16 yan 15:51aktual

Çempionatın bombardiri Alesiodan narazıdı

Çempionatın bombardiri Alesiodan narazıdı
Renat Sultanov: “Bizi İrana görüntü xatirinə aparmışdı”
Avropa çempionatında ölkəmizi təmsil edəcək futzalçıların siyahısı təxminən bir həftədi məlumdu. Baş məşqçi Joze Alesio da Silvanın açıqladığı 15 nəfərlik heyət üzvlərindən biri – üçüncü qapıçı Anar Məmmədov Sloveniyaya aparılmayacaq. Beləliklə, final mərhələsində Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo, Qallo, Ramiz Çovdarov, Tyaqo, İsa Atayev, Anar Məmmədov, Xətai Bağırov (hamısı “Araz”), Samir Həmzəyev, Emin Kürdov, Namiq Məmmədkərimov (hamısı "Ekol"), Vassura (“Al Dafra”, BƏƏ), Fineo (“Aqleymina Hamamatsu”, Yaponiya) və Vitali Borisovun (“Ekonomaç”, Serbiya) uğurlu çıxışına bel bağlayacağıq. Göründüyü kimi, braziliyalı mütəxəssisin güvəndiyi futzalçılar arasında “Marafon”dan heç kim yoxdu. Halbuki debutant lider “Araz”ın ən yaxın izləyicisidi və “Ekol”u da, “Neftçi”ni də qabaqlayır. Üstəlik, heyətində seçilən yerli oyunçular da var. Renat Sultanov, Seymur Məmmədov və İlkin Hacıyev “Marafon”un yükünü çiyinlərində daşıyan oyunçulardı. Xüsusilə kapitan bu mənada təkcə komanda yoldaşlarından yox, hətta “Araz”ın braziliyalılarından da seçilir. Təsadüfi deyil ki, Sultanov 16 qolla yüksək liqanın bombardiridi. Alesio onu İranın İsfahan şəhərində keçirilən beynəlxalq turnirə də aparmışdı. Ancaq bu dəfə ona ehtiyac duymadı. Millinin çalışdırıcısının qərarını Renatla müzakirə etdik. Təcrübəli futzalçı braziliyalı mütəxəssisi “ağ yuyub, qara sərdi”.
- Çempionatın hazırlığına başlamısız?
- İnşallah, sabah (bu gün) başlayırıq. Məşqləri “Marafon” İdman Klubunun bazasında keçəcəyik.
- Komandada dəyişikliklər var?
- Bizdə böyük dəyişikliyə ehtiyac yoxdu. Komanda komplektləşib, çıxışımız da normaldı. Ancaq bir-iki yeni oyunçu cəlb oluna bilər. Buna rəhbərlik və baş məşqçi qərar verəcək. “Marafon” heyəti 99 faiz qoruyub.
- Belə başa düşdüm ki, sən də qalırsan. Halbuki fasilə ərəfəsində təkliflər olduğunu demişdin və ayrıla biləcəyinə işarə vurmuşdun.
- Doğrudu. Təkliflər bu gün də var. Özümü tərifləmək üçün demirəm, amma çempionatın bir neçə komandasından kömək üçün dəvət edirlər. Sadəcə, rəhbərliklə görüşüb dəyərləndirdikdən sonra qalmağa qərar verdim. Niyə? Açığı, özüm getməyə maraqlı deyildim. Ancaq rəhbərliyin mövqeyini bilmək istəyirdim. Gördüm ki, onlar da qalmağımı istəyir. Sənə güvənirlərsə, komandanın kapitan sarğısını etibar edirlərsə, hər şey ürəyincədisə, niyə getməlisən? Həm də heyətin, demək olar, tam qorunub saxlanıldığını gördükdən sonra fikrimi qətiləşdirdim. Bu boyda yol qət etmişik, bu məqamda komandadan ayrılmaq, futzalçı dostlarımı yarıyolda atmaq insafsızlıq olardı.
- “Araz”ın dəvətini geri çevirmisən, yoxsa xaricdən gələn təklifi? Hər halda, “Marafon”dan ayrılıb turnir cədvəlində sizdən geri qalan “Ekol”a, “Neftçi”yə getməməyində qeyri-adi nəsə yoxdu.
- Konkret ad çəkmək istəmirəm. Bu, təklifini geri çevirdiyim komandalara hörmətsizlik olar. Çünki onlara “yox” demişəm. Onu deyə bilərəm ki, xidmətimdə maraqlı olan komandalar yüksək liqanın təmsilçiləridi.
- Səni axtarmağımızın əsas səbəbi yığmaya çağırılmamağınla bağlıdı. Alesionun qərarı səni nə qədər üzdü?
- Millidə oynamaq hər bir idmançı üçün şərəfdi. O cümlədən də mənim üçün. Bildiyiniz kimi, çimərlik futbolu yığmamızın üzvüyəm. Ölkəni təmsil edən bu millidə özümü nümunəvi aparmağa çalışmışam, bayrağımıza, himnimizə sayğı ilə yanaşmışam. Futzal millisində də sevə-sevə, həvəslə oynayaram. Amma…Açığı, Alesionun qərarı mənim üçün çox müəmmalıdı. Çünki bildiyimə görə, axırıncı günə kimi adım siyahıda olub. Ancaq son anda baş məşqçi fikrini dəyişib. İranda keçirilən turnirə də aparılmışdım… Əslində hardasa ürəyimə dammışdı…
- Hansı hərəkətindən, münasibətindən hiss etmişdin?
- İsfahanda baş tutan turnirə aparılsam da, bir dəqiqə də olsun, oynatmadı, şans vermədi. Təkcə məni yox, o biri yeni oyunçuları da meydana buraxmadı. Belə çıxır ki, bizi görüntü xatirinə İrana aparıbmış. Çünki o vaxt çempionat davam edirdi, mən qolları sıralayırdım, mətbuat da yığmaya çağırılmalı olduğumu qabardırdı. Vurduğum qollara, verdiyim məhsuldar ötürmələrə, bir sözlə, statistikaya qiymət vermirsə, mən nə edə bilərəm?
- Bəlkə adının çimərlik futbolu yığmasında olması Alesionun yekun seçimində rol oynayıb.
- İnanmıram. Çimərlik futbolu yığması 2 aydı hazırlıq keçir. Mən 2 ay əvvəl ora dəvət alsam da, məhz futzala görə məşqə getmirdim. Elədisə, İrana niyə aparırdı? Axı, o vaxt da çimərlik futbolu yığması toplanışda idi. Bu dəfə də özümdən soruşa bilərdilər.
- Deyək ki, tərzin Alesionun oyun fəlsəfəsinə uyğun deyil. “Marafon”dan heç kimin yığmaya dəvət almaması necə, normaldı?
- Tam razıyam. Deyək ki, mənim adım çimərlik futbolu yığmasında olduğuna görə çağırmayıb. Məsələ burasındadı ki, komanda yoldaşlarımdan heç kimi dəvət etməyib. Halbuki Seymurla İlkin yaxşı formadadı, hər ikisi milliyə kömək edə bilər.
- Deyirsən ki, İranda 3 oyunda sənə şans vermədi. Səbəbini özündən soruşa bilərdin.
- Soruşdum! Çünki o məşqçi kimi özünə hörmət edirsə, mən də futzalçı kimi özümə hörmət edirəm. İki oyun gözlədim, 3-cü qarşılaşmada da meydana buraxmadığını görüb yaxınlaşdım. Səbəbini öyrənməyə çalışdım. İnanın, tutarlı heç nə deyə bilmədi. Guya şərait dəyişib, mən qısa müddətdə heç nəyi dəyişə bilməzmişəm… Halbuki futzalda 30 saniyə də dəyərlidi. Mən 30 saniyə ərzində də nəsə edə bilərdim. Taktiki cəhətdən savadsız olsam belə, fiziki göstəricilərimin və təcrübəmin hesabına oyunun şəklini dəyişə bilərdim. Elə bir söz deyir: mən sənə də, o biri yenilərə də inanıram. Amma bu sözdədi, əməldə yerli oyunçulara güvənmədiyi ortadadı. Yenə də bu fikirdəyəm ki, bizi ora görüntü xatirinə aparmışdı. Ad oldu ki, çempionatda fərqlənən yerli futzalçıları yığmaya cəlb etdi. İrandakı yarış AÇ ərəfəsində yoxlama xarakterli turnir olmalı idi. Burda da yeniləri sınamırsansa, nə vaxt sınayacaqsan?!
- Bundan sonra diqqətini çimərlik futbolu yığmasına yönəldəcəksən?
- Bəlkə də Alesio bilmir ki, çimərlik futbolu yığması sırf azərbaycanlı oyunçularla tarix yazıb. Mən də o komandanın bir parçası olmuşam. Biz futzal oynamağı da bacarırıq. Sadəcə, şans vermir.
- AÇ-də yığmadan nə gözləyirsən?
- Orda oldum-olmadım, milli bizimdi. Ürəkdən azarkeşlik edəcəyik. Ən pis halda Fransanı udmaqla qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gəlmək mümkündü. İnanıram ki, komandamız Sloveniyada uğurlu çıxış edəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:02 Sabah “Futbol+”də Dünən, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi Dünən, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək Dünən, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi Dünən, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı Dünən, 16:26 Yenilmək növbəsi Maltanındı! Dünən, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib Dünən, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür Dünən, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək Dünən, 16:04 Stuxlik hakimlərdən test götürdü Dünən, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı Dünən, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” Dünən, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” Dünən, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol Dünən, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı Dünən, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar