27 noy 22:28aktual

Çexlər Vuxla Komliçenkodan... ...belçikalılar isə Aranovskidən yazır

Avroliqanın qrup mərhələsinin 5-ci turu, belə deyək, növbəti cümə axşamı bizim üçün qara gəldi. Halbuki mübarizə aparan iki təmsilçimizin hansısa birinin məğlub olacağını ağlımızın ucundan keçirmirdik. "Qəbələ”nin nəhayət ki, məğlubiyyət seriyasına son qoyacağını düşünənlər oyun ərzində ümidlənsə də, Rikardinyonun qaçırdığı penalti həlledici oldu. "Anderlext”in gücü, "Qəbələ”nin Belçikanı təmsil edən rəqibi ilə müqayisədə təcrübəsizliyi müəyyən mənada təsəlli idi. Əsas təsəlli isə bu oyun başa çatan kimi "Qarabağ”ın "U Nisi”də "Slovan” önünə çıxmasıydı. "Fiorentina”nın PAOK-u məğlub edəcəyi, "köhlən atlar” isə Çexiyadakı mümkün heç-heçə sayəsində pley-offa vaxtından əvvəl yüksəlmək şansları real idi deyə, əsas diqqətlər Liberetsə yönəlmişdi. Ölkə futbolsevərləri şok ardınca şok yaşadı. "Qarabağ”ın sönük oyunla meydan sahibləri önündə aciz qalması və yekunda qapısında 3 cavabsız top görməsi ortaya böyük suallar çıxardı. Liberetsdə olan biri kimi çex həmkarlarımın hansı hisslər keçirdiyini, komanda üzvləri ilə münasibətdə necə davrandığını şəxsən gördüm. Sevincdən gözləri ayaqlarının altını görmürdü. Hətta hansısa məsələ ilə bağlı sualımıza da cavab verməyə həvəs göstərmirdilər. Onların nə yazması, nələri cızma-qara etməsi olduqca maraqlıdı. Elə isə tanış olaq.

fotbal.idnes.cz: "Komliçenko ilə Vux "Slovan”a həyat verdi. Qrup səddini adlamaq çətin olsa da, ən azı xal ehtiyatını zənginləşdirmək lazım gəlirdi. Ölkə çempionatdakı vəziyyətin ardından qrupu da sonuncu pillədə başa vurmaq, üstəlik, cəmi 1 xal toplamaq "Slovan”a böyük zərbə olacaqdı. Komanda "Qarabağ”a uduzsaydı, çətin ki, kimsə stadionun yolunu tutardı. Odu ki, azərbaycanlıları ölkələrinə məğlub yola salmaq olduqca vacib idi. Əslində bu, elə də çətin görünmürdü. Liberetslilər sentyabrda, bu rəqiblə səfərdə 2:2 oynamaqla gücünü ortaya qoymağı bacarmışdı. Həmin oyunun davamını gətirmək lazım gəlirdi. Amma... "Yablonets”ə ağır yenilgini (0:3), bunun üzərinə də Baroş, Latka Sikora kimilərinin yoxluğunu, üsətəgəl, Navratilin ehtiyatda qaldığını gələndə, ortaya böyük suallar çıxırdı. Bu sualın cavabını 90 dəqiqənin tamamı verdi: qələbəni daha çox istəyən əldə edir! Komliçenko karyerasının ən yaxşı oyunlarından birini keçirib iki qola imzasını yazdırdı. Vux isə haqqında deyilən sözlərlə razılaşmalıdı. Üzərində bir qədər işləməklə dünyaya səs sala biləcək gücdədi. Matçln gizli qəhrəmanı isə Dubravka idi. Hesab 1:0 olarkən Muaremlə üz-üzə qaldığı epizodda qapısını tərk edib rəqib futbolçunun tələsik zərbə vurmasının səbəbkarı oldu. Nəticədə özünü itirən makedoniyalı topu tələsik zərbə ilə Dubravkanın üstünə vurdu. İkinci hissədə Almeydanın cərimə zərbəsindən fırlatdığı topu əla reaksiya ilə zərərsizləşdirməsi adına yaraşdı. Bu qələbədən sonra "Slovan”ın qrup mərhələsini adlamaq imkanı yaranıb. Təbii ki, ilk növbədə səfərdə PAOK-u udmaq lazımdı”.

isport.blesk.cz: "Slovan” – "Qarabağ” 3:0, möhtəşəm oyun, təmiz qələbə! Oyundan bir gün öncə Trpişovskinin mətbuat konfransında fikirli görünməsinin səbəbi 90 dəqiqənin tamamında aydın oldu. Baş məşqçi "Qarabağ”ı məğlub etməyin yolunu bilirmiş. Sadəcə, konfransda onu "görəsən futbolçular verdiyim tapşırıqları yerinə yetirə biləcək” sualı onu narahat edirmiş. Trpişovski hələ Bakıdakı oyunda Azərbaycan çempionunu tanıdığını isbatlamış, komandası vətənə 1 xalla dönmüşdü. Müxtəlif səbəblərdən əsas heyətin beş üzvünü itirən "Slovan” güclü rəqibini darmadağın edib həm "Yablonets” yenilgisini unutdurdu, həm də növbəti mərhələyə adlamaq imkanı qazandı. İndi qalır PAOK-u səfərdə məğlub edib, "Fiorentina”nın Bakıda qalib gələcəyinə ümid etmək”.

sport.be: "Bakıdakı qələbə "Anderlext”i 1/16-ə daşıdı. Artıq sonuncu qarşılaşmanın formal xarakter daşıyacağı dəqiqdi. Nəticə sevindirici olsa da, qələbə asanlıqla əldə olunmadı. 11-ci dəqiqədə Tilemans hesabı açsa da, cəmi 4 dəqiqə sonra "Qəbələ”nin iki futbolçusu bir-birinə dəyib yerə yıxıldığına görə penalti nöqtəsini göstərdi. Rikardinyo hakimin yaratdığı şansı boşa vermədi. 72-ci dəqiqədə Aranovski "Anderlext”in qapısına olmayan 11 metrlik cərimə zərbəsi təyin etdi. İlk həmlədə qol vuran Rikardinyo hakimin göstərişindən sonra zərbəni təkrar vurmalı oldu. Lakin bu dəfə hədəfə düşə bilmədi ki, bunu Aranovskiyə yaxşı cavab saymaq olar. Belçika nəhənginin güclü və matçın favoriti olduğunu Bruno ilə Teodorçikin qolları sübut etdi. Təbii ki, rəqibin azlıqda qalması da sözünü dedi”.

lesoir.be: "Anderlext” Bakıda qələbəyə nail olub pley-offa yüksəldiyinə görə azərbaycanlılara yox, "Maynt-05”ə minnətdar olmalıdı. Məhz iki həftə öncə Almaniya təmsilçisi üzərindəki möhtəşəm qələbə "Anderlext”in xal ehtiyatını zənginləşdirdi. Digər tərəfdən, futbolçuların əhval-ruhiyyəsinin yüksəlməsinə kömək etdi. Elə bu cümə axşamı da "Maynt-05”ə təşəkkür düşür. Onlar "Sent-Etyen”i məğlub etsəydi, hər şey fərqli ola bilərdi. İstənilən halda, brüssellilər növbəti mərhələyə adlamağı bacardı. 14-cü dəqiqədə hakimin Asif Məmmədovu İvan Obradoviçin yıxdığını əsas gətirib penalti nöqtəsini göstərməsinə oyunu izləyənlər xeyli güldü. Halbuki, Məmmədovu komanda yoldaşı Baqali Dabo yıxmışdı. Eyni ssenariyə 72-ci dəqiqədə də şahidlik etdik. Aranovski bu dəfə Ruslan Qurbanovun hər kəsin aydın gördüyü şəkildə özünü yerə atmasını simulyasiya yox, penalti kimi dəyərləndirdi. İlk qolun müəllifi bu dəfə komandasına yardım edə bilmədi. Rəşad Eyyubovun qovulmasından sonra böyük üstünlük qazanan "Anderlext” pley-offa aparan qolları vura bildi”.

HƏBİB hazırladı

Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar