05 yan 22:16aktual

Təmkin Xəlilzadə qazancını açıqlamadı

Təmkin Xəlilzadə qazancını açıqlamadı
“Qəbələ” “Qarabağ”dan geri qalmır”
Ötən ilin son günlərində Təmkin Xəlilzadə “Zirə”ni “Qəbələ”yə dəyişdi. Qəsəbə təmsilçisinin əsas füqurlarından olan sol cinah oyunçusunun “qırmızı-qaralar”la anlaşması bir qədər gözlənilməz alındı. Belə ki, “qartallar”ın əsas heyətin üzvünün keçidinə razı olacağı inandırıcı deyildi. Lakin transfer gerçəkləşdi və Xəlilzadə bundan sonra “Qəbələ”nin uğurları üçün tər tökəcək. Dünən Təmkinlə əlaqə saxlayıb, transferi ilə bağlı sullarımıza cavab aldıq.
- “Qəbələ”yə transferin gözlənilməz alındı. Karyeranda yeni səhifə açdın. “Qırmızı-qaralar” səninlə çoxdan maraqlanırdı, yoxsa bu keçid sənin üçün də sürpriz oldu?
- Açığı, mənim üçün də sürpriz oldu. Belə bir şey gözləmirdim. Çünki “Zirə” ilə 6 aylıq müqaviləm qalırdı. Fikrimi mövsümün sonuna kimi tam “Zirə”yə yönəltmişdim. Dekabrın 25-dən sonra bu söhbət ortaya çıxdı. Həm özümlə, həm də klubumla əlaqə saxladılar. “Qəbələ” çox ciddi şəkildə bu işin üstünə düşdü və istədiyini əldə etdi. Düşünürəm ki, mənim üçün də uğurlu qərar olacaq. Doğrudu, hər şeyi zaman göstərəcək. Amma yeni səhifə açmağın vaxtı idi.
- Əksəriyyət belə proqnozlaşdırırdı ki, gec-tez “Qarabağ”a keçəcəksən. Bir çoxları sənə Ansi Aqollinin əvəzləyicisi kimi baxırdı.
- Əslində belə fikrim olmayıb və təklif də gözləmirdim. Düzdü, “Qarabağ” ölkədə bir nömrəli, öndə gedən klublardandı. Azərbaycanı Avropada layiqincə təmsil edir. Təbii, orda da oynamaq istəyərdim. Amma “Qəbələ” heç də “Qarabağ”dan geri qalmır, ölkəmizi qitə arenasından da layiqincə təmsil edib. Çempionatda da iddialı komandalardan biridi. Ona görə də “Qarabağ”la “Qəbələ” arasında fərq qoymuram.
- “Zirə” səni saxlamağa cəhd göstərmədi? Ümumiyyətlə, sabiq klubun keçidinə problem yaratmadı?
- Oturub danışdıq. “Zirə” rəhbərliyinə də təşəkkürümü bildirirəm ki, məni başa düşdülər, peşəkar davrandılar. Futbolçunu incitmədilər. Söhbət etdik, bir-birimizi başa düşdük və müqaviləyə xitam verdik.
- Aydın məsələdi ki, “Qəbələ”də daha çox qazanacaqsan. Bölgə təmsilçisinin daha yaxşı maliyyə şərtləri irəli sürdüyü şübhə doğurmur.
- (gülür) Məbləği açıqlamayacam. Həmişə bu sual verilir. İstər-istəməz fərq oldu.
- Bəs transfer haqqı kimi “Qəbələ”nin “Zirə”yə 100 min ödədiyi doğrudu?
- Onu bilmirəm. Mən də bu məlumatı mətbuatdan oxumuşam. Klublar arasında danışığın detallarından xəbərsizəm. Bu məsələni “Qəbələ” ilə “Zirə” öz aralarında həll edib.
- Necə düşünürsən, sənin getməyinlə “Zirə” zəiflədi?
- Yox-yox. Əsla belə düşünmürəm və heç vaxt da düşünmərəm. Daha öncə də bu fikri səsləndirmişəm ki, “Zirə” Təmkin demək deyil. Düzdü, orda əsas heyətin oyunçularından sayılırdım, millinin üzvüyəm. “Zirə” üçün həmişə əlimdən gələni etməyə çalışmışam. Nə qədər alınıb-alınmadığını azarkeşlər və siz jurnalistlər bilirsiz. Ancaq deməzdim ki, Təmkin yoxdusa, “Zirə” də yoxdu. Yaxud da “mən gedərsəm, komanda zəfiləyəcək” kimi fikir heç vaxt ağlımdan keçməyib. “Zirə”nin çox yaxşı kollektivi, futbolçuları, legionerləri var.
- “Qəbələ” ilə “Zirə” arasında fərq olduğu heç kimə sirr deyil. Yeni komandanda bahalı legionerlər top qovur. Heyətə düşmək, komandaya uyğunlaşmaq sənə çətin görünmür?
- Xeyr, çətin görünmür. Ancaq onu da deyim ki, futbolçuyuq, hara getsək, bizi asan iş gözləmir. Heç vaxt rəqabətdən çəkinməmişəm, qorxmamışam. Bununla belə, “həmişə əsas heyətdə oynayacam” deyə bir şey də yoxdu. Ora əlimi-qolumu yanıma salmağa getmirəm. “Qəbələ”yə uğur dalınca gedirəm. Əlbəttə, hər kəs kimi “Qəbələ”nin uğurlarında pay sahibi olmaq istəyirəm.
- “Qəbələ” ilə anlaşandan sonra Roman Qriqorçukla söhbətin olub?
- Hələ ki yox. Yəqin o Türkiyədə olar. Sabah (bu gün) biz də təlim-məşq toplanışı üçün qardaş ölkəyə yola düşürük.
- Ukraynalı çalışdırıcının azərbaycanlı futbolçulara qarşı daha tələbkar olduğu, bəzən isə isti münasibət göstərmədiyi deyilir…
- Görmədiyim haqda nəsə deyə bilmərəm. Elə bir şey barədə düşünmək belə istəmirəm. Bu cür məqamlar mənim üçün ikinci plandadı. Başımı aşağı salıb işimi görəndən və onun tələblərini yerinə yetirəndən sonra, məncə, problem olmayacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar