25 dek 14:09aktual

BƏƏ-də çalışan həmyerlimiz də Qurban Qurbanova kömək etməyə hazırdı

BƏƏ-də çalışan həmyerlimiz də Qurban Qurbanova kömək etməyə hazırdı
Faiq Hüseynov: “Baş məşqçinin bu məsələni qabartması məni çox sevindirir”
Qurban Qurbanovun çərşənbə gününə təsadüf edən mətbuat konfransında bir çox məqamlar ortaya çıxdı. Əvvəla o məlum oldu ki, həm də “Qarabağ”ın baş məşqçisi olan mütəxəssis milliyə sırf əsas komandayla nəticə verməyə gəlməyib. Adam ölkə futbolunun gələcəyini də düşünür və bunun üçün bütün işlərə kompleks yanaşır. Yəni hətta 13-15 yaşlıların inkişafı da Qurbanovun nəzarəti altında olacaq. Lazım olan tövsiyələrini verəcək, problemləri AFFA rəhbərliyinin diqqətinə çatdıracaq. Elxan Məmmədovun sözü olmasın, menecer-məşqçi kimi fəaliyyət göstərəcək.
Diqqəti çəkən nöqtələrdən biri də Qurban bəyin futbolun əsas qollarından olan həkimliklə bağlı dedikləri idi. Hiss olunurdu ki, təcrübəli çalışdırıcı ölkə futbolunda həkim-fizioterapevt sahəsindən narazıdı. Hər halda, dediklərini bir də gözdən keçirək: “Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, həkim, fizioterapevt, hətta masajçı da. Uşaq futbolundan danışırıqsa, ilk növbədə bu insanların sağlam olması vacibdi. Bu gün nə idman həkimimiz, nə də fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. Bu məsələ AGİN səviyyəsində qaldırılacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri sağlam, savadlı olmalıdı. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Onların yetişməsi üçün kurslarımız olacaq. Bu günə kimi deməmişdim, bundan sonra bu haqda daha çox düşünəcəyik. Görüləsi iş çoxdu”.
Məsələylə bağlı ilk fikrini öyrəndiyimiz Boris Xetaqurov olmuşdu. 50 ildən çoxdu həkimlik edən təcrübəli mütəxəssis Qurbanovun dedikləri ilə razılaşmamışdı. Əksinə, Azərbaycanda xeyli sayda həkim, fizioterapevt, masajçının olduğunu demişdi. Hətta onlardan biri kimi Faiq Hüseynovu nümunə göstərmişdi. Həmin Hüseynov ki, vaxtilə Qurban Qurbanov yığmada oynayanda, o da orda fəaliyyət göstərirdi. Artıq xeyli vaxtdı BƏƏ-də masajçı-terapevt kimi çalışır.
Faiq bəyin də fikirlərini dinləmək maraqlı olardı. Bu niyyətlə dünən onunla əlaqə saxladıq. Sən demə, o da Boris Nanayeviç kimi baş məşqçinin mətbuat konfransında dediklərini həmin gün mətbuatdan oxuyubmuş: “Çox sağ olun ki, məni yaddan cıxarmayıb bu haqda fikrimi bilmək istəyirsiz. Əvvəla, Qurban Qurbanovun bu məsələni qabartması məni çox sevindirir. Bu onu göstərir ki , qeyd olunan problem Azərbaycan futbolunda var. Açığı, uzun illərdən sonra AFFA-nın ölkənin əsas yığmasını yerli və peşəkar məşqçiyə tapşırması xəbərinə çox sevindim. Deməli, azərbaycanlı futbolçularının sağlamlığı yerli həkimlərə, fizioterapevt və masajçılara həvalə olunacaq. Həmin şəxslər ki, bu vaxta qədər futbolumuzda çalısıb, öz vəzifələrini can-başla yerinə yetiriblər, lakin sonradan hansısa səbəblər üzündən hazırda futboldan uzaq düşüblər. Onları hamı tanıyır, futbol sahəsindəki təcrübələri danılmazdı. Fikrimcə, Qurban Qurbanov istənilən vaxt onları dəvət edib təcrübələrindən yararlana bilər. Qurbanovun dediyi sözlərlə tam razıyam ki, Azərbaycan yığmasında çalışmaq şərəf və böyük cavabdehlikdi. Oktyabrda AFFA-ya məktubla müraciət etmiş, yığmaya kömək etməyə hazır olduğumu bildirmişdim. Hətta ətraflı məlumat üçün CV də yollamışdım. Cavabları belə olmuşdu: "Müəyyən vakansiya yarandıqda CV aidiyyatı departament və ya şöbəyə yönləndiriləcək. Münasib görüldüyü halda sizinlə əlaqə saxlanılacaq". Yenə deyirəm, Azərbaycan futbolunda çalışmaq və onu inkişaf etdirmək hər bir azərbaycanlı üçün şərəf və borcdu. Öz işimə, bacarığıma güvəndiyimdən milliyə kömək etməyə hazıram.
Fürsətdən istifadə edib hamını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm”!
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar