10 yan 23:15aktual

Futboldan uzaqlaşdırılanlar gözləyir

Futboldan uzaqlaşdırılanlar gözləyir
“Evdəyəm, qızımla oynayıram, cizgi filmlərinə baxıram”
Dekabrın əvvəlində oyunların futbol nəticələrinin manipulyasiyasında təqsirləndirilərək futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidovla Nizami Hacıyevə “İnter”lə “Neftçi”də işləmiş metodist-məşqçi Ağakişi Mehdizadə də qoşuldu. Araşdırmalar nəticəsində hələ ki adları çəkilənlərin günahı sübuta yetirilsə də, Qurban Qurbanovun yığma mövzusundakı mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov açıqlamasında dalğanın davamının gözlənildiyini gizlətməmişdi. Lakin hələ bu üç nəfərdən başqa günahkar tapılmayıb.
Hər üçünə apellyasiya şikayəti vermək imkanı yaradılmışdı ki, günahkarlar bu hüquqdan istifadə etdi. Yəni özlərini müdafiə edəcək qeydlərini, ya da bağışlanmaları üçün xahişlərini ağ vərəqə həkk etdilər. Üstündən bir aya yaxın vaxt keçsə də, hələ ki bir xəbər yoxdu. Cəzalarının yüngülləşdirilib-yüngülləşdirilməyəcəyi bilinmir. Şanslar az görünsə də, yox deyil.
Maraqlıdı, futbol üzünə həsrət qalanlar nə edir? Başlarını nə ilə qatırlar? Nəyə ümid edirlər? Apellyasiya şikayətlərindən səs-soraq olmadığını görüb, yenidən AFFA-nın inzibati binasına üz tutmaq niyyətləri var?
Nizami Hacıyevlə danışmaq mümkün olmadı. Daha doğrusu, daim əlaqə saxladığımız nömrəsinə artıq neçə vaxtdı zəng çatmır. Yaxınlarından əldə etdiyimiz məlumata görə, Hacıyev ümidini Allaha və AFFA-dakıların insafına bağlayıb. Vaxtını ailəsi və dost-tanışı ilə keçirir, bəzən yığışıb həvəskar səviyyədə futbol oynayırlar. Bağışlanacağına ümidi az olsa da, futboldan əlini üzməyib.
Mirhüseyn Seyidov da davamlı zənglərimizi cavabsız qoydu. Əvəzində göndərdiyi mesajla müəyyən məlumat vermiş oldu: “Bakıda deyiləm, bir az uzaqdayam. Ona görə zəngə cavab verə bilmədim. Hələ ki xəbər-ətər yoxdu. Mən də hamı kimi oturub gözləyirəm. Gözləyirəm, inşallah, yaxşı olar. Qərarla bağlı hansısa yenilik olsa, hamının xəbəri olacaq”.
Futbol ictimaiyyətinin “Bobo” kimi tanıdığı Ağakişi Mehdizadə isə hələ də özünə gələ bilmir. Ürəyi doludu, sadəcə, qulaq asıb, başa düşəni yoxdu: “Evdəyəm, qızımla oynayıram, cizgi filmlərinə baxıram. Başqa nə edəcəm? Hərdən məşq edib başımı qatıram. Apellyasiya şikayətinə yanvarda cavab verəcəklərini demişdilər. Hələ ki səs-soraq yoxdu. Oturub gözləməkdən başqa çarəm yoxdu. Futboldan ömürlük uzaqlaşdırılmışam. Ola bilsin, qərar isti başla verilib. Mən oyun almamışam, satmamışam. Yeganə səhvim nəyisə bilib deməməyim olub. Buna görə bu cür cəzaya layiq görülməyim ağır deyilmi? Cəzalanmalıyam, mütləqdi. Amma ömürlük cəza çox ağırdı. Sanki bir nəfəri öldürənlə hadisəni kənardan izləyən hal şahidinə eyni cəza verilir. Bir aydan çoxdu kənarda qalmışam. Evdə işsiz oturub gözləyirəm. Futbolçuların videoroliklərini düzəldirəm, ordan 3-5 manat qazanıram. O da daimi gəlir yeri deyil. Heç olmasa, cəzamın müddətini azaltsınlar, bir az təskinlik tapım. Apellyasiya şikayətinə cavab verməsələr, yaxın günlərdə özüm AFFA-ya baş çəkəcəm. Görsəm ki, bağışlamırlar, yeganə əlacım ölkəni tərk etmək olacaq. Gedib başqa yerdə bir iş tapıb işləyərəm. Yeganə ümidim cəza müddətinin azaldılmasınadı. Ailəni çörəksiz qoymuşam. Razıyam, lap 5-6 ay pulsuz işləyim, amma hansısa işlə məşğul olum. Evdə otururam, ürəyim partlayır. İndiyə qədər çalışdığım klublarda rəhbərliyin, məşqçilərin, futbolçuların işimlə bağlı narazılığı olmayıb. Sadəcə, bir dəfə lazım olmayan yerə başımı soxdum, sonu da belə oldu. İnşallah, yaşımı, ailə vəziyyətimi və işə olan sevgimi nəzərə alıb, cəzamı yüngülləşdirərlər. Allahdan istəyim budu”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar