18 yan 19:07aktual

"Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi

"Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi
Qurban Qurbanov: "Açığı, belə sürətli oyun gözləmirdim”
Dünən "Qarabağ" Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirdi. Rusiya "Kuban"ı ilə qarşılaşma Bakı vaxtıyla saat 18.00-da başladı və "köhlən atlar"ın "yutub" kanalı vasitəsilə canlı yayınlandı. Matçı Türkiyədən olan hakimlər briqadası idarə edirdi. Baş hakim Ömər Qalaya laysmanlar Əli Qaplan və Gürkan Aydın kömək edirdi.
İndi isə hər iki komandanın start heyətini diqqətinizə çatdıraq.
Qarabağ: İbrahim Şehiç, Vild-Donald Gerye, Rəşad Sadıqov (k), Yakub Jezniçak, Maksim Medvedev, Coşqun Diniyev, Riçard Almeyda, Pedro Enrike, Miçel, Dani Kintana, Mahir Mədətov.
Kuban: Yuri Dyupin, Roman Buqayev, Azad Bayrıyev (k), Mixail Smirnov, Nikolay Markov, İqor Konovalov, Aleksey Qay, Vladimir Lobkarev, Nikita Malyarov, Maksim Qriqoryev, Vladimir Obuxev.
Adlardan da bəlli olduğu kimi, hər iki komanda oyuna əsas heyətlə başladı. "Kuban"ın "11-liy"ində yer alan Qayın vaxtilə "Qəbələ"nin şərəfini qoruduğunu da xatırladaq.
İlk yarı "Qarabağ"ın üstünlüyü şəratində keçdi. Oyunun əvvəllərində Kintananın ənənəvi zərbələrindən birinin şahidi olduq. İspan yarımmüdafiəçi cinahdan mərkəzə meyillənib qapını nişan alsa da, Dyupin erkən qola imkan vermədi. 14-cü dəqiqədə isə Mahir Miçeli qapıçı ilə üzbəüz qoydu, lakin Dyupin bu dəfə də komandasını xilas etdi. 36-cı dəqiqədə Pedro qeyri-dəqiq vuruşla imkanı boşa verdi. 41-ci dəqiqədə Maksimə qarşı cərimə meydançasında kobud oyun olduğunu düşünən türk referi penalti təyin etdi. Ancaq orda qayda pozuntusunun olmadığı aşkar göründüyündən, Mədətov "feyr-pley" nümayiş etdirərək topu yavaşca kənara vurdu. Və bu da alqışla müşayiət olundu.
İkinci hissədə Qurban Qurbanov heyəti tam dəyişdi. İlk yarıdan fərqli, fasilədən sonra oyun məhsuldar alındı. Əvvəlcə 50-ci dəqiqədə əllə oyuna görə rusların qapısına təyin olunan penaltini Əfran İsmayılov dəqiq yerinə yetirdi. Cəmi 3 dəqiqə sonra isə hakim "Qarbabağ"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Qara Qarayev rəqibə qarşı kobud oynamışdı. Malyarov hesabı bərabərləşdirdi. "Status-kvo"nu bərpa edən Nikita 61-ci dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atdı. Bundan dərhal sonra Qurbanov Şahruddin Məhəmmədəliyevi Anton Kanibolotski ilə əvəzlədi. Oyunda son nöqtəni isə "Qarabağ"ın gənc futbolçusu Zaur Fərzəliyev qoydu. O 68-ci dəqiqədə fərdi bacarığını işə salıb çətin vəziyyətdən hesabda tarazlıq yaratdı. Qalan dəqiqələrdə yaddaqalan hücum görmədik. Beləliklə, "Qarabağ" yeni ildəki ilk sınağında 2:2-lik heç-heçəyə razılaşdı. Onu da qeyd edək ki, ağdamlılar növbəti yoxlama oyununu yanvarın 20-də Polşa "Legiya"sına qarşı keçirəcək.
Qurban Qurbanovun matçla bağlı fikirləri belə olub: "Açığı, belə sürətli oyun gözləmirdim. Həm birinci, həm də ikinci hissədə uşaqlar çox istəkli idi. Səhvlərimiz oldu. Bunları normal qarşılayıram. Ümumilikdə komandadan razı qaldım. Uşaqlar oyun intizamını qorumağa və bəzi düşüncələrimizi meydanda icra etməyə çalışdılar. Hərənin qarşısına qoyulan vəzifə var idi. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışdı. İkinci hissədə daha açıq oyun getdi. Fasiləyə qədər isə top daha çox bizdə idi və rəqib müdafiə olunurdu. İkinci yarıda hər iki komandada dəyişikliklər oldu. Bəzi gənc oyunçulara şans verdik. Buna görə ola bilsin ki, istək daha çox idi və açıq oyun getdi. Vurulmayan penalti? Orda tam penalti yox idi. Ona görə də kənara vurmağı qərara aldıq".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar