı tərəf xidmətimdə maraqlıdı. Müqavilənin detallarını müzakirə etdikdən sonra razılığa gəldik. Maliyyə tərəfdən də məni qane edəcək anlaşmaya imza atdım.
- Müqavilə bağlamamışdan öncə Kosovo çempionatının səviyyəsi ilə maraqlandın?
- Təbii ki, rəsmi sənədlərə imza atmamışdan öncə müəyyən informasiya əldə etməyə çalışdım. Bəzi insanlarla ölkə, klubları və çempionatı barədə söhbətimiz oldu. Müqavilə bağladığım “Drita” Kosovonun ən iddialı klublarından biridi və maliyyə sarıdan da çətinlikləri yoxdu. Rəhbərlik mövsümün sonunda avrokuboklara vəsiqə qazanmağı hədəfləyib. Onu da bildirim ki, Kosovo çempionatında 12 komanda çıxış edir.
- Hazırda Yunanıstandasan, yoxsa Kosovoda?
- Mən artıq yeni komandamın təmsil etdiyi şəhərdə - Qnilanedəyəm. Kiçik, ancaq mənzərəli bir şəhərdi.
- Bəs niyə müqavilənin müddəti 5 aydı? Özün belə istədin, yoxsa qarşı tərəf belə şərt qoydu?
- Onlar müqavilə müddətinin ən azı bir il olmasını istəyirdilər, ancaq mən razılaşmadım. Mənim istəyimə uyğun 5 aylıq anlaşmaya imza atdım. Əsas məqsədim burda özümü yaxşı tərəfdən göstərib daha iddialı klublara transfer olmaqdı. Etraf edim ki, son aylar heç də ideal formada olmadım. Zədə və başqa səbəblərdən oyun təcrübəsindən məhrum olmuşdum. Allah qoysa, “Drita”da yenidən əvvəlki formamı bərpa edərəm. Mövsümün sonunda Kosovoda qalacağıma və ya başqa ölkəyə üz tutacağıma qərar verəcəm.
- “Drita” ilə müqavilə bağlayanda onu nəzərə aldın ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb?
- Bununla bağlı heç nə demək istəmirəm. Artıq neçə gündü hamı mənə eyni sualı verir. Yığmalar səviyyəsində oyunlar keçirilirsə, mənim bu ölkədə top qovmağım niyə bu qədər söz-söhbətə səbəb olur, başa düşmürəm.
- Yığmadan söz düşmüşkən, yəqin ki, Millətlər Liqasında Kosovo ilə eyni qrupda yer almağımızdan xəbərin var. Şansları necə dəyərləndirisən?
- Əlbəttə. Püşkatmanı izlədim. Ancaq Kosovo yığması barədə ətraflı məlumatım yoxdu. Yalnız onu bilirəm ki, milliyə cəlb olunan futbolçuların 90 faizi legioner həyatı yaşayır. İnşallah, Qurban Qurbanovun rəhbərliyi altında yığmamız qrup birincisi olub bizləri sevindirər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar