06 yan 00:28aktual

Ümummilli sorğuya sözardı...

Ümummilli sorğuya sözardı...
Jurnalistlərin jesti həlledici oldu
“İlin ən yaxşı futbolçusu” sorğusunun nəticələrini oxucularımıza və bütün futbol ictimaiyyətinə dekabrın 29-da təqdim etmişdik. Artıq bildiyiniz kimi, “Qarabağ”ın və yığmanın kapitanı Rəşad Sadıqov bütün rəqiblərini qabaqlamaqla 6-cı dəfə bu ada sahib çıxdı. Üstündən bir həftə ötəndən sonra yenidən mövzuya dönməkdə məqsədimiz səsvermənin gizlinlərini sizə çatdırmaqdı. Əslində sayca 19-cu olan ənənəvi sorğudan bəzi məqamlara səsvermənin nəticəsinə aid yazının girişində toxunmuşduq. Bu dəfə daha bir neçə məqamın üzərində dayanacağıq.
“Qeybə çəkilən” İsayev, “səsini udan” Məmmədov
Əvvəla qeyd edək ki, bu dəfə 19 illik sorğu tarixində rekord sayda - 190 respondentə səsvermə hüququ vermişdik. 19 üçün 190-nı rəmzi olaraq seçmişdik. Hətta Mirbağır İsayevlə Aqil Məmmədovun rəyini öyrənə bilməmək də planımızı dəyişmədi. Yəqin İsayevin yığma, Məmmədovun isə klub məşqçilərinin arasında olmaması diqqətinizi çəkib. Mirbağır bəy “iynə olub itdi”, Aqil bəy isə seçimini açıqlamaqdan imtina etdi. Fikrini də belə əsaslandırdı ki, MOİK-dən ayrılmışam, artıq iş başında deyiləm. Belədə daha bir neçə işsiz mütəxəssisin hesabına boşluğu doldurduq. Müqayisə üçün ötən il 177, 2015-də 158 futbol adamından namizədlərlə bağlı fikir öyrəndiyimizi əlavə edək. Başqa sözlə, son illərdə bir qayda olaraq, respondent sayındakı artım rekord həddə çatdı.
“İlin futbolçusu”, yoxsa “jurnalistlərin dostu”?
Məlum olduğu kimi, daha çox səs toplayan Sadıqov ilin ən yaxşısı, Mahir Mədətov 2-ci, Qara Qarayev isə 3-cü oldu. Ancaq hələ startda əmin idik ki, Rəşad birmənalı favorit deyil. Belə də oldu. Kapitan çox az - 31 xallıq fərqlə qalib seçildi. O, 279, Mahir Mədətov isə 248 xal topladı. 3-cü yer də “Qarabağ”lıya – Qara Qarayevə (157 xal) qismət oldu. Niyə məhz Rəşad? Çox güman, əksəriyyət karyerasını bitirmək üzrə olan, artıq millidə oynamayacağını elan edən Rəşada jest kimi onu “ilin futbolçusu” görmək, bu titulla yola salmaq istədi. Qalibin kimliyinin bizə “isti-soyuğu” yoxdu. Biz 19 ildə kimisə yönəltməmişik, əks halda bu, əməyimizə hörmətsizlik olardı. Ancaq hətta Sadıqov özü də deyirsə ki, qalib olmağa o yox, Mahir layiq idi, “torbada pişik axtarmağa” ehtiyac var. Son illərdə bir mənfi tendensiya hökm sürür və çox təəssüf ki, “alət” rolunu həmkarlarımız oynayır. Media nümayəndələrinin seçimində “yaxşı oğlan” prinsipi önə keçir. Təsəvvür edin, 93 jurnalistdən 40-ı Rəşadı 1-ci yerə layiq görüb. Başqa sözlə, jurnalistlərin böyük əksəriyyətinin səsi ilə qalib olan müdafiəçi 279 xaldan 159-nu onların sayəsində əldə etdi. Bu isə 57 faiz deməkdi. Media nümayəndələri arasında dostları çox olan Rəşaddan fərqli, Mahir, eləcə də Araz Abdullayev münasibətcil deyil və onların önə çıxmaması məhz bununla izah olunmalıdı.
Beş uzaqgörən
Heç şübhəsiz, əksəriyyəti həm də ilk “üçlüy”ü kimlərin düzgün müəyyənləşdirməsi maraqlandırır. Kifayət qədər futbol adamının, konkret 15 nəfərin Rəşad, Mahir və Qaranın adını önə çəkdiyini vurğulayaq. Yığma məşqçilərindən Yaşar Vahabzadə ilə Təbriz Həsənov, klub məşqçilərindən Samir Əliyev, mütəxəssislərdən Samir Ələkbərov, kapitanlardan Kamal Bayramovla Ruslan Abışov, inspektorlardan Rövşən Əhmədovla Şaiq Həmidov, əvvəlki qaliblərdən Ceyhun Sultanov, jurnalistlərdən isə Tural Xudiyev, Əli Sahib, İlqar Tağıyev, İlkin Vaqifoğlu, Elmidar Əliyev və Ceyhun Əzizli “üçlük”də məhz onların adını çəkib. Ancaq səsi qeydə alınan bir neçə təbəqəni (yığma məşqçiləri, klub məşqçiləri, kapitanlar, AFFA və PFL nümayəndələri, mütəxəssislər, hakimlər, əvvəlki qaliblər) əhatə edən 190 respondentdən cəmi 5-i adların ardıcıllığını da yekundakı kimi düzgün müəyyənləşdirib. Kamal Bayramov, Şaiq Həmidov, Rövşən Əhmədov, Əli Sahib və Ceyhun Əzizli Rəşad, Mahir və Qaranın adını məhz sorğumuzun yekun nəticəsinə uyğun ardıcıllıqla söyləyib.
Müdafiənin təntənəsi!
Qeyd etdiyimiz kimi, artıq 19-cu ildi bu missiyanı həyata keçiririk. Bu o deməkdi ki, 19 laureatın adını elan etmişik. Əslində isə 14 futbolçu bu ada yiyələnib. Belə ki, 6 dəfə “ən yaxşı” elan olunan Rəşad Sadıqov bir dəfədən artıq seçilən yeganə futbolçudu. Əvvəlki 18 ildən 9-da, yəni yarısında arxa xətt oyunçuları və ya qapıçı, yarısında da hücum planlı futbolçular ilin ən yaxşısı seçilmişdi. Göründüyü kimi, Rəşad bu baxımdan həm də tarazlığı pozdu. Tərlan Əhmədov (1999), Emin Ağayev (2000), Rəşad Sadıqov (2004, 2005, 2010, 2013, 2016, 2017), Kamran Ağayev (2008) və Ruslan Abışov (2012) birinci, Zaur Tağızadə (2001), Samir Əliyev (2002), Qurban Qurbanov (2003), Ceyhun Sultanov (2006), Mahmud Qurbanov (2007), Vaqif Cavadov (2009), Rauf Əliyev (2011), Qara Qarayev (2015) və Rahid Əmirquliyev (2014) ikinci “cəbhə”dəndi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar