20 dek 18:34aktual

“Keşlə” Yuri Maksimovla anlaşdı

“Keşlə” Yuri Maksimovla anlaşdı
Bu mövsümün ən çək-çevirli klublarından biri də “Keşlə” oldu. “Futbol ili”nə “İnter” adı ilə start verən paytaxt təmsilçisi üçün ilk yarını uğurlu adlandırmaq olmaz. Düzdü, “göy-ağlar” kubokun 1/4 final mərhələsini uğurla dəf etdi. Ancaq bu nəticə “Keşlə” üçün fantastik göstərici sayılmamalıdı. Özü də 1/4-də rəqibin “Kəpəz” olduğunu da unutmamalıyıq. Çempionatda isə komanda 7-ci yerdədi. Geridə qalan 14 turda cəmi 8 xal toplayan paytaxt klubu yalnız “Kəpəz”i qabaqlayır.
Əslində ötən qışdan başlayan “yarpaq tökümü” komandanın gücünü get-gedə zəiflətdi. Ağabala Ramazanovla Ruslan Abışovun klubdan ayrılmasının ardından mövsümün sonunda Səlahət Ağayev və Rauf Əliyev kimi önəmli füqurlar komandanı tərk etdi. Bu isə o demək idi ki, “göy-ağlar”ın işi asan olmayacaq. İki “transfer pəncərəsi”nin FİFA-nın qadağası üzündən boşa verilməsi də Zaur Svanadzenin heyətlə bağlı rotasiya imkanlarını minimuma endirmişdi. Elə ona görə də gürcü çalışdırıcı uğurlu nəticələr qazanmağın mümkünsüz olduğunu mətbuat konfranslarında qeyd edirdi. Beləliklə, klubun adının dəyişdirilməsindən sonra baş məşqçi postunda da eyni hal baş verdi. Xoş olmayan nəticələr fonunda Zaur Svanadze 10-cu turdan sonra “Keşlə”dən ayrıldı. Baş məşqçi vəzifəsi isə müəvvəqqəti əvəzedicilərin və aşağı yaş qruplarının əlaqələndiricisi Ramiz Məmmədova həvalə olundu.
Ramiz bəy “Keşlə” ni 7 matça çıxardı. Bu oyunlardan dördü premyer-liqaya təsadüf etdi. Amma Məmmədovun rəhbərliyi altında komanda çempionatda xal üzü görmədi. Keçirdiyi 4 oyunun hamısında məğlub olan paytaxt təmsilçisi bu 4 görüşdə cəmi 2 qol vurdu. Rəqibləri isə Məmmədovun yetirmələrini 10 topla məyus etdilər. Yuxarıda qeyd etdiyimiz kimi, müvəqqəti çalışdırıcının kubokdakı fəaliyyəti nisbətən uğurlu oldu. “Keşlə” “ikinci cəbhə”də keçirdiyi 3 oyunda 3 qələbə qazandı. Bunlar 1-ci divizion təmsilçisi MOİK və bu mövsümün daha bir uğursuzu “Kəpəz” üzərində əldə olundu. Kubokda 8 qol vuran keşləlilər öz qapısından 2-ni buraxdı. Ümumilikdə 7 matçda heç-heçə etməyən Məmmədovun komandası 3 qələbə və 4 məğlubiyyət yaşadı. Onun başçılığı altında komanda 10 qol vurub, 12-ni buraxdı. Beləliklə, Ramiz bəyin də baş məşqçi kimi funksiyası başa çatdı. Təbii, Nizami Hacıyevlə Mirhüseyn Seyidov olayı da məhz onun vaxtında yaşandı. Onu da bildirək ki, Məmmədov əvvəlki vəzifəsinə qayıdıb. O, yenidən aşağı yaş qrupları üzrə əlaqələndirici kimi fəaliyyət göstərəcək.
Artıq “Keşlə”nin “sükan”ı ukraynalı mütəxəssis Yuri Maksimovun əlində olacaq. Hələ xeyli müddət öncə onunla danışıqlar aparıldığı məlum idi. Sadəcə, ukraynalının komandaya rəhbərlik edəcəyi dəqiqləşib. Bu məlumatı klubun mətbuat katibi Səbuhi Məmmədov da təsdiqlədi. Qeyd edək ki, Maksimov həftəsonu Bakıya təşrif buyuracaq və gələn həftənin əvvəlində onunla rəsmi müqaviləyə imza atılacaq. İlkin olaraq anlaşma mövsümün sonuna kimi nəzərdə tutulub. Futbolçu kimi Ukrayna yığmasının formasını geymiş Yuri Maksimov məşqçiliyə 2005-ci ildə Minsk “Dinamo”sunda başlayıb. O daha sonra ÇSKA (Kiyev), “Obolon”, “Krivbass”, “Metallurq” (Donetsk), “Mordoviya” və “Taraz” klublarında çalışıb.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar