07 yan 22:07aktual

“Neftçi”nin rəsmi təklif məktubu “Futbol+”in əlinə keçdi

“Neftçi”nin rəsmi təklif məktubu “Futbol+”in əlinə keçdi
“Ağ-qaralar” “bitmiş” futbolçuya 200 min manat təklif edir
Transfer bazarının əsl qan qaynayan vaxtıdı. Məşqçilər menecerlərə dəyib, onlar da futbolçulara. Telefon zəngləri susmur, ağız deyəni qulaq eşitmir. Baş qaşımağa vaxtın olmadığı dönəmdə 5 manat çörəkpulu qazanmaq üçün olduqca qısa zaman var. Agentlər uzağı yanvarın 10-na kimi baş məşqçilərə lazım olan futbolçuları tapıb klublara təqdim etməlidi. Yanvar da ki ən əlverişsiz vaxtdı. Düz-əməlli futbolçuların ya müqaviləsi var, ya da “qiymət oxuyurlar”. Ümid qalır karyerasının qürub çağını yaşayanlara. Onlar da CV-lərindəki keçmiş klublarını göstərib qiymət artırırlar. Bu dəqiqə başı futbolçularla danışıqlara qarışan agentlərdən biri də Kamil Məmmədovdu. Azərbaycan futbolunun bu sahədəki ən təcrübəli ismi.
İşini bilən, sahəsinin hər cür hiyləgərliklərinə bələd olan Məmmədov dekabrın 30-da özü də bilmədən olduqca kobud səhvə yol verib. Saçlarını futbolda tökmüş agent yorğun olub, içkili, ya işi tələsiyə düşüb, hər nə isə. “Neftçi”nin braziliyalı futbolçuya göndərdiyi rəsmi təklif məktubunu “vatsap”dakı status bölümünə yerləşdirib. O da əlimizə keçdi. Ehtimal da var ki, Kamil bəy bunu bilərəkdən edib. Narazı olduğu klub rəhbərliyinin onun təklif etdiyi yox, başqasının müştərisinə vermək istədiyi əməkhaqqını və yaradacağı şəraiti futbol sahəsindəki dost-tanışı görsün. Bununla da məsələ ictimailəşsin. Açığı, o qədər də inandırıcı deyil. Dünənə kimi “Neftçi”yə vaqonla legioner gətirən biri bu gün niyə belə etsin axı?!
Kamil Məmmədovu kənara qoyaq. Əksinə, bizə mövzu verdiyi üçün ona yekə bir ƏHSƏN! Burda diqqətçəkən məqam gecə-gündüz pulsuzluqdan “ağlayan” “Neftçi” rəhbərliyinin ən yaxşı vaxtları 80 il əvvəldə qalan əcnəbiyə irəli sürdüyü şərtlərdi. Klub prezidenti Orxan Hüseynzadənin adından tam adı Vitor Silva Assis de Oliveyra Juniora göndərilməsi planlaşdırılan sənəddə 6 təklif irəli sürülüb ki, peşəkar futbolçuya ünvanlanan məktubun ilk bəndində ciddi səhvə yol verilib. Müqavilənin başlama və başa çatma ili kimi hər iki halda 2017 yazılıb. Qalanları isə aşağıdakı kimidi:
1. Müqavilə müddəti 1 ili əhatə edəcək və yanvarın 1-dən qüvvəyə minəcək.
2. Aylıq maaş – 10000 dollar (17000 manat), illik 120000 dollar (204000 manat).
3. İlk iki ayın maaşı, yəni 20000 dollar “podyomnı” kimi təqdim olunur. Yerdə qalan məbləğ isə 12 aya bölünə bilər.
4. Şəhərin mərkəzində kirayə mənzil.
5. Şəxsi avtomobil.
6. Ölkəsinə gediş-qayıdış üçün təyyarə bileti (rəsmən ailəlidisə, onlar üçün də).
Orxan Hüseynzadənin imza atmadığı, klubun möhürünün olmadığı məktubun ünvanına çatıb-çatmadığını bilmirik. Junior gələcək, ya yox – bundan da xəbərsizik. Diqqətçəkən məqam futbolçuya təklif olunan şərtlərdi. Gecə-gündüz pulsuzluqdan gileylənən klub rəhbərliyi yaxşı günləri keçmişdə qalan birinə illik 200 min manat təklif edirsə, bununla yanaşı, mənzil və avtomobil kirayəsinin pulunu da üzərinə götürürsə, indiki vəziyyətdə maddi sıxıntıdan danışmaq ayıbdı. Maraq üçün qeyd edək ki, bu gün “Sumqayıt”ın demirəm, heç “Zirə”nin heyətində bu maaşa yaxın pul alan futbolçu yoxdu. Amma turnir cədvəlindəki durum göz qabağındadı.
Hə, keçək məsələnin bir başqa tərəfinə. Vitor Junior kimi tanınan bu cavan oğlan kimdi? Qeyd etdiyimiz kimi, əslən braziliyalıdı, 1986-cı ildə anadan olub. Yarımmüdafiə xəttində çıxış edir. 12 illik futbolçu karyerası ərzində 16 fərqli komandanın şərəfini qoruyub. Müxtəlif illərdə ölkəsində “Kruzeyro”, “İnternasyonal”, “Santos”, “Atletiko”, “Korintians”, “Botafoqo”, “Koritiba”, “Fiqueyrense”, ABC, “Sport Resife” kimi komandaların uğurları üçün tər töküb. 10 fərqli komandanın heyətində 7 ilyarımda 110 oyuna çıxıb, rəqib qapılarından 9 top keçirib. Legioner həyatı yaşamağa da imkan tapıb. 2005/06 mövsümünün əvvəlində Zaqreb “Dinamo”su onu heyətinə cəlb etsə də, çempionatboyu cəmi 5 oyunda forma geyib. Növbəti mövsümdə xorvatlar onu “Koper”ə icarəyə verib. Orda da cəmi 5 matçda şans qazanıb. 2008-də Yaponiyaya yollanaraq “Kavasaki Frontale” ilə anlaşıb. 2 ilyarımda 57 görüşdə şans qazanmaqla 12 qolun müəllifi olub. 2015-də qüvvəsini Tayland çempionatında sınamaq qərarına gəlib ki, “Siam Navi”də 14 qarşılaşmada 3 dəfə qol sevinci yaşayıb. Taylanddan Səudiyyə Ərəbistanına uçsa da, orda da işləri istədiyi kimi getməyib. 2015/16 mövsümündə 12 oyunda 1 dəfə fərqlənəndən sonra agenti ona Qazaxıstanda sığınacaq tapıb. “Aktobe”ylə anlaşıb, orda da duruş gətirə bilməyib: 6 oyun, 1 qol. Tayland, Səudiyyə Ərəbistanı, Qazaxıstanda nəyə qadir olduğunu göstərə bilməyəndən sonra yenidən ölkəsinə üz tutaraq, B seriyasında çıxış edən ABC ilə anlaşıb. Avqustdan oktyabra qədər cəmi 5 oyunun həyəcanını hiss edib ki, “Aktobe”də olduğu kimi, heç birində 90 dəqiqə oynamayıb. Sonuncu dəfə oktyabrın 20-də meydana ayaq basıb, təxminən 3 ay əvvəl.
Biz, sadəcə, futbolçunun karyerasına kiçik səyahət etdik. İllər əvvələ yox, sadəcə, son 3 ildə 4 klub dəyişdiyini, legioner həyatının uğurlu alınmadığını gördük. O da üzə çıxdı ki, qarşısına ciddi hədəflər qoyan “Neftçi”nin heyətində görmək istədiyi futbolçu 2015-in yayından bu yana cəmi 37 oyunda meydana ayaq basıb. Və heç bir komandada əsas heyət üzvünə çevrilə bilməyib.
Orxan Hüseynzadəni qınamıram, futbol oynamayıb, bu cür xırdalıqlara fikir vermir. “Korintians”, “Koritiba”, Zaqreb “Dinamo”su kimi komandaların adlarını görüb həvəslənib. Bəs ətrafındakılar? “Qarabağ”, “Qəbələ”, “Zirə” kimi əsas rəqiblərinə boy vermək istəyən komandanın “köçəri quşa”, “bitmiş” futbolçuya bu cür təklif göndərməsi faciədi, faciə...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:38 Bakı İdman Sarayının fasiləsiz günü Bu gün, 14:35 Samit Nuruzadə U-18-i A divizionuna yüksəltmək istəyir Bu gün, 14:33 U-17 “Antalyaspor”u üstələdi Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Bütün xəbərlər
Ən çox oxunanlar