10 yan 22:32aktual

Menecerlər təəccübləndirən qiymətləri normal sayır

Menecerlər təəccübləndirən qiymətləri normal sayır
Tural Əsgərov: “Ölkəmizdə də futbolçulara görə ödənişlər bir ara şişmişdi, sonra yenidən aşağı düşdü”
Erkin İbrahimov: “Bir futbolçuya görə 222, yaxud da 160 milyon ödənilirsə, deməli, qiyməti budu”

Hazırda dünya futbolunda ən çox müzakirə olunan mövzulardan biri futbolçuların qiyməti ilə bağlıdı. Xüsusən son yarım ildə bu mənada əsl partlayış oldu. Belə ki, ötən yay PSJ Neymara 222, Kilian Mbappeyə görə isə 180 milyon avrosundan keçdi. Neymarı Fransa klubuna satan “Barselona” Usman Dembeleni Dortmund “Borussiya”sından 105 milyona (üstəgəl, 40 milyon bonus) transfer etdi. Qış fasiləsində isə daha iki keçid maliyyə baxımından böyük səs-küy doğurdu. “Liverpul” “Sauthempton”dan Van Diyki 85 milyon avroya aldı. Bununla da Diyk ən bahalı müdafiəçi kimi tarixə düşdü. Növbəti transfer “bomba”sını “Barselona” “partlatdı”. Əslində gözlənilən keçid baş tutdu: kataloniyalılar “Liverpul”un üzvü Koutinyonu 160 milyona transfer etdi. Təbii, başgicələndirici rəqəmlərin yetərincə “şişirdilmiş” olduğunu hər kəs anlayır. Adı çəkilənlər hər nə qədər istedadlı olsalar da, göstərilən məbləğlərin futbolçuların real dəyərindən yuxarı olduğu birmənalıdı. Görəsən, bu proses nə vaxta kimi davam edəcək? Bizdə hansısa klubun 1-2 milyonluq transfer etməsinin balansın pozulması ilə nəticələnəcəyini deyirik. Bəs Avropa niyə bu yolla gedir? Bütün bunlar futbola mənfi təsir göstərmir? Sualları tanınmış menecerlərə ünvanladıq.
Menecerlər təəccübləndirən qiymətləri normal sayır
Tural Əsgərov: “Düşünmürəm ki, bu proses futbolu uçuruma aparır. Bazarın qaydası budu ki, qiymətlər gah artır, gah azalır. Elə ölkəmizdə də futbolçulara görə ödənişlər bir ara şişmişdi, sonra yenidən aşağı düşdü. Nə bilmək olar, bəlkə sabah yenidən Azərbaycanda da qiymətlər qalxdı. Prosesin səbəblərindən biri bazarın genişlənməsi ilə bağlıdı. Çində futbolçulara görə ödənilən vəsaitlər hər kəsə bəllidi. Bundan başqa, Asiyanın digər ölkələrində də bu cür mənzərə ilə rastlaşmaq olar. Hazırda Malayziya ortaya çıxıb, bu ölkənin bəzi klubları futbolçulara böyük pullar verir. Həmçinin Tayland bazarı diqqəti çəkir. Varlı adamlardı, futbola maraqları var, pul qoyurlar. Ona görə də bütün dünyada bu idman növündə maliyyə artıb. Hamıya bəllidi ki, futbol artıq bir kommersiyadı. Özü də bu çoxdan belədi. 90-cı illərin ortalarından futbol kommersiya sahəsinə çevrilib. Bu sahədə də nə qədər pul dövriyyəsi çox olarsa, o qədər yaxşı sayılır. Belə bir durumda “bütün bunlar pisdi, futbolu uçuruma aparır” demək çətindi. Məsələn, Çini götürək. Qeyd etdiyim kimi, bu ölkədə futbolçulara böyük pullar verilir. Ancaq bunu Çinin bir klubu yox, hamısı edir. Avropada da buna təkcə “Barselona” əl atmır. “Real” da edir, onlar qədər olmasa da, ən azı “Atletiko” da futbolçu üçün böyük pul xərcləyə bilir. Fransada PSJ fərqlənir, ancaq “Monako” da Paris klubu ilə ayaqlaşmağa çalışır. Hər klubun strategiyası var. Birmənalı şəkildə demək olmaz ki, “Qarabağ” 2 milyonluq oyunçu alsa, problem yaranacaq. Lakin bizim həmin çempionatlarla müqayisə olunmağımızı doğru hesab etmirəm. Deyə bilmərik ki, İspaniyada bunu edirlərsə, biz də edə bilərik. Bizdə tam başqadı, pul ancaq xərclənir. Hansısa tanınmış futbolçunu gətiririk, o sabah məşqə çıxacaq. Axı bizdə o maraq yoxdu. Mən bilsəm ki, oyunuma 