18 yan 19:08aktual

Şehiç “Qarabağ”dan getmək istəmir

Şehiç “Qarabağ”dan getmək istəmir
“Prosineçki qapıçı keyfiyyətlərimə bələddi”
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Qurban Qurbanovun yetirmələri dünən ilk yoxlama oyununu (bu haqda başqa yazıda oxu – F.) keçirdi. İndi isə “köhlən atlar”la bağlı informasiyaları diqqətinizə çatdırırıq.
“Qarabağ” gerilədi, “Zirə”dən ciddi sıçrayış
Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə 402 komanda yer alıb. Ötən ilin yekunlarının əksini tapdığı siyahıda ölkəmiz 3 klubla təmsil olunub. “Qarabağ” 136 xalla dünyanın 93-cü komandasıdı. İlk “100-lük”dəki yeganə təmsilçimiz ötən il Çempionlar Liqasının qrupunda iştirak etsə də, 1 il əvvəlki mövqeyi ilə müqayisədə 39 pillə geriləyib. Bu, Qurban Qurbanovun yetirmələrinin 2016-cı ildə Avropa Liqasının qrupunda daha çox xal yığması ilə bağlıdı. “Qarabağ”dan başqa dünyanın daha 2 klubu 136 xala malikdi. Ağdamlıların şərikləri Münhenqladbax “Borussiya”sı və Meksika “Paçuka”sıdı. Siyahıdakı 2-ci komandamız “Zirə”di. Qəsəbə təmsilçisi 72 xalla 296-cı yerə şərikdi. “Atletiko” (Bukaramanqa, Kolumbiya), “Kolon” (Argentina), “Renn” (Fransa) və “Melqar”la (Peru) eyni xala malik Ayxan Abbasovun komandası ciddi sıçrayışla diqqəti çəkib. Ötən il 761-ci olan qəsəbə təmsilçisi 465 pillə irəliləyib. Hesabında 65 xal olan “Qəbələ” isə 353-cü pillədə qərarlaşıb. Roman Qriqorçukun komandası “Əl-Naser” (Səudiyyə Ərəbistanı), “Arka” (Polşa), “Defensor” (Uruqvay), “Atromitos” (Yunanıstan), “Hapoel” (Hayfa, İsrail), “Əl-Vəhdət” (İordaniya) ilə eyni nəticəyə malikdi. “Qırmızı-qaralar” bir il öncəki ilə müqayisədə 255 pillə geriləyib. Bunun da səbəbi bəllidi. Komanda Avroliqanın qrup mərhələsinə yüksələ bilmədi. Qeyd edək ki, siyahıya 328 xalla “Real” başçılıq edir. Braziliya “Qremio”su 286 xalla ikinci, MY (İngiltərə) 284 xalla üçüncüdü.
Şehiç: “ÇL-də yeni şounu səbirsizliklə gözləyirik”
İbrahim Şehiçin “Qarabağ”dan ayrılacağını xəbər vermişdik. Bosniya və Hersoqovina yığmasına çağırılan qapıçının millinin düşərgəsinə qoşulacağı tarix bəlli olub. Bu haqda yığmamızın sabiq, bosniyalıların yeni baş məşqçisi Robert Prosineçki xəbər verib. Yerli mətbuata müsahibəsində xorvat çalışdırıcı dəvət göndərdiyi futbolçulardan ikisinin düşərgəyə bir qədər gec qoşulacağını bildirib. Şehiçlə yanaşı, “Filadelfiya Yunion”un (ABŞ) yarımmüdafiəçisi Haris Medunyanin də ölkə daxilindəki hazırlıq prosesində iştirak etməyəcək. Prosineçki bildirib ki, İbrahim komandaya Türkiyədə qoşulacaq: “Şehiç İstanbulda bizə qoşulacaq və kollektivlə birgə ABŞ-a uçacaq. Medunyanin isə bizi orda gözləyəcək”.
Yeri gəlmişkən, Şehiç ölkəsinin mətbuatına açıqlamasında yığma və “Qarabağ” haqda danışıb: “Klubumdakı bir neçə məsul şəxs və baş məşqçimizlə söhbət etdim. Onlar da mənim yığma ilə təlim-məşq toplanışında iştirakıma icazə verdilər. Lakin mən milliyə yanvarın 21-də yox, 4 gün sonra qoşulacam. Antalyadan İstanbula yollanıb, ordan da yığma ilə ABŞ-a üz tutacam. Yeni baş məşqçimiz Robert Prosineçkiyə gəlincə, o, çox yaxşı mütəxəssisdi. Futbolçu kimi Balkanda əfsanə olan xorvat çalışdırıcı kimi sərtdi və hər şeyin nəzarətində olmasını sevir. Mən onu Azərbaycanın baş məşqçisi olduğu illərdə tanımışam. Prosineçki komandamın bütün oyunlarını izləyirdi. Bu üzdən də qapıçı keyfiyyətlərimə bələddi. Şadam ki, ABŞ və Meksika ilə yoxlama matçlarında yerli çempionatda çıxış edənlər çoxluq təşkil edəcək. Bu qarşılaşmalarda əsas motivasiyadı. Oyunlara yaxşı köklənib, qələbə istəyi ilə meydana çıxsaq, nəticə də olacaq. “Qarabağ”dakı uğura gəlincə, bu nəticəni əldə etmək üçün çox güc sərf etdik. Yekunda Çempionlar Liqası səviyyəsində 6 qrup oyununun həyəcanını yaşadıq. Ancaq bununla kifayətlənmək istəmirik. Yenidən çempionluq titulunu qazanmağa hazırıq və ÇL-də yeni şounu səbirsizliklə gözləyirik. Komandamızın qapısını kifayət qədər yaxşı qorumuşam. İndi də “Qarabağ”dan başqa yerə getmək niyyətim yoxdu. Lakin təkcə məni yox, klubu da qane edən təklif olsa, düşünərəm. Bu da yalnız yayda baş verə bilər. Bu insanlar mənə çox şey verib və mən də istəyirəm ki, onlara bunun qarşılığını qaytarım”.
Nə Filip...
Bir müddət öncə “Qarabağ”ın rumıniyalı futbolçu ilə maraqlandığı xəbəri yayılmışdı. Daha doğrusu, Rumıniya mətbuatı bu haqda iddia irəli sürmüşdü. Deyəsən, Steliano Filipin artıq “köhlən atlar”a keçmək variantı qapanıb. Belə ki, müdafiəçi “Dinamo”nu tərk etməyə hazırlaşmır. Yerli mətbuatda yazılan informasiyaya görə, 24 yaşlı futbolçu komandası ilə birlikdə Cənubi Kiprə yollanıb. Təlim-məşq toplanışı üçün Limassola gedən buxarestlilərin ölkə xaricindəki hazırlığına qatılan Filip eyni zamanda komandanın yeni kapitanı təyin edilib. O, yerli KİV-ə müsahibəsində “Dinamo”nun qarşıya qoyduğu hədəflərdən söz açıb, yeni transferlər haqda fikir bildirib. Milli üzvünün bu müsahibəsindən belə qənaətə gəlmək olar ki, o, karyerasını elə hazırkı komandasında davam etdirəcək. Filipin 2012-ci ildən “Dinamo”nun formasını geydiyini də xatırladaq.
...nə də Billiat gəlir
Ötən sayımızda daha bir futbolçunun adının “Qarabağ”la yanaşı hallandığını xəbər vermişdik. Söhbət zimbabveli Xama Billiatdan gedir. Kareyrasını Cənubi Afrikada davam etdirən hücumçunun da ölkəmizə gəlişi reallaşana oxşamır. Hazırda “Mamelodi Sandaunz”un formasını geyən forvard böyük ehtimalla klubunda qalacaq. Bu ölkənin mətbuatının yazdığına görə, Billiat Cənubi Afrikanın daha iki klubundan təklif alıb. Bunlar “Kayzer” və “Orlando”du. Xüsusən ikincilərin heyəti 28 yaşlı futbolçu ilə gücləndirməkdə israrlı olduğunu da vurğulayaq. Zimbabvenin əsas komandasının üzvünün “Mamelodi Sandaunz”la müqavilə müddəti iyuna qədər olduğundan, o, mövsümün sonu üçün istənilən komanda ilə anlaşmaqda sərbəstdi. “Orlando”nun qarşı tərəflə danışıqlara start verdiyi bildirilir. Bu klub ilk təklifinə müsbət cavabı almasa da, növbəti dəfə müraciət etmək fikrindədi. Lakin “Mamelodi Sandaunz” da onu saxlamaq niyyətindədi. Bunun üçün adı çəkilən komanda hazırda aylıq maaşı 160 min rand (10,6 min avro) olan Billiatın məvacibini daha 40 min rand artırmağa hazırdı. Maraqlıdı ki, Qurbanov ötən il bu futbolçunun oyunlarını izlədiyini, ancaq hazırda belə variantın olmadığını söyləyib.
Elyunussi isə gedir
Dino Ndlovunun ardınca daha bir futbolçunun - Tarik Elyunussinin də yolüstə olduğunu yazmışdıq. Norveç millisinin üzvünün “Qarabağ”dan ayrılması, demək olar, dəqiqləşib. Bu haqda İsveç mətbuatı informasiya yayıb. Bu ölkədən AİK norveçli oyunçunun keçidində israrlıdı. Mövsümün sonuna kimi “Qarabağ”la icarə müqaviləsi olan yarımmüdafiəçi burda heyətə düşə bilmədiyi üçün getmək istəyir. AİK futbolçunu almaq istəsə də, Elyunussinin transfer hüququna sahib olan “Olimpiakos” onu birdəfəlik satmaqda maraqlı deyil. Buna görə də isveçlilər Yunanıstan klubuna yeni təklif irəli sürməyi düşünür. Onlar Elyunussinin “Qarabağ”la qüvvədə olan müqaviləsinin ləğvini və növbəti 6 ayda icarə əsasında İsveçə köçməsini təklif edirlər. Yayda isə tərəflər yenidən danışıqlar masası arxasına oturacaq. Bu təklifə “Olimpiakos” da isti yanaşır, lakin məsələdə üçüncü tərəf olan “Qarabağ”dan heç bir rəsmi açıqlama verilməyib.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar