05 yan 22:14aktual

Hər iki tərəfin qazandığı transfer

Hər iki tərəfin qazandığı transfer
Ayxan Abbasov: “Həm Telluru aldıq, həm də pul ödədilər”
Çempionatda fasilə yaranandan bəri tez-tez transfer xəbərləri eşidilir. Heyətini gücləndirmək, boşluqları doldurmaq istəyən klublar arzuladıqları futbolçular üçün “qarmaqlarını işə saldılar”. Bu mənada “filan futbolçu filan kluba keçdi” məzmunlu xəbərlərə rast gəlməyimiz təbiidi. Dekabrın son günlərində “Qəbələ” də diqqət mərkəzinə düşəcək transfer etdi. “Qırmızı-qaralar”ın Təmkin Xəlilzadəni heyətinə qatması əksəriyyət üçün gözlənilməz oldu. Bunun da səbəbləri var. Ən əsası isə qarşısına avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyan “Zirə”nin Xəlilzadənin gedişinə icazə verməsi idi. Ancaq burda bir sıra məqamlar var ki, onları gözdən keçirməyi lazım bildik.
“Qəbələ” problemi aradan qaldırdı
Məlum olduğu kimi, Təmkin “Zirə”də həm müdafiənin, həm də yarımmüdafiənin solunda çıxış edirdi. “Qartallar”ın oyun tərzi elə idi ki, o, eyni anda bu iki işi görə bilirdi. “5-li müdafiə” sxemi ilə meydana çıxan komandada cinah müdafiəçisi hücum zamanı yarımmüdafiəçi funksiyasını üzərinə götürür. Ancaq onu da qeyd edək ki, Ayxan Abbasovun gəlişindən sonra qəsəbə təmsilçisi fərqli taktiki düzülüşlərlə oyuna çıxır. Abbasovun özünün də qeyd etdiyi kimi, bu, rəqibə görə dəyişir. Yəni komanda “4-lü madafiə” ilə də oynayır. Odu ki, bəzən Təmkin “qartallar”ın heyətində sırf sol yarımmüdafiəçi kimi çıxış edirdi. “Qəbələ”də isə müdafiənin solunda əməlli-başlı problem var. Ürfan Abbasov həmin funksiyanı lazımınca yerinə yetirə bilmirsə, Roman Qriqorçukun bu mövqe ilə bağlı rotasiyaları da özünü doğrultmur. Deyv Bultuislə Qismət Alıyev də zaman-zaman arxa xəttin solunda qərarlaşıb. Artıq Təmkinin transferi bu mövqedəki problemin aradan qalxması deməkdi. Belədə həm Ürfan, həm də Qismət sağda çıxış edə biləcək. Lazım gəlsə, Xəlilzadə yarımmüdafiənin solunda da oynaya bilər. Ancaq nəzərə alaq ki, irəlidə seçim daha çoxdu. Bu üzdən ukraynalı çalışdırıcının Təmkini sırf müdafiənin cinahı üçün istədiyi şübhə doğurmur. Onu da yaddan çıxarmayaq ki, “Zirə” “Qəbələ” üçün ən arzuolunmaz rəqiblərdən biri sayılır. Bu mənada Təmkinin alınması “qartallar”ın gücünə təsir edəcək ki, “qırmızı-qaralar”ın bu məsələdə də irəli düşdüyünü vurğulamalıyıq.
“Zirə” maddi qazanc əldə etdi
Düzdü, Təmkinin “Zirə” üçün hansı önəm kəsb etdiyini hər kəs yaxşı bilir. Əsas heyətin oyunçusunun gedişi təsirini böyük ehtimalla göstərəcək. Lakin yəqin bu transfer söhbəti ortaya çıxanda futbolçunun fikri də öyrənilib. Xəlilzadə getmək istədikdə klub onu zorla saxlasaydı, bu münasibətlərə müəyyən mənada mənfi təsir edəcəkdi. Deyilənlərə görə, qəsəbə təmsilçisi sözügedən transferdən 100 min manat qazanıb. Onsuz da klublarımızın gəliri, demək olar, yoxdu. Odu ki, transferdən əldə olunan qazanc rəhbərliyin komandaya diqqətinin daha da artıracağı deməkdi. Eləcə də Tellur Mütəllimovun havayı alınmasını da yaddan çıxarmayaq. Özü də Təmkinin “Zirə” ilə müqaviləsinin müddəti mövsümün sonunda bitirdi. Klub indi onun gedişinə mane olsaydı, yayda azad agent kimi istədiyi komanda ilə anlaşacaqdı. Belədə isə klub heç nə əldə etməyəcəkdi. Başqa bir məqama nəzər salaq. Hazırda “Zirə”nin hədəfi avrokuboklara vəsiqə qazanmaqdı. Komanda turnir cədvəlində üçüncüdü və 4-cü pillə ilə xal fərqi 10-a bərabərdi. Deməli, mövsümü ilk “3-lük”də qapamaq elə də çətin olmamalıdı. Bunu reallaşdırmaq üçün Təmkinsiz də keçinmək olar. Bəlkə də “gümüş” olmayacaq, ancaq avrokubok hədəfinin əldən çıxacağı da inandırıcı deyil.
Ayxan Abbasov: “Həm Telluru aldıq, həm də pul ödədilər”
Görəsən, “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Xəlilzadənin gedişi haqda nə düşünür? O sol cinahda problem yaranacağı fikri ilə razıdı? Abbasovu dinləyək: “Qəbələ” bizə müraciət etdi. Bildirdilər ki, Təmkinin xidmətində maraqlıyıq. Biz də rəhbərliklə məsləhətləşdik. Öz təklifimizi irəli sürdük. Rəhbərliklər öz aralarında razılaşdılar. Həm Telluru aldıq, həm də pul ödədilər. Bu cür keçidlərə normal baxırıq. Çünki futbolda belə şeylər olur. İlk dəfə deyil ki, futbolçumuz hansısa kluba transfer edilir. Təbii, Təmkin əsas oyunçularımızdan idi. Ancaq ümumilikdə onun üzərində oyunumuzu qurmamışdıq ki, gedişi bizə təsir etsin. Sevinirik ki, Təmkin “Zirə”də bu yüksəlişi yaxaladı, milliyə dəvət aldı. Bu bizi sevindirir. Təmkindən başqa Qabriel Mateyin də Polşa klubuna keçidinə icazə verdik. Bu keçiddən də klubumuz qazandı. Bununla belə, Tellurun gəlməsi sağ cinahdakı problemi aradan qaldırdı. Sol cinahda isə oyunçularımız var. Biz bütün məqamları düşünmüşük. Komandada rəqabət olacaq. Mütəllimovu qazanmışıq, yerli oyunçudu, istedadlıdı, “Zirə”yə yad deyil. Onunla da iki ilyarımlıq müqavilə bağladıq. Nəzərə alaq ki, Təmkinin 6 ay müqaviləsi qalmışdı. Bu baxımdan komanda olaraq qazanmışıq. Əlbəttə, “Qəbələ” bizim rəqibimizdi, dediyim kimi, onlar Təmkini götürüblərsə, biz Telluru almışıq. Mənim məbləğ deməyim düz çıxmaz. Onu bildirim ki, istədiyimiz məbləğə razılaşdıq, üstəlik, Mütəllimovu da aldıq. Klub Təmkinin gedişindən normal qazanc əldə etdi. Ümumilikdə bu keçidlərə normal baxıram. İnanıram ki, hər iki futbolçu Azərbaycan futboluna fayda verəcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar