07 yan 19:59aktual

Kərim Diniyev “Kəpəz”dən ayrılmasını problem saymır

Kərim Diniyev “Kəpəz”dən ayrılmasını problem saymır
“Çıxarıblarsa, deməli, uğursuzluğun səbəbkarı mən olmuşam”
“Kəpəz” mövsümün ilk yarısında uğursuz çıxış etdi. Bunun nəticəsidi ki, komanda qış fasiləsinə sonuncu pillədə yollandı. Premyer-liqanın 12-ci turundan sonra komandada məşqçi istefası gerçəkləşdi. Hadisələrin uğursuz axarı fonunda evdə “Səbail”ə məğlubiyyət Şahin Diniyevin postundan ayrılması ilə nəticələndi. Bundan sonra da klub rəhbərliyi komandanı yerli mütəxəssisə tapşırdı. Yunis Hüseynovun başçılığı altında çempionat və kubokda ümumilikdə 5 oyun keçirən “Kəpəz” yalnız 1 qələbə qazandı ki, bu da birinci divizion təmsilçisi “Binə” ilə oyunda gerçəkləşdi. Qalan bütün matçlarda uduzan komandada ciddi dəyişikliklərin olacağı gözlənilən idi. Hüseynov birdən-birə 8 futbolçunu yola saldı ki, onların arasında komandanın liderlərindən biri, ən çox qol vuran oyunçusu Kərim Diniyev də var idi. Bəziləri Kərimin “Kəpəz”dən uzaqlaşdırılmasını atasının istefası ilə əlaqələndirir. Hər halda, Hüseynov bunun səbəbini “oyun planıma uyğun gəlmirdi” kimi izah edib. Artıq Diniyev “Səbail”lə anlaşıb və dünən onunla əlaqə saxlayıb, bizi maraqlandıran suallara cavab aldıq.
- Artıq “Səbail”lə anlaşmısan. Seçiminlə bağlı fikirlərin maraqlıdı.
- “Kəpəz”dən ayrılandan sonra yeni klubla anlaşmalı idim. İş elə gətirdi ki, bu komanda “Səbail” oldu. İnşallah, həm “Səbail”, həm də mənim üçün xeyirli olacaq.
- Təklif təkcə “Səbail”dən gəlmişdi, yoxsa başqa klublardan da maraqlananlar var idi?
- Konkret təklif “Səbail”dən gəldi. Ancaq “Kəpəz”dən ayrılandan sonra bəzi komandalarla danışığımız oldu. Son qərarımı verdim və karyeramı “Səbail”də davam etdirəcəm. Ürəyim də bu komandada oynamaq istədi. Samir müəllimi yaxından tanıyıram, o də məni yaxşı tanıyır. Köməkçisi Səttar müəllimi də həmçinin. Hər biri ilə yaxın münasibətimiz var. Vaxtilə “Neftçi”də onların futbolçusu olmuşam. Bir yerdə işləmişik. Ona görə də tanıdığım insanların yanına üz tutmağı daha məqsədəuyğun saydım.
- Müqavilən hansı müddəti əhatə edir? “Səbail”də cari mövsümün sonuna qədər çıxış edəcəksən?
- Xeyr, ilyarımlıq anlaşma əldə olunub. Həm cari, həm də gələn mövsümü “Səbail”in heyətində keçirəcəm.
- “Səbail” premyer-liqanın debütantı olduğundan çoxları bu “futbol ili”ndə komandanın autsayder olacağını düşünürdü. Ancaq hazırda Samir Əliyevin yetirmələri turnir cədvəlində iki klubu qabaqlayır. Komandanın çıxışını necə qiymətləndirirsən?
- Qeyd etdiyiniz kimi, “Səbail” ilk dəfə elitada çıxış edir. Üstünlük yerli, gənc oyunçulara verilir. Təcrübəli futbolçular çox azdı. Bu komandaya keçdiyim üçün demirəm, ancaq reallıq budu ki, “Səbail” mövsümün geridə qalan hissəsində mübariz keyfiyyətlərini göstərməyi, sözünü deməyi bacarıb. Topladığı xallar və sərgilədiyi oyun da sözümü təsdiq edir. Düşünürəm ki, bu heyətlə qış fasiləsində yaxşı hazırlaşıb mövsümün qalan hissəsində komandanı daha yüksək səviyyəyə qaldırmaq mümkün olacaq.
- Qayıdaq “Kəpəz”ə. Gəncə təmsilçisinin lider oyunçularından biri idin, bu üzdən komandadan ayrılmağın bir qədər gözlənilməz oldu. Səncə, səbəb nə idi?
- Ayrılmağımın səbəbində qaranlıq bir məqam yoxdu. Baş məşqçinin planlarında olmadığımızı bizə dedilər. Bildirdilər ki, çalışdırıcı bizimlə yollarını ayırmaq istəyir. Normal qarşıladıq, qeyri-adi bir şey olmadı. Qərarı emosiya ilə qarşılamadıq. Futbolçu həyatında belə hallar baş verir. Məşqçinin planlarında yoxuqsa, deməli, ayrılmalıyıq.
- Yunis Hüseynovla bu haqda söhbətiniz oldu? Hansı planlardan söhbət gedir?
- Xeyr, baş məşqçidən heç nə soruşmadıq. Komandada bu işlərlə məşğul olan menecer var, o bizimlə əlaqə saxladı. Kiminlə vidalaşırdılarsa, əlaqə saxlayırdılar. Bildirdi ki, bizə siyahı verilib, Yunis müəllimin planlarında yoxsuz, sizinlə yollar ayrılır.
- Yəni baş məşqçi özü bu haqda sizə heç nə deməyib?
- Xeyr. Dediyim kimi, komandada bu işlə məşğul olan adamla danışdıq. Normal qarşıladıq.
- Sənin “Kəpəz”lə müqavilən qalırdı?
- 6 aylıq müqaviləm qüvvədə idi.
- Bununla belə, qərarı normal sayırsan?
- Əlbəttə. Dediyim kimi, məşqçinin qərarını anlayışla qarşıladım. Bizi istəmədikləri yerdə məcbur qalası deyilik. Müqaviləmiz var deyə, “bizi saxlayın” deməyəcəyik ki. İstəmirlər, istəməsinlər, canları sağ olsun.
- Necə düşünürsən, “Kəpəz”in uğursuzluğunun səbəbkarlarından biri Kərim Diniyev idi?
- Deməli, beləymiş. Yəqin komandanı o vəziyyətə salan biz idik ki, bizimlə yolları ayırdılar. Başqa nə deyək? Komandadan çıxarıblarsa, belə çıxır, səbəbkar mən olmuşam.
- “Kəpəz”in əsas oyunçularından biri ilə vidalaşması sakit qarşılana bilməz. Şahin Diniyevin oğlu olmağın buna səbəb ola bilər?
- Göstərdiyim oyun ortada idi. Dayaq yarımmüdafiəçisiyəm, müdafiəyəmeyilli oyunçuyam. 4 qol vurmuşam, komandanın ən sərrast futbolçusuyam, həmçinin vitse-kapitan idim. Ancaq hər məşqçinin öz tərzi, oyun psixologiyası, həyata baxış fəlsəfəsi olur. Deməli, mən Yunis müəllimin planlarında yox idim. Bu üzdən də məni komandadan çıxardı. Burda qeyri-adi bir şey yoxdu.
- Şahin müəllimin...
- (gülür) Qardaş, məndən söz almağa çalışırsan, başa düşürəm. Ancaq bundan artığını deməyəcəm.
- Yaxşı, sırf atana görə komandadan uzaqlaşdırıldığını düşünürsən?
- Yox, belə fikirləşmirəm. Sadəcə, məşqçinin planına uyğun gəlmədiyimə görə komandadan çıxarılmışam.
- Bundan sonra “Səbail”in heyətində “Kəpəz”ə qarşı xüsusi motivasiya ilə oynayacaqsan?
- Xeyr, mənim üçün qeyri-adi bir şey olmayacaq. Adi oyunlardan biri kimi hazırlaşacam, köklənəcəm. Təbii, Gəncədəki oyunlarda insan hardasa duyğulara qapıla bilər. Çünki “Kəpəz”də 3 il can qoymuşam, gəncəli azarkeşlərlə yaxşı münasibətimiz olub. Ancaq komandaya qarşı prinsipim yoxdu. Belə insan da deyiləm. Çıxıb futbolumu oynayacam. Necə olacağını artıq zaman göstərəcək.
- Yunis Hüseynovun gəlişindən sonra onun rəhbərliyi altında çıxış etdin. Həmin müddətdə baş məşqçi ilə münasibətləriniz necə idi? Aranızda xüsusi söhbət olmuşdu?
- Əksinə, Yunis müəllimlə münasibətlərimiz çox yaxşı idi. Lazım olanda söhbətləşirdik, danışırdıq. Məşqlərdə də normal münasibətdə idik. Yalnız sonuncu oyunu zədəyə görə buraxmalı oldum. Qalan matçlarda 90 dəqiqə oynamışam. Həmin qarşılaşmalarda da əlimdən gələni etmişəm. Sadəcə, belə alındı. Baş məşqçinin qərarına hörmətlə yanaşıram, heç bir problem görmürəm.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar