27 dek 19:07aktual

Prosineçkiyə yaxın duran yoxdu

Prosineçkiyə yaxın duran yoxdu
“Azərbaycan millisinə “Barselona”nın göstərdiyi futbolu oynada bilməzsiz”
Hələ yığmamızda qalıb-qalmayacağı müzakirə olunan vaxt Robert Prosineçkiyə bir neçə yerdən təklif olduğu deyilirdi. Bu mənada konkret iki millinin – Bosniya və Hersoqovina ilə Sloveniyanın adı çəkilirdi. Onun Azərbaycanda işini davam etdirməyəcəyi artıq xeyli müddətdi məlumdu. Lakin hələ də xorvat mütəxəssisin karyerasını hansı ölkədə davam etdirəcəyi sual altındadı.
Hazırda istirahətdə olan Prosineçki ölkəsinin mətbuatına maraqlı müsahibə verib. O işləmək həvəsində olduğunu söyləyib: “İşsiz qalanda əvvəlcə istirahətdən zövq alırsan, ailə ilə daha çox vaxt keçirirsən. Ancaq enerjini bərpa etdikdən sonra yenidən işləmək istəyirsən. Azərbaycanda işlədiyimə görə təəssüflənmirəm. Orda 3 əla il keçirdim və fəaliyyətimi həyatımın ən xoş anlarından biri kimi xatırlayacam. Gözəl şəhər, iş üçün əla şərait və yaxşı nəticə var idi. Mənim heç bir problemim yox idi. Sadəcə, bu komanda ilə yeni addım ata bilməyəcəyimi və irəliləmək lazım olduğunu hiss etdim. Məni asan yerdə işləyib, pul qazanmaq heç vaxt maraqlandırmayıb”.
Xorvat mütəxəssis Sloveniya variantına da toxunub: “Mən artıq Sloveniyanın baş məşqçisi olmağa namizəd deyiləm. Düzdü, danışıqlar oldu, amma davamı gəlmədi. Halbuki Sloveniya imici və keyfiyyəti olan ciddi komandadı. Bu ölkədə son illərdə basketbol və həndbol sahəsində böyük addımlar atılıb. Futbolda da çox iddialıdılar. Təbii ki, orda çalışmaqda maraqlıydım. Ancaq bu məsələ keçmişdə qaldı”.
Yığmamızın sabiq çalışdırıcısının bosniyalılarla görüşü olub: “Təxminən 1 ay əvvəl Bosniya və Hersoqovina tərəfi ilə Zaqrebdə görüşüb, danışdıq. Amma mənə konkret cavab vermədilər. Səbəbini onlardan soruşmalısız. Bosniya təkcə mənim yox, bütün məşqçilər üçün yaxşı çağırışdı. Axı, bu millinin heyətində əla klublarda oynayan futbolçular çıxış edir. Mənə “klub, yoxsa yığma” sualını verirsizsə, deməliyəm ki, fərqli iki işdən söhbət gedir. Bəxtim gətirib ki, hər ikisini yaşamışam. Konkret seçim etməzdim. Mən məşqçi işləmək istəyirəm. Klub və ya yığma olmasının fərqi yoxdu. Əsas odu ki, həmin komanda yüksək keyfiyyətli və maksimum iddialı olsun. Ambisiya hədəfə çatmaq üçün vacib amildi. Razıyam, belə bir komanda tapmaq heç də asan deyil. Buna görə də tələsmək istəmirəm. Real təklif varsa, bundan dərhal xəbər tutaram və gözləyərəm. Elə bir yerdə işləmək istəyirəm ki, özümü məşqçi kimi sübut edim. Buna görə də məni yalnız ambisiyalı layihələr maraqlandırır. Nəticə həmişə yeganə etalon sayılıb. Ardıcıl iki-üç məğlubiyyətdən sonra qəhrəman sayılan məşqçi görmüsüz? Bizim işimiz belədi”.
Prosineçki millimizlə bağlı bunları deyib: “Aydın məsələdi ki, Azərbaycan millisinə “Barselona”nın göstərdiyi futbolu oynada bilməzsiz. Təbii ki, buna köklənirdim. Amma elə incə məqamlar var ki, bunu heç kim edə bilməz. Mən nəticəyə köklənmək və komandamın arzuladığım səviyyədə oynamasını istəyirəm. Bunun üçün isə keyfiyyətli, məşqçinin istəklərini yerinə yetirə biləcək futbolçular lazımdı. Məhz bu səbəbdən yüksək səviyyəli komandaya getmək istəyirəm. Məşqçinin üzərində həmişə təzyiq olur. Əlbəttə, bu, işlədiyin klubun və yığmanın səviyyəsindən asılı olaraq dəyişir. Təzyiq məşqçinin işinə təsir edir. Kimsə bundan “sınır”, kimsə daha da həvəslənir, kimsə də özünü sübut etmək üçün mübarizə aparır. Azərbaycanda hər şey əla idi. Amma orda döyüş keyfiyyətləri daha üstündü və siz futbolla bağlı vəziyyəti dəyişə bilmirsiz”.
FARİZ hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar