Yazarlar
Həbib
Pulun üzü qara olsunAmal
Absurdla dolu futbol
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
18 yan 18:53aktual
Yığma bu gündən “Bayıl Arena”ya köçür

Alesio brifinq keçirəcək, “CBC Sport” “Eurosport”la razılaşdı
Avropa çempionatının final mərhələsinə hazırlaşan futzal millimiz bu gündən toplanışa başlayır. Yanvarın 10-dan etibarən hazırlığa start verən komanda gündəlik məşqlərdən sonra evə buraxılırdısa, bu gündən “Bayıl Arena”da düşərgə salınacaq. Həm də növbəti 10 gündəki çalışmalar tam heyətlə davam etdiriləcək. Ayın 15-də komandaya qoşulan Vitali Borisovun ardından karyerasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirən Fineo de Araujo da Bakıya gəlib. Braziliyalı çərşənbə axşamı səhər saatlarında paytaxtımıza təşrif buyurub, elə həmin gün axşam saat 17.00-da “Olimpik Star”da keçirilən məşqə qatılıb. Bir müddət əvvəl Yaponiya çempionatında yaranan fasilədən istifadə edərək vətəninə baş çətən Fineonun dekabrda İranda keçirilən beynəlxalq turnirə dəvət edilmədiyini də xatırladaq. Yaponiya ilə məsafənin uzaq, saat fərqinin isə çox olduğunu nəzərə alan baş məşqçi Joze Alesio da Silva ona rəsmi oyunlar ərəfəsində dəvət göndərəcəyini bildirmişdi. Vassura isə bu gün düşərgədə olacaq.
Alesio brifinq keçirəcək
Millinin baş məşqçisi Joze Alesio da Silvanın gələn həftə jurnalistlərlə görüşü planlaşdırılıb. Braziliyalı mütəxəssisin media ilə görüşü brifinq şəklində təşkil ediləcək. Brifinq yanvarın 23-nə nəzərdə tutulub. Həmin gün həmçinin açıq məşq də olmalıdı.
Yayında problem olmayacaq
Yeri gəlmişkən, yığmanın Avropa çempionatındakı oyunlarının yayını 99 faiz həll olunub. Əldə etdiyimiz bilgiyə görə, “CBC Sport” “Eurosport”la razılıq əldə edib. Sadəcə, son detallar razılaşdırılmalıdı ki, məsələyə bu həftə nöqtə qoyulacaq.
Fransa da heyəti açıqladı
AÇ-nin final mərhələsində yığmamızın rəqiblərindən olan Fransanın hazırlıq planı müəyyənləşib. Debütdə məhz futzalçılarımızla üz-üzə gələcək fransızlar yanvarın 20-də hazırlıq prosesinə start verəcək. Rəqibimiz final mərhələsinə qədər iki yoxlama matçı keçirəcək. Belə ki, yanvarın 24-də Serbiya, iki gün sonra isə İtaliya ilə oyun nəzərdə tutulub. Hər iki qarşılaşma Xorvatiyanın Noviqrad şəhərində baş tutacaq. Artıq Fransa yığmasının heyəti də açıqlanıb. Sloveniyadakı turnirdə yığmamızla eyni – D qrupunda yer alacaq fransalıların baş məşqçisi Pyer Jaki siyahıya 14 futzalçı daxil edib: qapıçılar - Joevin Duro, Camel Harun, Ba El Kerrumi; sahə oyunçuları - Azdin Ayqoun, Boukkay Ba, Samir Alla, Sid Belhac, Mişel De Sa Andrade, Adrien Qasmi, Samba Kebe, Abdessamad Mohammed, Suheyl Muhiddin, Landri Nqala, Kevn Ramires.
AÇ üçün 13 ölkədən hakim
UEFA Avropa çempionatında ədaləti qoruyacaq hakimlərin təyinatını rəsmiləşdirib. Qitə turnirinə 16 referi dəvət olunub. Daha iki hakimin adı isə ehtiyat siyahıya daxil edilib. Ehtiyac olacağı halda Yunanıstandan olan Vasilios Xristodulis və makedoniyalı Yosip Barton da yarışa cəlb olunacaq. Yanvarın 30-u - fevralın 10-u aralığında baş tutacaq çempionata təyinat alan 16 hakimin 13 ölkədən olduğunu da qeyd edək. İspaniya, İtaliya və Macarıstan iki ədalət təmsilçisi ilə təmsil olunacaq.
Saşa Tomiç (Xorvatiya)
Andrey Çernı (Çexiya)
Mark Birkett (İngiltərə)
Xuan Kordero Qalyardo (İspaniya)
Alessandro Martines Flores (İspaniya)
Timo Onatsu (Finlandiya)
Sedrik Pelisse (Fransa)
Balaj Farkaş (Macarıstan)
Qabor Kovaç (Macarıstan)
Ancelo Qalante (İtaliya)
Alessandro Malfer (İtaliya)
Eduardu Fernandes Koelyo (Portuqaliya)
Boqdan Soresku (Rumıniya)
Vladimir Kadıkov (Rusiya)
Admir Zaxoviç (Sloveniya)
Kamil Çətin (Türkiyə)
Yığmamız üçün göy rəng
Macarıstanın evsahibliyi etdiyi AÇ-2010-dan başlayaraq, Avropa çempionatları qara rəngli örtükdə olan arenalarda keçirilirdi. Bu, televiziya maraqlarına əsaslanan addım kimi izah olunurdu. Ancaq eyni zamanda, rəng seçimi bəzi mütəxəssislər, o cümlədən televiziya tamaşaçıları tərəfindən tənqidlərlə müşayiət olunurdu. Yayın hüququna sahib olan “Eurosport2” optimal fon seçmək üçün yeni təkliflə çıxış edib. Telekanal bunun üçün İspaniya çempionatının təcrübəsindən yararlanıb. İspaniya Milli Futzal Liqasının oyunları göy rəngli meydanlarda keçirilir. Hətta bu ölkənin idman telekanalında yayınlanan futzal proqramı “Pista Azul” adlanır ki, bu da tərcümədə “göy döşəmə” deməkdi. Göy rəng televizor ekranlarında da əlverişli sayılır. Bunu nəzərə alan UEFA AÇ-nin oyunlarının bu rəngli örtükdə keçirilməsini məqbul sayıb. Beləliklə, AÇ-2018 göy rəngli döşəmə üzərində oynanılacaq. Ümid edək ki, Lyublyana şəhərindəki “Stojice Arena”nın yeni rəngi yığmamıza düşərli olacaq.
MİRAĞA
Şərh yaz