10 yan 23:11aktual

Ufuk Budak Türkiyədə qalacaq

Ufuk Budak Türkiyədə qalacaq
“Zirə” onunla danışığa hazır imiş...
Sonuncu dəfə 2016-cı ilin mayında yığmaya dəvət alan Ufuk Budak mövsümün 2-ci yarısında karyerasını başqa klubda davam etdirəcək. Son vaxtlar tez-tez komanda dəyişən müdafiəçi “Samsunspor”da da duruş gətirməyib. Buna səbəb isə maliyyə problemidi. Budak və daha 5 oyunçu maaş probleminə görə “ağ-qırmızılar”ı tərk edərək azad agentə çevrilib. Qeyd edək ki, bu yay “Manisaspor”dan “Samsunspor”a keçən Ufuk bu komandanın heyətində keçirdiyi 14 qarşılaşmada 1240 dəqiqə mübarizə aparıb. Arxa xətt oyunçusu daha öncə Almaniyada “Ulm” və “Frayburq”un ikinci komandasında, Türkiyədə isə “Əskişəhərspor”, “Qaziantep BB” və “Kayserispor”da forma geyib.
Berti Foqtsun dönəmində tez-tez milliyə dəvət alan Budak Robert Prosineçkidən eyni münasibəti görmədi. Xorvat çalışdırıcı yalnız 1 yoxlama oyununda ona şans tanıdı. Yuxarıda vurğuladığımız kimi, Prosineçki iki il öncə Andorra ilə yoldaşlıq görüşündə (0:0) Ufuka 90 dəqiqə güvəndi. Bundan sonra yığmaya həsrət qalan müdafiəçinin kareyrasını ölkəmizdə davam etdirmək variantı yaranıb. Belə ki, onun adı “Zirə” ilə yanaşı hallnır. Əslində bu seçim hər iki tərəfin ürəyincə olmalıdı. Futbolçu premyer-liqanın iddialı komandalarından birinə keçməklə milliyə qayıtmaq şansını artıracaq. Klub isə heyətdə yaranan boşluğu bu transferlə aradan qaldıra bilər. Məlum olduğu kimi, Təmkin Xəlilzadənin gedişindən sonra müdafiənin solunda yeni birinə ehtiyac var. Bu oyunçunun yığma üzvü olması isə həm klubu legioner rüsumundan azad edər, həm də onun təcrübəsi komandaya fayda verər.
Bununla bağlı “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun fikirlərini öyrəndik: “Ufukun məsələsi mətbuatda çox müzakirə olundu. Əslində isə yalnız bir dəfə menecerlərdən biri bizdən soruşmuşdu ki, futbolçu klubundan ayrılsa, sizin üçün maraqlı ola bilər? Biz də dedik ki, bəli, klubu ilə vidalaşsa, oturub söhbət edərik. Yəni görək onun istəyi nədi. Sonra meneceri bildirdi ki, komandasında qalır. Məsələ bununla da bağlandı, başqa söhbət olmadı. Hər halda, agenti belə dedi. Karyerasını hansı klubda davam etdirəcəyini bilmirəm. Yəqin ki, meneceri Türkiyəni nəzərdə tutub. Belə deyim, Azərbaycana gəlmək fikrində deyil. Mən belə başa düşdüm”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar