01 yan 12:20aktual

“Azercell”dən Lunyova cavab gəldi

“Azercell”dən Lunyova cavab gəldi
“Şirkətin işgüzar nüfuzuna xələl gətirilməsinə cəhd edilməsi dərin təəssüf hissi doğurur”
Xatırlayırsızsa, dekabrın 8-də güllə atıcısı İradə Aşumovanın həyat yoldaşı Vladimir Lunyov redaksiyamıza təşrif buyurmuşdu. Onun narazılığı “Azercell”ə bağlı idi.
Ruslan Lunyovun atası 2015-in aprelində hansısa yarışla bağlı ABŞ-da olarkən səhlənkarlığı və diqqətsizliyi ucbatından adı çəkilən şirkətin rominqinin internet xidmətindən istifadə etdiyi üçün nömrəsinə 2100 manat borc yığılıb. “Azercell” məsələ ilə bağlı Lunyovu məlumatlandırsa da, müştəri göstərilən məbləği ödəməkdən imtina edib, nəticədə şirkət onu məhkəməyə verib. Birinci məhkəmədə isə hakim “Azercell”in xeyrinə qərar çıxarmışdı. Lunyov bununla heç cür razılaşmayıb, tanınmış şəbəkə rəhbərliyinin insanlardan istifadə etdiyini demişdi.
Təbii, qarşı tərəfin də cavabı olmalıydı. Bununla bağlı “Azercell”ə daha öncədən sorğu göndərsək də, cavab dünən gəldi: “Azercell Telekom” MMC-yə 25.12.2017-ci il tarixində daxil olan müraciətinizlə bağlı bildiririk ki, məhkəmə mübahisəsi yekunlaşmadığından, tərəflər arasındakı münasibətlərə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə aydınlıq gətirilmədiyindən, davam edən məhkəmə prosesini şərh etmək istəməzdik. Əlavə məlumat üçün diqqətinizə çatdırırıq ki, qeyd etdiyiniz nömrə ilə bağlı aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında “Azercell Telekom” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməyib. Həmin nömrədə rominqdə olan müddət ərzində xidmətlərdən istifadə, xüsusən də böyük həcmdə mobil internetdən istifadə müqabilində haqq hesablanaraq öz əksini fakturalarda tapıb. Nömrəyə təyin edilmiş limiti keçməsi ilə bağlı əlavə xəbərdarlıq məzmunlu SMS-lər də göndərilib. “Azercell Telekom” MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidməthaqqı hesablayır. Nömrəyə təyin edilmiş limiti keçildikdə nömrənin bağlanması isə “Azercell Telekom” MMC-nin öhdəliyi yox, hüququdu. “Azercell Telekom” MMC tərəfindən təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməyib. Bundan başqa, abunəçilər sərbəst şəkildə xidmətdən istifadə həddi və tarixçəsi barədə istifadə etdikləri ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə və balans hesabatlarını müstəqil şəkildə idarə edə bilərlər. Müvafiq nömrədə istifadə edilən cihazın sazlanması, müxtəlif proqram təminatlarının avtomatik yenilənmə, o cümlədən zəmanət şərtləri ilə bağlı məlumatlar əldə edilməsi üçün, həmçinin istifadə qaydaları və sair barədə öz istək və mülahizələriniz ilə əlaqədar servis məntəqələrinə müraciət etməyi tövsiyə edə bilərik. Mobil İnternet xidmətindən istifadəni cihazın menyusu vasitəsi ilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündü. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmaq, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmaq, istifadə etdiyi istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlamaq tövsiyə edilir. “Azercell Telekom” MMC təqdim etdiyi telekommunikasiya xidmətləri çərçivəsində abunəçilərə mobil rabitədən istifadə sıxlığına görə, həmçinin abunəçilərin məmnuniyyətini, eləcə də rahatlığını təmin etmək üçün fakturalı və fakturasız (SimSim) xətt sistemində müxtəlif tarif paketləri təklif edir. Fakturalı və yaxud fakturasız (SimSim) xətt sistemlərində, abunəçilər sərbəst olaraq, öz mülahizələrinə əsasən müəyyən etdikləri tarif paketlərini seçə bilərlər. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən fakturasız (SimSim) xətt sistemində mövcud olan tarif paketlərində Abunəçi və “Azercell Telekom” MMC arasında hesablaşmalar nömrənin balansına yüklənən məbləğ əsasında xidmətlərdən istifadə müqabilində həyata keçirilir. Fakturasız (SimSim) xətt sistemində mövcud olan tarif paketləri çərçivəsində istifadə edilmiş xidmətlərə görə hesablanan haqq dərhal hesablanaraq, nömrənin balansına yüklənmiş məbləğdən çıxılır. Fakturalı Xətt sistemində isə Abunəçi və “Azercell” arasında hesablaşmalar “Azercell” tərəfindən hər faktura dövrünün sonunda verilən hesab-faktura əsasında həyata keçirilir. Beləliklə də abunəçi istifadə etdiyi tarif paketinin şərtlərini əlverişsiz hesab edirsə, müvafiq paketə abunəlikdən imtina edə, digər həcmli və ya şərtləri olan paket əldə edə və ya fakturalı/fakturasız (SimSim) xətt sisteminə keçid edə və oradakı digər tarif paketlərindən istifadə edə bilər. Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər, keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdilər. Hər hansı abunəçinin, 3-cü şəxsin müraciətinə baxılamaması, vaxtında cavablanmaması, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil və belə hala yol verilməsi faktları mövcuddusa, aidiyyatı üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün “Azercell Telekom” MMC-yə təqdim etməyinizi xahiş edirik. Beləliklə də mənfi rəy formalaşdırmağa hesablanmış formada həqiqətəuyğun olmayan ifadə və mülahizələrdən bilərəkdən qıcıq yaradacaq şəkildə şişirdilərək istifadə edilməsi ilə “Azercell Telekom” MMC-nin işgüzar nüfuzuna xələl gətirilməsinə cəhd edilməsi dərin təəssüf hissi doğurur və “Azercell Telekom” MMC öz haqlı mövqeyini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müdafiə etmək hüququnu özündə saxlayır. Xahiş edirik, nəzərə alasınız”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar