16 yan 18:01aktual

“Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq”

“Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq”
Zaur Axundov Nizamiylə Mirhüseynin əməlini unuda bilmir
“Neftçi” – “Keşlə” qarşılaşmasını izləyənlər arasında ikincilərin Müşahidə Şurasının rəhbəri Zaur Axundov da var idi. Meydanda yaşananları texniki zonada, klubun icraçı direktoru Rəmiş Malıyevlə yanaşı izləyən Axundov fasilədə jurnalistlərin maraq doğuran suallarını cavablamaqdan boyun qaçırmadı.
- Düzdü, qarşıda hələ ikinci hissə var. Ümumilikdə yeni transferlər haqda fikirləriniz necədi?
- Bu, qış toplanışında ikinci yoldaşlıq oyunudu. Gördüyünüz kimi, meydanda başverənlər lentə alınır. Məşqçilər korpusu təhlil edib, qərarını verəcək. Fikrimiz var ki, yenə bir-iki oyunçu cəlb edək.
- Rauf Əliyevin məsələsi nə yerdə qaldı?
- Bu məsələ hələ gündəmdədi. Biz ona dünən də dedik ki, klub olaraq yayda etdiyi hərəkətə görə ondan inciməmişik. Öz doğma klubudu, nə vaxt istəsə, qayıda bilər. Təklifimizi vermişik, özü qərar verəcək. Düşünüb qərar vermək üçün vaxt istəyib.
- Bildiyimizə görə, müqavilə müddətində anlaşmazlıq yaranıb...
- Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq. Təbii ki, hər klubun öz strategiyası var. Bizə ona1-1,5 illik müqavilə şərti təklif elədik. O isə mövsümün sonuna qədər oynamaq istəyir. Biz də bununla heç cür razılaşa bilmərik.
- Büdcəniz yeni futbolçular dəvət etməyə imkan verir?
- Müəyyən olunmuş limitdə büdcəmiz var və ona uyğun hərəkət edirik. Eyni büdcədi. Müəyyən səbəblərə görə 5-6 oyunçu komandanı tərk edib. Onların yerinə futbolçular almalıyıq.
- Raufla problem ancaq müqavilə müddətindədi, yoxsa maddi planda da anlaşılmazlıq var?
- O, 6 aylıq müqavilə şərti istəyir. Amma bizim üçün əvəzolunmaz futbolçu yoxdu. Hər futbolçunun dediyi ilə oturub-dursaq, klub kimi fəaliyyət göstərə bilmərik. Xatırlayırsızsa, yayda gedəndə də aramızda bir az inciklik olmuşdu. Yenə deyirəm, onun gedişinə razı deyildim. Amma millinin üzvüdü, uğurlar arzuladım. Bununla belə, çox qalmadı “Kukesi”də, qayıtdı. Bildiyiniz kimi, qaydalara görə başqa klubda oynaya bilməz. Lakin biz hər şeyi unudub təklifimizi irəli sürmüşük.
- Klub prezidenti olaraq necə fikirləşirsiz, Mirhüseyn Seyidovla Nizami Hacıyev bağışlana bilərmi?
- İnanırsız, mənim üçün də çox ağırdı. Həm o hadisəni unutmaq istəyirəm, həm də unutmaq çətindi. Qısa müddət də olsa, həm Nizami, həm də Mirhüseynlə birlikdə işləmişik. Amma bizdən də yuxarı instansiyalar var ki, qərarı onlar veriblər. Belə olmasını heç kim istəməzdi. Hamımız qanun çərçivəsində işləyirik. Baxaq, görək nə olur.
- Araşdırmaların davam etdiyini bilirik. Başqa sanksiyalar ola bilər?
- Ömürlük futboldan uzaqlaşdırılıblar, bundan ağır nə cəza ola bilər ki?
- Onlar yox, başqa oyunçular...
- Təbii ki, futbolda belə şeylər varsa, birmənalı şəkildə, mütləq cəzalandırılmalıdılar. AFFA rəhbərliyi bu yöndə araşdırmanı davam etdirir. Günahkarlar tapılsa, mütləq cəzalanacaqlar.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar