17 dek 15:39aktual

Avropaya həvəskarlar liqasının qalibi gedəcək

Avropaya həvəskarlar liqasının qalibi gedəcək
Füzuli Nəcəfov: “Region Liqasının bizə heç bir təsiri yoxdu”
Artıq bu gün AFFA-nın yeni layihəsi olan Region Liqasında ilk turun oyunları keçiriləcək. Xatırladaq ki, assosiasiyanın baş katibi Elxan Məmmədovun təşəbbüsü ilə yaradılan yeni liqanın oyunları plana əsasən daha tez start götürməli idi. Lakin müxtəlif səbəblərdən turnirə qatılan komandaların sayında yetərsay olmadığından, proses ləngiyirdi. Elə həmin ərəfədə Həvəskarlar Futbol Federasiyasının baş katibi Füzuli Nəcəfovla əlaqə saxlayıb Region Liqası ilə bağlı fikirlərini öyrənmişdik. Füzuli bəy ölkədə həvəskarlar arasında çempionat keçirdiklərini bildirməklə yanaşı, eyni statusa malik ikinci belə yarışın nəyə lazım olduğunu anlamadığını bildirmişdi. Baş katib Region Liqasında çıxış etməyə komanda tapılmayan vaxtda onların bayrağı altında keçirilən çempionatda iştirak etmək üçün 35-dən çox komandanın müraciət etdiyini bildirməyi unutmamışdı. Yuxarıda qeyd etdiyimiz kimi, artıq 24 komanda 3 zonada Region Liqasının qalibi adı uğrunda bu gündən mübarizəyə başlayacaq.
Bəs görəsən, həvəskarlar liqasının rəhbərliyi indi hansı fikirdədi? Yeni turnirin start götürməsi onların işinə necə təsir göstərcək? Bu sualara cavab tapmaq üçün adı çəkilən federasiyanın baş katibi Füzuli Nəcəfovla yenidən danışmağa ehtiyac duyduq: “Ölkə futbolunun inkişafına təkan verəcək bütün yarışları alqışlayır, bu yolda həm turnirin təşkilatçılarına, həm də iştirakçı komandalara uğurlar arzulayırıq. Belə deyim var: “kor nə istər, iki göz, biri əyri, biri düz”. İlk dəfə keçirilən Region Liqası futbolumuza yeni nəfəs gətirəcəksə, biz buna yalnız sevinə bilərik. Belə deyək, o da bizimdi, bu da. O ki qaldı yeni turnirin həvəskarlar liqasına təsirinə, açığı, bizə heç bir təsiri yoxdu. Əksinə, indi komandalara seçim imkanı verilib. Kim istəyər yeni liqada çıxış edər, kim də istəyər bizə müraciət edər. Hazırda bizim federasiyanın bayrağı altında keçirilən çempionatda Bakı zonasının oyunları başlayıb. 12 komanda zonanın qalibini müəyyənləşdirmək üçün uzun yola çıxıb. O biri zonalarda isə oyunlar 2018-ci ildə start götürəcək. Hələ ki müraciətləri nəzərdən keçirib qeydiyyatla məşğuluq. Təxmini proqnozlarımıza görə, 2017/18 mövsümündə həvəskarlar liqasında 30 komanda iştirak edəcək. Bundan artıq da ola, bilər, az da”.
Region Liqasının püşkatmasında iştirakçı komandalara toplar paylanıldı və tədbirə qatılan klub nümayəndələrinə bildirildi ki, bütün matçları birinci divizion və elita təcrübəsi olan hakimlər idarə edəcək. Bundan başqa, təşkilati işlərə də xüsusi diqqət yetiriləcək. Və belədə heç şübhəsiz, səviyyə baxımından Region Liqası Nəcəfovun baş katibi olduğu federasiyanın təşkil etdiyi çempionatdan daha üstün olacaq. Ancaq Füzuli bəy bu məsələdə bizimlə razılaşmadı: “Bu həftə Bakı zonasında 4 oyun keçiriləcək. Həmin matçları isə birinci dəstədə gördüyümüz hakimlər idarə edəcək. Deməyim odu ki, hakimliklə bağlı bizdə heç bir problem yoxdu. Top və invenrtar da qaydasındadı. Bütün komandaların həm məşq etməyə, həm də çempionat oyunu keçirməyə topları var”.
Sonda daha bir məsələyə aydınlıq gətirməyə çalışdıq. Bildiyiniz kimi, artıq uzun illərdi Həvəskar Futbol Federasiyasının keçirdiyi çempionatın qalibi ölkəmizi UEFA-nın həvəskarlar arasında təşkil etdiyi turnirdə təmsil edir. Əvvələr bu turnir ildə bir dəfə təşkil olunurdusa, qitə futbol qurumunun yeni şərtlərinə görə, iki ildən bir keçiriləcək. Yayılan söz-söhbətlərə görə, AFFA-nın təşkil etdiyi yeni turnirin qalibi birinci diviziona vəsiqə qazanmaqla yanaşı, ölkəmizi həmin turnirdə də təmsil etmək hüququna yiyələnəcək. Ancaq Füzuli bəy deyilənlərin həqiqəti əks etdirmədiyini bildirdi: “Bu fikirlər yanlışdı. UEFA-nın həvəskar komandalar arasında keçirdiyi yarışa məhz bizim çempionatın qalibi qatılacaq. Bizim Əsasnaməmizdə bu məsələ açıq-aydın əksini tapıb. Orda qeyd olunub ki, yarışın qalibi ölkəmizi qitəmiqyaslı turnirdə təmsil etmək hüququna malikdi. Əsasnamənin sonunda AFFA-nın baş katibi Elxan Məmmədovla federasiyanın prezidenti Mahir Məmmədovun imzası var. Odu ki, söylənilənlərə inanmaq lazım deyil. Region Liqasının qalibi peşəkar liqa olan birinci dəstəyə yüksəlirsə, o necə həvəskarlar arasında keçirilən yarışa qatıla bilər? Ötən mövsüm Sumqayıtı təmsil edən “Uğur” həvəskarlar arasında çempionluğu bayram etdi. Bəzən eşidirəm ki, “Uğur” rəhbərliyi 2018-ci ildə keçiriləcək qitəmiqyaslı turnirə yollanacaqlarını bildirir. Belə şey ola bilməz. Həmin komanda artıq başqa yarışda iştirak edirsə, bu imkanı əldən verdi. Onu da qeyd edim ki, qitə futbol qurumunun həvəskarlar arasında keçirəcəyi növbəti yarış 2018-ci ilin oktyabrında Ukraynada baş tutacaq. Artıq qrupdakı rəqiblərimiz də məlumdu. Bizdən başqa, yer aldığımız 6-cı qrupda İspaniya, Finlandiya və Ukrayna yer alıb. Qrup oyunları oktyabrın 2-si, 4-ü və 6-da keçiriləcək. Bu il bizim təşkil etdiyimiz çempionatda qalib olan komanda Ukraynaya yollanacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı Bütün xəbərlər
Ən çox oxunanlar