40 min tamaşaçı gələcək, hansısa klub 100 manat verəndə, mən 1 milyon verərəm. Düşünərəm ki, oyunuma gələn var. İspaniyada, Fransada və digər böyük futbol ölkələrində məhz bu var. Bütün marketinq məsələləri nəzərə alınır, teleyayını da unutmamalıyıq. Bu gün orta səviyyəli çempionatlara çata bilmiriksə, özümüzü İngiltərə, Almaniya ilə müqayisə etməyimiz absurddu. Dediyim kimi, bu qiymət artımı bir bazardı, sabah düşər, sonra yenidən arta bilər. Bazarda qiymət həmişə oynayır. Hədd qoyulması məsələsində isə ilk öncə məqsəd müəyyənləşdirilməlidi. Məsələn, ABŞ-da nəzarət var. Həmin ölkədə bütün idman liqalarında olduğu kimi, futbolda da nəzarət mövcuddu. Onların yolu budu. ABŞ-da limit tətbiq edirlər ki, bir klub futbolçularına filan qədər maaş ödəyə bilər. Avropada belə şey yoxdu. Ancaq UEFA-nın maliyyə “feyr-pley”ini də qeyd etməliyik. Orda da nəzarət edirlər ki, klubun xərci gəlirlərin müəyən faizindən çox olmasın. Lakin bəzi yerlərdə fərqli yanaşma var. Tutaq ki, sponsordan alınan pulu gəlir kimi nəzərdə tuturlar. Fakt budu ki, bizdə belə deyil və ona görə də həmin məsələni aydın başa düşə bilmirik. Çünki bizdə kluba bir nəfər baxır, ancaq Avropada sponsordan gələn pul da gəlir hesab edilir”.
Menecerlər təəccübləndirən qiymətləri normal sayır
Erkin İbrahimov: “Buna hansısa həddin qoyulmasının tərəfdarı deyiləm. Futbolu hansısa limit və qadağalarla idarə etmək, tənzimləmək olmur. Bu ancaq kommunizm görmüş ölkələrdə var. Bizdə, Rusiyada, Qazaxıstanda futboldakı maliyyəyə aid qadağalara rast gəlmək olur. Necə ki, indi heç kəsin yadına düşmür, ancaq 2-3 il əvvəl AFFA hansısa limit tətbiq etməyə çalışdı. Gənc futbolçuların əməkhaqqının 5 mindən artıq olmaması məsələsini nəzərdə tuturam. Bu utopiyadı, mümkün deyil. İstənilən qərarı qəbul etmək olar. Lakin əsas məsələ o qərarın tətbiqidi. Ona da nəzarət etmək qeyri-mümkündü. Çünki heç vaxt klubun əlaltdan futbolçuya nə verdiyini, yaxud da futbolçunun klubdan hansısa formada nə aldığını bilməyəcəksən. Fikrimcə, bir futbolçuya görə 222, yaxud da 160 milyon ödənilirsə, deməli, qiyməti budu. Onu alan varsa, belə çıxır, göstərilən məbləğ real qiymətdi. Bu iqtisadi qanundu. Düzdü, heç kimə, şəxsən mənə də belə qiymətlər görmək xoş deyil. Şəxsən Koutinyoya görə ödənilən pulu başa düşərəm, çünki seçilən futbolçudu. Ancaq Van Diykə görə 85 milyon ödənilməsində məntiq yoxdu. Sadəcə, “Liverpul” və “Sauthempton” arasında gözəl əlaqələr var. Onlar da hansısa formada öz işlərini görürlər. Diyk məsələsində də məhz bu münasibətlər önəmli rol oynayıb. Demək olar, hər il “Sauthempton”dan “Liverpul”a oyunçu gəlir, adi futbolçudu, ancaq qiyməti inanılmaz həddə olur. Adam Lallana kimi nümunələr var. Baxırsan ki, heyətdə oynamır, komandaya xeyir vermir. Diykin keçidində də iki klub arasındakı münasibətlərin rolunun olduğunu düşünürəm. Burda hər iki tərəf qazanır. Lakin elə prosesləri yoxlamaq, araşdırmaq çətin məsələdi. Bir neçə il öncə bizdə olan vəziyyəti xatırlayın. Hafiz Məmmədov müflis oldu, Mübariz Mənsimovun işləri yolunda getmədi, daha sonra devalvasiya baş verdi. Bütün bunlar olmasaydı, o vaxt 400 minə oynayan Kamran Ağayev bu gün 800 minə oynayacaqdı. Hər şey ona doğru gedirdi. Lakin indi o pulu verən yoxdu. Azərbaycanda kimin pulu quratrır, başlayır ki, gəncləşdirmə siyasəti aparıram. Necə olur, pul olanda kimə gəldi xərcləyirsə, qurtaranba çarxı dəyişirsən. Bununla belə, elə bir marketinq və ya forma satışı ilə 180 milyonu geri qaytarmağın mümkün olduğunu düşünmürəm. Sadəcə, pul var, ödəyirlər. Son 3-4 ildə Avropa futbolunda da pulla bağlı problemlər oldu. İndi görürsən ki, kənardan yatırım edənlər çoxdu. O gün baxıram ki, “Brayton” adi bir futbolçuya, Ze Luişə görə “Spartak”a 20 milyon verir. Hələ bu məbləğ 30 milyon da ola bilər. Ze Luişə görə 30 milyon verilirsə, Koutinyo üçün niyə o qədər ödənilməsin?! Bəzi istisnalar olmaqla prosesə normal baxıram. Klubların pulu varsa və futbolçu aşkar fərqlənirsə, o vəsaitlər ödənilməlidi. Reklamdan, televiziyadan da müəyyən gəlir əldə edirlər. Arda Turan “Barselona”ya getdi, klub “Turkish Airlines” şirkəti ilə reklam müqaviləsi bağladı. Deməyim odu ki, biz bütün detalları bilmirik. Bir çox futbolçular üçün qiymətlər normaldı. İstəsək də, istəməsək də, budu. Azərbaycanda isə həmin proses sponsorların oyunu idi. Biri Raufu, o biri Əfranı alırdı. Hardasa Qətərdəki kimi idi. Ancaq bu dünyada “Barselona”, “Real” səviyyəsində olursa, normal baxmalıyıq. Futbol tez-tez dəyişilir. Deyərdim ki, futbolda yeni eranın astansındayıq. Ölkəmizlə müqayisəyə gəlincə, Azərbaycan futbolu elə özəl bir yerdi ki, sanki xüsusi materiyadı. Dünya və Avropa futbolunda uğurlu olan təcrübələr, modellər ölkəmizdə işləmir. Hər şey analoqsuzdu. Tutaq ki, “Qarabağ” hansısa futbolçuya 1 milyon ödəsə, onda balans pozulacaq. Bizdə həmişə belə olub ki, özgəsinin pulunu saymışıq. Hətta bu mental səviyyədədi. Qonşum nə qədər qazanır, evini necə təmir elətdirib? Yerli futbolçularda da həmin düşüncə var. Heç kim demir ki, komandaya nə qədər fayda verirəm. Ölkəmizə gələn legioerlər də baxır ki, yerli futbolçular onun-bunun pulunu sayır, onlara da bu “virus” düşür. Bu gün “Qarabağ”da aparıcı futbolçular yuxarı-aşağı eyni pulu alır. Çünki başqa cür alınmır. “Bakı”da problemlər nə zaman başladı? Epalle 800 minə, Nibombe 600 minə gəldi. Onlar da oynamadı. Bu tərəfdən də 200 min alan Savinov, Borets kimi əcnəbilər də haqlı olaraq etiraz etməyə başladılar. Lakin orda da etirazlar yerlilərdən başladı. Odu ki, Azərbaycan futbolunu Avropa ilə müayisə etmək, paralel aparmaq olmaz. Avropada işləyən sistem bizdə işləmir, orda keçən prinsiplər burda keçmir, yaxud da əksinə. Bizim futbolumuzda idarəçilik ən böyük problemdi, ən çətin sahədi. Bu üzdən kimisə baha qiymətə gətirib, maaşını açıqlamaq alınmayacaq. Məsələn, Mustafa Dənizli çox böyük maaşa gəlmişdi. Halbuki dünya futbolunda elə bir klub yoxdu ki, məşqçi futbolçudan çox pul alsın. O ancaq sovet dönəmində olurdu. Dünyada elə bir şey yoxdu ki, məşqçi 2 milyon, futbolçu 200 min alsın. Həmişə futbolçu məşqçidən çox qazanır. Əksini gördük və “Xəzər Lənkəran” çox böyük problem yaşadı. Futbolçular öz maaşlarını yox, Dənizlinin pulunu fikirləşirdilər. Beləcə alınmadı. Bir sözlə, ölkə futbolunu bir kənara qoysaq və bəzi istisnaları nəzərə almasaq, Avropada gedən proseslərə normal baxıram. Bu gün “Barselona”nın pulu və milyardı keçən azarkeş kütləsi varsa, niyə də olmasın?! Koutinyo kimi oyunçular futbola zövq verir, bu idman növünün bəzəyidi. Qiymət budu, alan da, satan da razıdısa, bizə “xeyirli olsun” demək qalır”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:35 Samit Nuruzadə U-18-i A divizionuna yüksəltmək istəyir Bu gün, 14:33 U-17 “Antalyaspor”u üstələdi Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Bütün xəbərlər
Ən çox oxunanlar