26 dek 19:59aktual

Gerye formalarını Haitidə 100 dolara satır

Gerye formalarını Haitidə 100 dolara satır
Bir ayağı Çində olan Ndlovu haqda kitab yazıldı
“Qarabağ”ın legionerlərindən xəbər var. Söhbət Vild-Donald Gerye, Ansi Aqolli və Dino Ndlovudan gedir. Başlayaq Geryedən. Haiti yığmasının üzvü lenouvelliste.com saytına müsahibə verib. O öncə KONKAKAF-ın 2017-ci il üçün rəmzi “11-liy”inə düşməsi ilə bağlı bunları deyib: “Mövqeyim üzrə ən yaxşı oyunçulardan biri seçilməyim mənim üçün fəxrdi və qürurvericidi. Burda amerikalılar, kosta rikalılar, panamalılar, yamaykalılar, meksikalılar və başqaları var. KONKAKAF-ın “11-liy”inə düşmək daha səylə çalışmağım, futbolçu karyeramı yüksəltməyim üçün stimul olacaq”.
Vild-Donald ölkəsinə “Qarabağ”ın forma və atributlarını gətirdiyini söyləyib: “Dekabrın 17-dən Haitidə, doğmalarımın yanındayam. Futbol formalarını əldə etmək istəyən həvəskarlara xoş xəbərlərim var. Mənim Çempionlar Liqası üçün hazırlanan “Qarabağ” formalarım artıq Haitidə də satışdadı. Ölkəmizdə xaricdə oynayan futbolçuların formalarının satışı hər zaman olmur. Ceff Lui, Kerven Belfor, Jan-Jak Pyer, Jan Soni Alysena kimi oyunçuların formaları yerli futbolçular üçün həmişə əlçatan olmayıb. Mən də bu boşluğu aradan qaldırmağa qərar verdim. Vəziyyəti dəyişməyə və ÇL-də oynadığım formaların Haiti bazarına çıxarılmasına çalışdım. Forma almaq istəyənlər “Oasis” otelinə gələ və ya nömrəmə zəng vura bilərlər”.
Gerye həmin formaların qiymətini də açıqlayıb: “Bu formaların qiyməti 100 dollardı. Kolleksiyamda başqa məhsullar var. Həmçinin Haitidə olduğum müddətdə almağa gələnlərə avtoqraf verəcəm. Haitiyə bayram üçün yox, ticarətlə məşqul olamağa gəlmişəm? Xeyr. Bunların biri digərinə mane olmur. ÇL-də oynadığımız hər bir şəhərdə azarkeşlərə avtoqraf paylayırıq. Haitililərə də bu imkanı yaratmalıyıq. Onları öz oğullarının avtoqrafından məhrum etməməliyik. Bu, yığmamızda məni izləyən, uzaq Azərbaycanda da irəli getmək üçün mənə stimul verən insanlar üçün çox xoşdu”.
Ansi Aqolli isə Albaniyada “İlin futbol adamı” seçilə bilər. Belə ki, həmin ölkədə bu ada 16 namizədin siyahısı müəyyənləşib. Artıq bu iddiaçılar arasında səsverməyə də start verilib. Səsvermədə idman azarkeşləri iştirak edir. Albaniya millisinin və “Qarabağ”ın cinah müdafiəçisi 16 namizəd arasında yer alıb. Onu da qeyd edək ki, hazırda səsvermənin lideri basketbolçu Endrit Hisenaqollidi.
Dino Ndlovu gəlincə, hücumçu haqda vətəni CAR-da kitab çapdan çıxıb. Bununla bağlı 27 yaşlı fovrard özü şəxsi "instaqram"ında bildirib. "The winning goal" (Qələbə qolu) adlı kitabın müəllifi Sizvi Feys Sitoledi. Avtobioqrafiya xarakterli kitabın üz qabığında Ndlovunun "Qarabağ"ın heyətində vurduğu qollardan birini qeyd edərkən çəkilmiş fotosu və "Siz bu hissləri supermarketdən ala bilməzsiz, onun üçün çalışmaq lazımdı. Bu, mənim həyatımın ən yaxşı günlərindən biri idi" sözləri yer alıb. Afrikalı forvard kitaba görə minnətdarlıq edərək, "heç vaxt özüm barədə bu qədər qürur duymamışdım. Sizvi Feys Sitole, mənə belə böyük layihə kimi yanaşdığın üçün təşəkkür edirəm. Çox həyəcanlıyam" yazıb.
Yeri gəlmişkən, Dinonun qış fasiləsində “Qarabağ”ı tərk edəcəyi istisna deyil. Bir müddət öncə "Hançjou Qrintaun" Ağdam klubuna müraciət ünvanlamışdı. Baş məşqçi Qurban Qurbanov isə forvarda görə təklif aldıqlarını etiraf etmişdi. Lakin çalışdırıcı bunu ciddi olmayan müraciət kimi dəyərləndirmişdi. Ancaq deyəsən, Çin klubu futbolçunu heyətinə qatmaqda israrlıdı. Özü də "Hançjou Qrintaun"ın Ndlovuya görə 1 milyon avro ödəmək istədiyi qeyd olunurdu. Bir sözlə, Dino fasilədə “Qarabağ”dan ayrılsa, təəccüblənməməliyik. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, rəhbərlik forvardı qeyd olunan məbləğ qarşılığında Çin klubuna satmağın əleyhinə deyil. Çox güman, futbolçu ilə bağlı qərar gələn ilin ilk günlərində veriləcək.
“Qarabağ”dan söz düşmüşkən, bölgə təmsilçisinin U-12 komandasının Gürcüstanda keçirilən "Bendela Cup"da iştirak etdiyini və 1/4 finalda "Rustavelli"yə 0:1 hesabıyla məğlub olaraq mübarizəni dayandırdığını xəbər vermişdik. Araz Bağırovun yetirmələri srağagün "Saburtalo-2" ilə yoxlama matçı keçirib və minimal hesabla (1:0) qalib gəlib. “Qarabağ” dünən növbəti yoldaşlıq görüşündə İran akademiyasıyla qarşılaşmalı idi. Amma bu görüşə ehtiyac duyulmayıb.
Maraq üçün qeyd edək ki, turniri ilk üç pillədə uyğun ardıcıllıqla Tiflis “Dinamo”su, “Saburtalo” və “İranMehr” komandaları başa vurub.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar