27 dek 12:25aktual

Nə “Bakı”dı, nə də “Əlincə”!

Nə “Bakı”dı, nə də “Əlincə”!
Satışa çıxarılan 15 milyonluq klub iş adamına məxsusdu
Bu gün reklam həyatımızın bir hissəsinə çevrilib. Bunsuz müasir dünyanı təsəvvür etmək qeyri-mümkündü. İstər tanınmış şirkətlər olsun, istərsə də bazara yeni daxil olanlar - hamı çalışır ki, istehsal etdiyi malı reklam vasitəsi ilə insanların diqqətinə çatdırsın. Nəyisə satmaq istəyən şəxslər də reklam və elan xidmətindən maksimum yararlanmağa çalışırlar. Hətta bunun üçün xüsusi saytlar da var.
Dünən Azərbaycanda bu yöndə fəaliyyət göstərən elan saytlarının birində diqqətimizi cəlb edən elana rast gəldik. Belə ki, Əşrəf adlı şəxs Abşeron rayonunda 11 hektar sahədə bazası olan futbol klubunun satıldığı barədə elan yerləşdirib. Onu da qeyd edib ki, 15 milyon manat dəyərində olan bu klub liqaların birində çıxış edir. Elanda alternativ variantın da olduğu vurğulanıb.
Tənbəllik etməyib elanda adı yazılan və telefon nömrəsi olan Əşrəf bəylə əlaqə saxladıq. Telefon danışığı zamanı elanı yerləşdirən şəxs klubun adını deyə bilməyəcəyini söylədi. Onun sözlərinə görə, bu işdə vasitəçidi və satışdan müəyyən faiz tutacaq. Ancaq Əşrəf bəy klubun əsl sahiblərinin adlarını çəkməməyi onunla əlaqələndirdi ki, həmin insanların işgüzar nüfuzuna xələl gəlməsini istəmir. Ən azı ona belə tapşırıq verilib. Əşrəf bəy ərazinin Xocahəsən yaxınlığında yerləşdiyini söyləməyi də unutmadı. Bizimlə söhbətdə 11 hektara malik idman qurğusunun yaşayış massivində yerləşdiyini deyən makler satışa çıxarılan torpaqdan başqa məqsədlər, yəni istixana və ya fermer təsərrüfatı üçün istifadə etməyin mümkünsüz olduğunu qeyd etdi.
Elan saytlarının birində yerləşdirilən bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri satışa çıxarılan bazanın son günlər “Delfin” MMC ilə problem yaşayan “Bakı”ya, bəziləri isə maliyyə çatışmazlığı ilə baş-başa qalan “Əlincə”yə məxsus olduğunu yazıb. Ancaq açıqlama verən hər iki klubun rəsmiləri onlara məxsus bazanın satışa çıxarılmadığını qeyd ediblər. “Zolaqlılar”ın icraçı direktoru Yaşar Seyidov qəzetimizə aşıqlamasında “Bakı”ya məxsus bazanın istənilən halda satılmayacağını, ölkə başçısının açılışını etdiyi məkanın ancaq və ancaq futbola xidmət edəcəyini bildirdi.
Əlaqələrimizi işə salıb sözügedən elanda hansı klubdan və hansı arenadan söhbət getdiyini araşdırmağa çalışdıq. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, satışa çıxarılan stadion Qaradağ rayonu ərazisində, daha dəqiq desək, Lökbatan qəsəbəsində yerləşir. İş adamlarından birinə məxsus arenada yüksək səviyyədə işlər görülüb. Təbii örtüklü meydanı iş adamının sifarişi əsasında Bakı Olimpiya Stadionunun ot örtüyünə xidmət edən Fərman adlı şəxs araya-ərsəyə gətirib. Bunun üçün xeyli vaxt və zəhmət sərf olunub. Ancaq stadionu tikdirən şəxs son vaxtlar biznesdə müəyyən problemlərlə üzləşdiyindən obyekti satışa çıxarmağa qərar verib.
Məsələyə aydınlıq gətirmək üçün Fərman bəyi aradıq. İlk zəngimizdə onun telefonuna zəng çatsa da, dəstəyi qaldırmadı. Növbəti dəfə aradıqda isə telefonu söndürülmüşdü. Görünür, elanın mediada əks-səda doğurduğunu nəzərə alan bu şəxslər işlərini ehtiyatlı tutaraq, Fərman bəyə telefonu söndürmək tapşırığı veriblər.
Hər halda, mövzunu diqqətdə saxlayacaq, araşdırmanı davam etdirəcəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar