21 dek 21:22aktual

Rauf Əliyev “Kukesi”dən ayrıldı, problemlə üzləşdi

Rauf Əliyev “Kukesi”dən ayrıldı, problemlə üzləşdi
“Səbəblər haqda daha sonra açıqlama verəcəm”
Cari mövsümün əvvəlində azərbaycanlı futbolsevərlər üç futbolçunun ölkə xaricində top qovacağı xəbərini sevinclə qarşıladı. Bunlar Kamran Ağayev, Araz Abdullayev və Rauf Əliyev idi. Hər halda, millinin inkişafını, uğurlarını istəyiriksə, xaricdə 3-5 normal karyera yaşayan futbolçumuz olmalıdı. Bunsuz mümkün deyil. Hərçənd bizimkilər, demək olar, həmişə sonda azarkeşləri üzüblər. Bəh-bəhlə yola saldıqlarımız əli ətəyindən uzun geriyə dönür. Ya dil bilməməsi, ya ağır şərtlərə dözməməsi, ya da ən gülünc bəhanə olan “darıxıram” ilə vətənə dönənlər az olmayıb. Avropanın adlı-sanlı klublarını istəmirik, heç ortabab komandalarında da duruş gətirə bilmirlər. Bu problem artıq neçə illərdi davam edir və kiminsə buna son verəcəyini səbirsizliklə gözləyirik.
Kamranla Araz yığmaya çağırılsa da, Robert Prosineçkinin dəvət göndərmədiyi Rauf uzun müddət idi əsas komandadan uzaq düşmüşdü. Əslində hər üç futbolçunun potensialı legioner həyatı yaşamağa imkan verir. Arazla Kamran daha öncə bu təcrübəni yaşasa da, Rauf üçün bir ilk idi. Onu da qeyd edək ki, Ağayev “Mlada Boleslav”da möhkəmlənə bilmədi və komandadan ayrıldı. Bu yığmanın əsas qapıçısının son illərdə yaşadığı növbəti uğursuzluq olduğundan təəccüblənmədik. Abdullayev isə Cənubi Kipr çempionatının lideri “Anortosis”də hələ ki bizi sevindirir. İnanaq ki, ən azı mövsümün sonunadək bu klubda duruş gətirəcək və yüksələn trayektoriya üzrə yolunu davam etdirəcək. İndi isə gələk Raufa.
Yığmanın sabiq baş məşqçisi Robert Prosineçki hər mətbuat konfransında bu sualla üz-üzə qalırdı: Rauf niyə yığmaya çağırılmır? Əslində haqlı sual idi və çempionatın bombardirinin millidə olmaması, baş məşqçidən dəvət almaması anormallıqdan başqa bir şey deyildi. Futbolçunun millidən uzaq düşməsinin səbəbini isə çoxları yaxşı bilirdi. Onun vaxtilə verdiyi müsahibələr yığmaya çağırılmamasının əsas səbəbi idi. Ancaq söhbət əsas komandadan, belə deyək, ölkənin simasından gedirsə, umu-küsü bir tərəfə qoyulmalı, çalışdırıcı futbolçu ilə prinsip aparmamalı idi. Hər halda, xorvat baş məşqçi müqaviləsinin sonuna kimi inadından dönmədi. Elə bizlər – jurnalistlər də hər dəfə eyni sualla Əliyevin haqqının tapdanmasına qarşı çıxdıq. Maraqlıdı ki, Rauf “Kukesi”də yaxşı başladı, ümidləri doğrultdu. Ancaq qış fasiləsinə doğru nələrsə dəyişdi, problemlər üzə çıxdı. Srağagün məlum oldu ki, Əliyev Albaniya təmsilçisindən ayrılıb. Klub rəhbərliyi 28 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. Deyilənə görə, ayrılığın səbəblərindən biri Raufun dil baxımından problem yaşaması olub. Məşqçilər korpusu və komanda yoldaşları ilə ünsiyyət qura bilməməsi problem yaradıb. Albaniya mətbuatında “Kukesi”də ayda 9 min dollar məvacib alan futbolçunun karyerasını Azərbaycanda davam etdirmək istədiyi vurğulanıb. Hər halda, maliyyə baxımından da klubla futbolçu arasında narazılıq yaşandığı istisna edilmir.
Bununla belə, Əliyevin yeni klubla anlşamaq imkanı bir qədər düyünə düşüb. FİFA-nın qaydalarına görə, bir futbolçu mövsüm ərzində maksimum 2 klubun formasını geyə bilər. Əliyev isə cari mövsümün əvvəlində “Keşlə”nin heyətində (həmin vaxt klub “İnter” adlanırdı – F.) Avroliqada çıxış edib. Daha sonra Albaniyaya üz tutan hücumçu beləcə cari mövsüm üçün, necə deyərlər, klub limitini doldurub. Artıq bundan sonra Əliyev karyerasını “Keşlə”də davam etdirməli, əks halda 6 ay klubsuz qalmalıdı. Düzdü, bu məsələdə istisnalar da var. Belə ki, FİFA-ya xüsusi məktub ünvanlayıb, icazə istəmək mümkündü. Lakin adı çəkilən qurumun tutarlı səbəb olmadan buna razılıq verəcəyi heç də inandırıcı görünmür. Hər halda, Raufun ali futbol qurumunun tanımadığı ölkələrdə oynayacağı heç də real görünmür. “Keşlə”yə dönməkdən başqa variantı qalmayan Əliyev FİFA-nın istisna hallar üçün nəzərdə tutduğundan da faydalana bilər. Belə ki, ali futbol qurumu oyunçulara 3 klubda çıxış etməyə qadağa qoyduğu qərarda istisnaları da nəzərə alıb. 2017/18 mövsümündə 2 klubda oynamış futbolçunun başqa komandada oynamaq üçün yeganə çıxış yolu 2018 mövsümü ilə bağlıdı. Söhbət “payız-yaz” sistemindən “yaz-payız” sistemli çempionata üz tutmaqdan gedir. Azərbaycan və Albaniya klubları bu baxımdan uyğun gəlmədiyi üçün hücumçu 3-cü ölkəni seçməlidi. Avropada futbolçumuza uyğun çempionatların sayı o qədər də çox deyil. UEFA-ya üzv ölkələrdən yalnız 13-də belə sistemə üstünlük verilir. Bunlar Qazaxıstan, Gürcüstan, Belarus, Moldova, İrlandiya, İslandiya, Latviya, Litva, Estoniya, Farer adaları, Finlandiya, Norveç və İsveçdi. Əslində “Keşlə”yə dönmək variantı da o qədər real görünmür. Axı, yayda onun paytaxt təmsilçisindən necə ayrıldığı hər kəsin yadındadı. Hər iki tərəfin 4 ay öncə yaşananları unutduqlarına inanmaq çətindi. Verilən açıqlamalar, bəyanatlar uzun müddət gündəmi zəbt etmişdi.
Dünən bütün bunlarla bağlı Raufun fikirlərini öyrənmək qərarına gəldik. Hücumçu qısaca bunları dedi: “İndiki halda ayrılma səbəblərim haqda danışa bilməyəcəm. Bu haqda daha sonra açıqlama verəcəm. Bəzi problemlər var idi, ona görə ayrıldım. Başqa kluba keçməyə gəlincə, bir mövsüm ərzində 3-cü kluba icazə verilməməsi məsələsi var. Bu da məndən asılı bir şey deyil. FİFA-nın qərarı var. Əvvəlcə oynamaq imkanım olmalıdı ki, daha sonra hansı kluba keçəcəyimlə bağlı seçim edim. Ona görə də indidən nəsə söyləmək mənasızdı. “Keşlə” və ya başqa komanda haqda da heç nə deyə bilməyəcəm, çünki heç bir fikrim yoxdu. Əsas odu ki, FİFA-nın tələbinə uyğun bir məsələ olsun. Bu olmadan klub adı çəkmək mənasız olar. O ki qaldı ali futbol futbol qurumuna icazə almaq üçün məktub göndərməyə, bu haqda mən də eşitmişəm. Bütün bunları yenicə öyrənmişəm. Özüm hazırda Albaniyadayam, Bakıya gələndən sonra bu haqda ətraflı danışmaq olar. Artıq “Kukesi” ilə heç bir bağlılığım yoxdu, azad agent statusuna malikəm. Yəqin ki, bir-iki günə vətənə qayıdacam”.
Qeyd edək ki, Albaniya çempionatında 13 oyuna çıxan Əliyev 3 qol vurub. İki dəfə sarı vərəqə ilə cəzalanan Əliyev ümumilikdə 727 dəqiqə meydanda olub. Kubokda isə 4 görüşdə şans qazanıb, bir dəfə fərqlənib.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq Bu gün, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi Bu gün, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? Bu gün, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” Bu gün, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü Bu gün, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə Bu gün, 11:34 Mövsümün ən məhsuldar həftəsi Bu gün, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib Bütün xəbərlər
Ən çox oxunanlar