15 yan 15:00aktual

Bir nömrə iddiasında olan Mahir Şükürov

Bir nömrə iddiasında olan Mahir Şükürov
Sən cibini düşünəndə, Rəşad Sadıqov Mənsimovun milyonluq təklifinə “yox” demişdi
Vaxtilə efirlərdə görməyə alışdığımız “Sportdaycest”, “Futbol saatı”, “Qol” kimi verilişlər Azərbaycan futbolu ilə yaxından maraqlanan izləyiciləri darıxmağa qoymazdı. Lakin bu gün adları çəkilən verilişlərin heç biri yayınlanmır. Əvəzində “CBC Sport”da ekrana daşınan və təcrübəli həmkarımız Elnur Məmmədovun aparıcısı olduğu “Üçüncü hissə” verilişi sözün əsl mənasında “damara işləyir”. Təxminən iki ay əvvəl Elnurun qonağı Rəşad Sadıqov olmuşdu. Müstəqillik tarixinin ən güclü futbolçusu hesab olunan Sadıqov xüsusilə yığma mövzusunda danışarkən, bir çox qaranlıq məqamlara aydınlıq gətirmiş, “Zirə” ilə “Qarabağ”ın qardaşlığı haqda deyilənlərə münasibət bildirmişdi. Və həmin açıqlamalar gündəmi zəbt etmişdi.
Srağagün Elnur Məmmədovun qonağı Mahir Şükürov idi. Yayda futbolçu karyerasını “Neftçi”də başa vuraraq, elə həmin klubda məşqçiliyə başlayan sabiq “4 nömrə” xeyli vaxt idi kölgəyə çəkilmişdi. Stadionlarda gözə dəyməyən, imkan düşəndə şəxsi biznesi ilə bağlı İstanbula uçan Şükürovun açıqlamaları da, insaf naminə, heç də pis deyildi. Bacardıqca səmimi olmağa çalışsa da, bəzi fikirləri ilə razılaşmaq olmur.
“Neftçi”də məşqçi işləməkdən özüm imtina etdim, heç kim məni ordan uzaqlaşdırmayıb. İşlərimlə bağlı sıx qrafiklə çalışırdım deyə, məşqlərə gedə bilmirdim. Həm də 14 yaşlı uşaqlarla işləmək çətindi. Üzdə olan futbolçuların hər biri məşqçilik karyerasına böyük yaş qruplarında başlamaq istəyər. Ona görə də 14 yaşlılarla işləmək istəmədim. İqor Ponomaryov İsveçin hansısa klubunda 14 yaşlılarla işləyə bilər, normaldı. Çünki ordakı şəraitlə burdakı eyni deyil. Qaraçuxırda, “Rəvan”ın bazasında süni örtük ayırıblar ki, get işlə. Orda uşaqlara nə məşq keçəcəksən? Komandanın məşqi qurtarandan sonra kənardan gəlib orda pulla həvəskar futbol oynayırlar. Belədə örtükdə örtüklük qalar? Sabah uşaq gəlib deyəcək ki, belim ağrıyır, ayağım ağrayır, dizim ağrıyır. Qısası, böyük yaş qrupu versəydilər, işləyərdim. 14 yaşlılarla çalışmaq istəmədim”.
Mahirin dediklərində su damcısı qədər də həqiqət yoxdu. Əvvəla ona görə ki, U-14-də işləmək təklif olunanda, özü buna razılıq vermişdi. Heç kim qolundan tutub gətirməmişdi. O başqa məsələ ki, daim üzdə olmağı sevən, əli yüzminlərlə oynayan Şükürov azyaşlılarla işlədikcə kölgəyə çəkiləcəyini anladı. Ya da tanınan məşqçilərdən biri olmaq üçün illərə ehtiyac duyduğunu dərk etdi. Qısa desəm, əziyyətə qatlaşmaq istəmədi. Futbolda elə bir qanun-qayda yoxdu ki, parlaq karyerasını bitirən futbolçu mütləq əvəzedicilərin, yaxud əsas komandanın başına keçməlidi. Öncə sənə şans yaradılır, gördüyün işə nəzər yetirilir, ondan sonra qərar verilir. Bəlkə sənin xarakterin və məşqçilik bacarığın heç U-14-də çalışmağa imkan vermir. Belədə kimdi sənə U-19-u, ya da əvəzediciləri tapşıran? Digər sual: Mahir Şükürov Rəşad Abdullayev kimi Bəhram Şahquliyevin köməkçisi işləməyə razılıq verərdi? Əsla! Sadəcə, rəhbərlik Şükürovu sınamaq qərarına gəldi, o da üzüağ çıxa bilmədi.
Rəşad Sadıqovun U-19 nümunəsi? Əziz və hörmətli Mahir, sən “Karşıyaka”dan ayrılıb dostlarınla istirahət edəndə, Rəşad kateqoriyaya sahib olmaq üçün gecəsini gündüzünə qatıb oxuyurdu, çalışırdı, zəhmət çəkirdi. Sən “Neftçi”yə sonuncu qayıdışında artıq çəkini atıb yenidən futbol oynamağı planlaşdıranda, Sadıqov PRO-ya sahib olmaq üçün tər tökürdü. Odu ki, özünü Rəşad Sadıqovla bir tutub, birbaşa U-19-da işləmək sevdasına düşməyin gərəksizdi. Dünən karyeranı başa vur, B kateqoriyasına sahib olmaq üçün kurslara qatılmağa arxa çevir, sonra da de ki, mənə 14 yaşlıları tapşırdılar. Yaxşı ki, Tərlan Əhmədovun yerinə gətirilməli olduğunu demədin.
“Neçə il futbol oynamışamsa, həmişə özümü yaxşı saymışam. Can-başla oynamışam, heç vaxt məndən narazılıq olmayıb. Olubsa da, bəlkə də 4 oyundan biri. İstər legioner həyatı yaşayanda, istərsə də Azərbaycanda öz səviyyəmdən üstün oynamışam. Rəşad Sadıqov ölkənin bir nömrəsidi? Hərə öz mövqeyində yaxşı olub. Rəşad sağ cinahda mənim effektimi verə bilməz, mən də müdafiənin mərkəzində onun kimi oynaya bilmərəm. Götürək müstəqillik dönəminin ən yaxşı qapıçısı Kamran Ağayevi, lap elə Vaqif Cavadovu. Oynadığım mövqedə ən güclü özümü saymışam”.
Mahir, Rəşadla sənin başlıca fərqin nədədi, bilirsən? Yəni ölkənin bir nömrəsi kimi niyə sənin yox, onun qəbul olunduğundan xəbərin var? Görünür, bilmirsən. Futbolçunun ən yaxşı olması təkcə meydanda irəli-geri qaçıb, arada cərimə meydançasına dəqiq asma etməsi ilə ölçülmür. Yaxşı futbolçu meydanda nümunəvi adam deməkdi. Əzmkar, döyüşkən, xarakter sahibi, ən çətin anda komanda yoldaşlarını toparlamağı bacaran, “mənəm-mənəm”likdən uzaq olan, jurnalistlərlə ünsiyyət qurmağı bacaran, ağzından çıxan sözün mənasını dərk edən, 5 manat artıq pula görə komandasını yarıyolda qoyub qaçmayan. Uzağa getmirəm, elə həmin “Üçüncü hissə”də xəbərçi sözünün yerinə “suka” deyən sən Mahir deyildinmi? “Anji”də Roberto Karlos dönəmi başlayandan sonra əsas heyətə düşməkdə işinin çətin olacağını bilib, sağlığına qismət, yaxşı pula “Qəbələ”yə qaçan sən olmamışdınmı? Sən təkcə Azərbaycanda 7 fərqli komandanın – “Gənclərbirliyi”, “Karvan”, “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”, “Olimpik”, “Qəbələ”nin şərəfini qoruduğun halda, bir nömrə hesab etmədiyin Rəşad Sadıqov yalnız “Neftçi”ylə “Qarabağ”ın uğurları üçün tər töküb. Bir komandada 2 ildən artıq duruş gətirə bilmədiyin halda, Rəşad son 7 ilini “Qarabağ”a həsr edib. Və bu mövzuya nöqtə qoyacaq əsas fakt: sən hər imkanda cibini düşündüyün halda, Rəşad “Neftçi”də oynayanda Mübariz Mənsimovun illik 1 milyon maaşına “yox” demişdi. Dostum, futbolçu həm də bu əməllərinə görə sevilir, seçilir. Sənin futbolçu olmadığını iddia edən yoxdu. Sadəcə, Sadıqovla müqayisədə bir addım geridəsən.
“Sabir Əliyev sağ olsun, futbolçu kimi məni yetişdirib. Mən də əvəzində onun payını (hədiyyəsini) vermişəm. Sumqayıtda o qədər futbolçu yetişdirib, onların arasında təkcə mən ona nələrisə hədiyyə etmişəm. Başqa futbolçular keçmişini yaddan çıxarırlar”
Bir nömrə hesab olunmamağının bir başqa bariz nümunəsi. Əminəm ki, əyləncəyə, avtomobillərə ayırdığın puldan başqa yeganə dəyərli hədiyyə verdiyin adam məhz Sabir Əliyev olub. Bildiyimə görə, uşaqlıq məşqçinə maşın hədiyyə etmisən. Amma bunu kameralar qarşısında deməyin mənası nədi? Etmisən, lap yaxşı, Allah görür. Bəlkə Sabir Əliyev kimlərinsə bu haqda bilməsini istəmir. Başa düşürəm, çətin dönəmdi, futboldan uzaq düşmüsən. Məqsədin özünü həm də xeyriyyəçi, keçmişini unutmayan biri kimi göstərməkdi. Amma bu heç də yaxşı xüsusiyyət deyil. Qurban Qurbanovu demirəm, təkcə Rəşad Sadıqovun xeyriyyə məqsədi ilə xərclədiyi pulları saysaq, inan ki, sənin“Anji”dəki illik qazancından çox olar.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar