18 yan 19:00aktual

Arif Əsədov Yunis Hüseynovdan narazıdı

Arif Əsədov Yunis Hüseynovdan narazıdı
ADBTİA-nın direktoru “Kəpəz”in baş məşqçisiylə razılaşmadı
Yanvarın 15-də “Kəpəz”lə “Sabah” yoldaşlıq oyunu keçirməliydi. ADBTİA-nın stadionunda oynanılması planlaşdırılan qarşılaşma Gəncə klubunun imtinası üzündən ləğv olundu. “Sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov ot örtüyünün vəziyyətinə görə yoldaşlıq görüşündən boyun qaçırıb.
Dünən bununla bağlı öncə “Sabah”ın baş məşqçisi Arif Əsədovun fikirlərini öyrəndik: “Yunis müəllimlə bir ay öncədən yoldaşlıq oyunu ilə bağlı razılığa gəlmişdik. Yanvarın 15-nə nəzərdə tutulan yoxlama matçında stadionu onlar, hakimləri biz öhdəmizə götürmüşdük. Vaxt da təyin edilmişdi, oyun 14.00-da başlamalıydı. Yanvarın 13-də Yunis müəllimlə əlaqə saxladım, soruşdum ki, planda dəyişiklik-filan yoxdu, hər şey yerində qalır. Yəni hakimləri sifariş verməliyik, başqa məsələlər var. Ertəsi - oyuna bir gün qalmış Yunis müəllim mənə zəng etdi ki, bəs “meydan bərbaddı, pis vəziyyətdədi, oyun alınmayacaq”. Dedim ki, belə şey olar? Sabah oyundu, bir gün öncə ləğv olunur. Hətta qeyd etdim ki, o arenada problem varsa, bizim stadionda - Binədə oynayaq. Bildirdi ki, ora da pisdi, futbolçular zədələnə bilər. Dedim, oynamırsızsa, oynamayaq. Belə oldu. Mənim də bütün planlarım pozuldu. Sağ olsunlar, tez-tələsik “Binə” ilə oyun təşkil etdik. Onsuz da onlarla eyni stadionda məşq keçirik. Danışdıq ki, məşq əvəzinə oyun keçirək. Məndə də baxışda futbolçular var, onları izləməliydim. Ancaq ayın 15-də yox, 16-da oynadıq. Əslində isə 15-i oynamalıydıq, 16-sı komandaya istirahət verməliydim. Lakin Yunis müəllim 14-ü dedi ki, oynamırıq. Qısa vaxtda rəqib tapmadıq, daha sonra “Binə” ilə razılığımız oldu və 16-da oynadıq. Düzü, ADBTİA-nın stadionunun vəziyyətdindən xəbərsizəm. Onlar dedilər, mən də yoxlama deyiləm ki, gedim maraqlanım. Ancaq onu bilirdim ki, həmin stadionda məşq edirlər. Həmçinin əvəzedici heyətlə orda yoldaşlıq oyunu keçirmişdilər. Pis idisə, əvəzedicilərlə də oynamazdılar. Binədə süni örtüklü arenadı, onları başa düşürəm”.
Daha sonra isə ADBTİA-nın stadionunun direktoru Elvin İslamoğlu ilə danışdıq: “Bildiyiniz kimi, özüm də məşqçiyəm, 6 illik “Qarabağ” təcrübəm var, hazırda da “Leon”da çalışıram. “Kəpəz” 5 gün, gündə 2 dəfə burda məşq edirdi. Hər dəfə də məşqlərdə iştirak etmişəm. Heç bir narazılıq olmayıb. Demirəm ki, bizim stadion ideal vəziyyətdədi. Ancaq normal durumdadı. Söhbət yoldaşlıq görüşündən gedirsə, oynamaq olar. Hazırda “Keşlə” burda məşq edir. Yunis müəllimə də çox böyük hörmətimiz var. Sadəcə, günahı stadionun üzərinə yıxmağı qəbul etmirəm. Məncə, komanda tam hazır olmadığına görə bu addım atıldı. Bundan başqa, yanvarın 13-də “Kəpəz” öz əvəzediciləri ilə də oynamışdı. Əsas heyət 80-ci dəqiqədə qol vurdu və hesab 1:0 oldu. Yunis müəllimi də qınamaq olmaz, yəqin komanda tam formalaşmamışdı, baxışa gələn futbolçular həddən artıq çox idi. Ancaq sırf stadionun üzərinə yıxmaq mümkün deyil. Dediyim kimi, bu gün saat 16.00-da “Keşlə” yenə burda məşqə çıxacaq. U-18 bizə müraciət edib, onlar da hazırlıq keçəcək. Stadion tam fəaliyyətdədi. Qazon ideal vəziyyətdə olmasa da, oyun keçirmək olar. “Kəpəz” təlim-məşq toplanışının birinci mərhələsini tam bizdə keçdi. Bu gün gecə Türkiyəyə gedirlər. Həmin yoldaşlıq oyununun ləğvindən sonra Yunis müəllimlə söhbətim olmayıb. Axı, heç vaxt bizə yaxınlaşıb, stadionun vəziyyəti haqda narazılıq bildirməyiblər. Nə vaxt soruşmuşuq, deyiblər ki, hər şey normaldı, qaydasındadı, çox sağ olun, minnətdarıq. Stadionu oyuna tam hazır olması üçün rənglətdirdilər. Hər şey qaydasında idi. Klubdan bizə heç vaxt rəsmi narazılıq bildirilməyib. Respublika Olimpiya Mərkəzinin direktoru Emin Quliyev, bilirsiz ki, İdman Akademiyasının stadionuna da nəzarət edir. Bildiyimə görə, o, “Kəpəz”in nümayəndəsinə günahı arenanın üzərinə atmağın düzgün olmadığnı deyib”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar