27 dek 19:06aktual

Azərbaycan futbolunda bir ilk gerçəkləşə bilər

Azərbaycan futbolunda bir ilk gerçəkləşə bilər
Ndlovunun mümkün gedişinin müsbət və mənfi yönləri
Çempionatda fasilə yaranan kimi transfer məsələləri ön plana çıxır. Düzdü, əksər məşqçilər dönə-dönə qeyd edir ki, qış “transfer pəncərəsi” zamanı istədiyin oyunçunu tapmaq çətindi. Çünki futbolçuların əksəriyyətinin klubu ilə müqaviləsi olur. Lakin boşluqları doldurmaq baxımından müəyyən işlər görmək mümkündü. Gələnlər varsa, gedənlərin olması da normaldı. Ola bilər ki, “Qarabağ”ın heyətindən də bir futbolçu ayrılsın. Söhbət Dino Ndlovudan gedir. Ötən sayımızda Ndlovunun Ağdam klubu ilə vidalaşmasının mümkünlüyünü vurğulamışdıq. Məlum olduğu kimi, bir müddət öncə Çin təmsilçisi "Hançjou Qrintaun" “Qarabağ”a rəsmi müraciət ünvanlamış, futbolçunu almaq niyyətində olduğunu bildirmişdi. Lakin bizimkilər əvvəlcə buna o qədər də isti yanaşmamışdı. Ancaq deyəsən, Çin klubu hücumçunu heyətinə qatmaqda israrlıdı. Özü də "Hançjou Qrintaun"ın Ndlovuya görə 1 milyon avro ödəmək istədiyi qeyd olunur. Bu üzdən “köhlən atlar”ın rəhbərliyinin futbolçunu satmaq haqda bir daha düşünməsi anlaşılandı. Bir sözlə, yaxın günlərdə cənubi afrikalı futbolçu ilə bağlı qərar veriləcək. Həmçinin Nldovunun "Hançjou Qrintaun"a satılması da təəccüb doğurmayacaq. Qeyd edək ki, sözügedən komanda Çinin 1-ci liqasında mübarizə aparır. Lakin bu ölkədə legionerlərə verilən pulları nəzərə alsaq, Dinoya görə nəzərdə tutulan 1 milyon avro qeyri-adi görünməməlidi.
Qurbanov təklifi ciddi adlandırmamışdı
Yadınızdadısa, ölkə kubokunun 1/4 finalının cavab görüşündən sonra baş məşqçi Qurban Qurbanov heyətlə bağlı danışmışdı. O transfer məsələləri ilə bağlı sualı cavablayarkən, Dinoya gələn təklifin ciddi olmadığını vurğulamışdı: “Konkret gedəsi futbolçu yoxdu. Hazırda hər birinin bizimlə müqaviləsi var. Ona görə belə bir fikir bildirə bilməyəcəm. Kimsə öz xahişi ilə bu cür istəkdə bulunarsa, bu halda düşünərik. Bu gün müqaviləsi olan və getmək istəməyən oyunçuya “get” deyə də bilmərik. Futbolçumuza ciddi bir təklif yoxdusa, o haqda düşünmək də mənasızdı. Dino Ndlovu ilə bağlı Çin klubundan ciddi olmayan təklif gəlmişdi. Ona elə bir fikir bildirmədik”.
1 milyon az məbləğ deyil
Yuxarıda qeyd etdiyimiz kimi, Çin klubu Ndlovuya görə 1 milyon avrosundan keçməyə hazırdı. Bu da az məbləğ deyil. Bizim pulla təxminən 2 milyon manat. Həmin məbləğə “Qarabağ” istədiyi futbolçunu ala bilər. Düzdü, yeni gələnin Dinonun yoxluğunu unutduracağı və ya tələb olunanlara cavab verəcəyi sonranın mövzusudu. İstənilən yeni transfer ümidləri doğrulda və ya doğrultmaya bilər. Ancaq bizim ölkədə top qovmağa razılaşan legionerlərin ən səviyyəlisinin qiyməti belə milyona çatmır. Sonuncu dəfə ölkəmizdən xaricə hansısa bir futbolçunun bu qiymətə satıldığının da şahidi olmamışıq. Bu gün klubların transferdən də qazanmalı olduğunu qeyd ediriksə, “Qarabağ”ın Ndlovunu satmasına ağız büzməməliyik. Doğrudu, istərdik ki, azərbaycanlı futbolçulara da bu cür təkliflər gəlsin. Ancaq hansısa klubumuzun legioner futbolçudan qazanması müsbət hal olar. Hər halda, bütün bunlar Çempionlar Liqasında mübarizə aparmağın təsiridi.
Dino ciddi fiqurdu, amma...
Təbii, Ndlovu “Qarabağ” üçün ciddi fiqurdu. İrəli xətdə yorulmadan mübarizə aparan cənubi afrikalı futbolçu komandanın əsas qol silahıdı. Düzdü, onun haqda “qol maşını” ifadəsini işlətmək o qədər də doğru olmaz. Nəzərə alaq ki, o ötən mövsümü 14 qolla qapadı ki, bunlardan 4-ü kubok, 10-u isə çempionat qarşılaşmasına təsadüf etdi. Cari “futbol ili”ndə də 5 dəfə rəqib qapılarına yol tapıb. “Qarabağ” kimi daim hücum edən, tez-tez qol vəziyyətləri yaradan bir komandanın hücumçusu premyer-liqada daha çox fərqlənməyə, sadəcə, borcludu. Bununla belə, Dinonun son illər “Qarabağ”a gəlmiş ən yaxşı hücumçulardan biri olduğunu da qeyd etməliyik. Bu xətdə istədiyini tapa bilməyən “köhlən atlar” Ndlovu ilə həmin problemi böyük ölçüdə yoluna qoydu. Həlledici matçlarda fərqlənməsi və pressinqi də öz yerində. Elə ÇL-in qrupuna gedən yolda “Şerif”ə, “Kopenhagen”ə vurduğu qolları unutmamalıyıq. Bu üzdən də istər Qurbanov, istərsə də klub rəhbərliyi futbolçunun satılıb-satılmaması ilə bağlı dərhal qərar vermək istəməyib. Əslində son qərarı baş məşqçi verəcək. Qurbanov özü də qeyd edib ki, futbolçu getmək istəsə, bu haqda düşünmək olar. Çox güman, Dino Çin klubuna keçmək arzusunda olsa, Qurbanov ona əngəl yaratmayacaq. Hər halda, “Qarabağ”ın çalışdırıcısının xarakterinə az-çox bələdik. Kimisə zorla komandada saxlamaq onun prinsiplərinə ziddi. Futbolçunun getmək istəyi, klubun əldə edəcəyi gəlir və həmin məbləğə ən azı Ndlovu səviyyəsində hücumçu tapmağın mümkünlüyü ayrılığa səbəb ola bilər.
...hücumda alternativlər var
Hər bir futbolçunun özəllikləri var. Tutaq ki, Dinonun bacardığını Mahir Mədətov və ya Ramil Şeydayev edə bilməz. Ancaq məsələyə başqa prizmadan yanaşaq. “Qarabağ” qış fasiləsinə ən yaxın izləyicisi “Qəbələ”dən 6 xal öndə yollandı. Bu isə o deməkdi ki, ardıcıl 5-ci dəfə çempion olmaq üçün “köhlən atlar”ın real şansı var. Düzdü, ağdamlılar iki oyunda büdrəsə, “qırmızı-qaralar” xal fərqini əridə bilər. Lakin reallıqları da nəzərə almalıyıq. Gözlənilməz xal itkiləri “Qəbələ”də daha çox olur, nəinki “Qarabağ”da. Odu ki, “köhlən atlar”ın ardıcıl 5-ci mövsüm qızıl medalları qazanacağı gözləniləndi. Bundan başqa, Qurbanovun yetirmələri yalnız bir “cəbhə” haqda düşünür. Kubokda mübarizəni dayandıran ağdamlılar premyer-liqaya köklənib. Onsuz da “Qarabağ”ın yetərincə geniş heyətinin olduğunu dəfələrlə vurğulamışıq. Komandanın yalnız çempionluq uğrunda mübarizə aparacağını nəzərə alsaq, Qurbanovun əlinin altında yetərli heyət var. Sırf hücumdan danışırıqsa, bu mövqedə də problem olmamalıdı. Ndlovunun yoxluğunda Şeydayev, Mədətov əsas qol silahı kimi şans qazanacaq. Doğrudu, Şeydayevin “Qarabağ”da hələ ki “ayağı açılmayıb”. Ancaq Dino olmayanda Ramil daha çox şans qazanacaq ki, bu da onun üçün fərqlənmək imkanının artması deməkdi. Mədətov isə irəli xətdə məhsuldarlıq nümayiş etdirməyi bacarır. Gənc forvard cari mövsüm artıq 6 dəfə rəqib qapılarına yol tapıb. Yarımmüdafiə xəttinin gücünü də nəzərə alsaq, problem minimuma enir. Lazım gəlsə, Pedro Enrike də əsas qol silahı kimi şans qazana bilər. Lap deyək ki, Qurbanov cənubi afrikalını əvəz edəcək oyunçu istəyir. Bunun üçün yuxarıda qeyd etdiyimiz kimi, milyonun yarısı kifayətdi. Necə ki, Dino bu gün “Qarabağ”da həmin məbləğdən çox qazanmır. Deməli, Ndlovunun getməsi “Qarabağ”da ciddi problemin yaranacağı anlamına gəlmir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar