26 dek 19:48aktual

“3R Sport Management”: ad başqasının, dad Riad Rəfiyevin

“3R Sport Management”: ad başqasının, dad Riad Rəfiyevin
Elxan Abdullayevlə Baba Əsgərov da şirkətin “bulağından su içib”
Məşqçilikdə debüt etməklə Gənclər Liqasında “Qarabağ”ın U-19 komandasının baş məşqçisi kimi iştirak edən, səfərdə “Atletiko”nu məğlub etməyi bacaran kollektivin “sükanını idarə edən” Rəşad Sadıqov bundan sonra U-21-i çalışdıracaq. Futbolçu kimi qolunda “Qarabağ”ın kapitan sarğısını daşıyan Sadıqov artıq bir ildi PRO kateqoriyasına sahib olmaq üçün gecəsini gündüzə qatıb. Bunun üçün isə tələblərdən biri xarici klubların düşərgəsində təcrübə toplamaqdı. Sadıqov bir müddət öncə “Roma”nın, daha sonra “Mançester Siti”nin düşərgəsinə baş çəkməklə gələcək üçün müəyyən təcrübəyə sahib olmuşdu. Sonradan məlum oldu ki, məşqçi-futbolçunun səfərini “3R Sport Management” şirkəti təşkil edib. Həmin şirkət ki, AFFA-da seleksiya işləri üzrə baş əlaqələndirici Riad Rəfiyevin adı ilə bağlıdı. Şirkətlə bağlı yaranmış suallara cavab tapmaq üçün Rəfiyevlə əlaqə saxlasaq da, ölkə xaricində olduğunu deyib, Bakıya qayıtdıqdan sonra müsahibə verə biləcəyini söyləmişdi. Lakin vədinə əməl etmədi. Daha dəqiq desək, qəzetimizdə dərc olunan yazı onu yaman narazı salmışdı. Çıxış yolu kimi qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya zəng vurmağı göstərmişdi. Əlbəttə, Firuz bəyin şirkətin rəhbəri kimi ətraflı danışa bilməyəcəyini bilirdik. Amma yenə də əlaqə saxlamağı vacib bildik.
- Riad Rəfiyev sizinlə danışmağı məsləhət görmüşdü.
- Buyurun.
- Məgər bu şirkət AFFA-ya məxsusdu ki, sualları siz cavablandırmalısız?
- “3R Sport Management”in AFFA-ya heç bir aidiyyatı yoxdu.
- Elə isə Riad Rəfiyev niyə məhz sizə - AFFA rəsmisinə zəng vurmağı məsləhət gördü?
- Çünki Riad Rəfiyev assosiasiyanın əməkdaşıdı. Ola bilsin, mətbuata bizim məlumat verməyimizi istəyib.
- AFFA rəhbərliyinin bundan xəbəri var?
- Məndə olan məlumata görə, Riad bəy şirkəti təsis etməmişdən əvvəl qurumun rəhbərliyinə məlumat verib. Maraqlar toqquşmadığından, hansısa qanun pozuntusu olmadığından bu addımı atıb. Hansısa qanun pozuntusu olsaydı, hər halda, icazə verilməzdi. Rəfiyev şirkətin yaranmasında ideya müəllifidi, təsisçi və rəhbər isə başqa adamdı.
- Şirkət neçə vaxtdı fəaliyyət göstərir?
- Təxminən ayyarım əvvəl fəaliyyətə başlayıb. Məqsəd azərbaycanlı futbolçu və məşqçilərin xarici klublara keçidinə, həmçinin məşqçilərin xarici klublarda təcrübə toplamasına vasitəçilik etməkdi. Hətta bu yöndə artıq müəyyən addımlar da atılıb. Məsələn, Rəşad Sadıqovun İtaliya və İngiltərəyə səfərlərini nümunə göstərmək olar.
- Sadıqovun səfərindən xəbərdarıq. Başqa nə kimi yeniliklər var və ya gözlənilir?
- Elxan Abdullayevlə Baba Əsgərov məhz “3R Sport Management” şirkətinin təşəbbüşü və təşkilatçılığı əsasında Moskva ÇSKA-sının düşərgəsində olublar.
- UEFA-nın təlimatında məsələ ilə bağlı təxminən belə bir qərara rast gəldim: hansısa federasiya, assosiasiya, ümumiyyətlə, futbol təşkilatında rəsmi fəaliyyət göstərən şəxs menecerliklə məşğul olan şirkətə rəhbərlik edə bilməz.
- Ola bilər.
- Belə bir məlumat var ki, şirkət Riad Rəfiyevin Tural adlı dostunun adına qeydiyyatdan keçirilib. Şirkətin məskunlaşdığı yer isə bacısının adınadı. Yəni “3R Sport Management” birbaşa ona məxsusdu.
- Şirkətin hüquqi bazası haqda məndə dolğun məlumat yoxdu. Şirkət Riad bəyin adına deyil, bu dəqiqdi. Sahibin kim olduğunu, kimin rəhbərlik etdiyini dəqiq bilmirəm.
- Futbolçu və məşqçilər görülən işlərin müqabilində üzvlük haqqı ödəyir? Hər halda, pul gəliri olmasa, kimsə şirkət yaratmaz. Ümumiyyətlə, maddi məsələlərlə bağlı işlər necə tənzimlənir?
- Müştərilərlə müqavilə bağlanılır. Müqavilənin əsasında müəyyən işlər görülür. Hədəfə çatandan sonra isə şirkət əvvəldən razılaşdırılan faizini, başqa cür desəm, qonorarını alır.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar