15 dek 22:10aktual

Uşaq futbolunun bilicisi millilərdəki təyinatları dəyərləndirdi

Uşaq futbolunun bilicisi millilərdəki təyinatları dəyərləndirdi
Vaqif Paşayev: “Zəng edib məsləhət istəsələr, hər zaman hazıram”
Bugünlərdə müzakirə olunan məsələlərdən biri də yığmaların baş məşqçiləridi. Yeni təyinat bəzi suallara yol açdı. Hər halda, bütün bunlarla bağlı mütəxəssis fikri öyrənmək daha doğru olardı. Odu ki, dünən Vaqif Paşayevlə danışmağı lazım bildik. Dəfələrlə uşaq futbolundakı problemi qabardan Paşayev təyinatlarla bağlı bunları dedi: “Hər bir adama işləmək üçün şans vermək lazımdı. Elə millilərin yeni çalışdırıcılarına da. Necə işlədiklərini, ölkə futboluna nə dərəcədə fayda verdiklərini isə zaman göstərəcək. Bu gün “təcrübəsi yoxdu” düşüncəsi ilə yanaşmaq doğru deyil. Təcrübə zamanla qazanılır, əsas odu, onlar işlərini düzgün qursunlar. Vahid sistem çoxdan qurulmalıydı. Qurban Qurbanov yığmalara nəzarət edəcək. Hər kəs istədiyi kimi işləməyəcək. Əvvəl beləydi ki, hər məşqçi öz bildiyi kimi işləyirdi. Yığmaların fərqli sistemə üz tutmasının nəticəsi əsas millidə özünü göstərirdi. Neçə-neçə futbolçu əsas komandaya çatmamış itib-batırdı. Heç kim bunun səbəbini anlamırdı. Niyə axı 17 və ya 19 yaşında diqqəti çəkən futbolçu əsas yığmaya çatmırdı? Çünki hər bir yığma öz bildiyi kimi işləyirdi”.
Vaqiq bəy əsas məqamları qabartdı: “Əslində bu fikri daha öncə demişəm, yenidən təkrarlamaq istəmirəm. Görürsən hansısa məşqçi deyirdi ki, hamıdan güclüyəm, hamıdan yaxşı işləyirəm. Ancaq bir nəfər zəng edib soruşmurdu ki, necə edək, siz nə məsləhət görürsüz? Hamı uşaq futbolundan danışır, ancaq baxırsan ki, bir futbolçu yetişdirməyib. Uşaq futbolunda təcrübəsi olmayanların bu sahədən danışmasını anlamıram. Həmin adam bir futbolçu yetişdirsin, sonra nə qədər istəyir danışsın. Gəlib yuxarıda oturub pullu komandada işləməklə belə fikir yürütmək lazım deyil. 3-4 il gözləyir, elə ki, pullu bir komanda tapdı, işləyir, pul qazanır. Pul qazanmaq başqa şeydi, uşaq futbolu başqa. Kimə lazımdısa, necə işləmək lazım olduğunu göstərə bilərəm. Hər kəs kimin necə işlədiyini bilir. Uşaq futbolunun mütəxəssisləri qıraqda qalıb. Bax, söhbət budu. Sovet vaxtından bu yana bizim ən böyük problemimiz futbolçu seçimi ilə bağlı olub. Seleksiya zamanı tanış-biliş, zəng söhbəti olmamalıdı. Soruşmamalısan ki, bu uşağın valideyni harda işləyir. Mən belə seçim etmişəm. Elə buna görə də Rəşad Sadıqov, Ceyhun Sultanov kimi yetirmələrim var. Nə qədər ki, dost-tanış seçimi ilə uşaqlar seçiləcək, futbolçu tapmaq çətin olacaq”.
Paşayev milli məşqçilərinə seçimdə diqqətli olmağı məsləhət gördü: “Rəşad Sadıqov, Vüqar Məmməd mənim yetirmələrimdi. Onlar necə işlədiyimi görüblər. Buna görə də xarakterimə bələddilər. Həm Rəşad, həm də Vüqarla söhbətim olub. Sadıqov özü daha öncə də deyirdi ki, uşaq futbolu pis vəziyyətdədi. Mən də onunla razılaşırdım. Vüqar daha öncə U-15-də işləyib. Bir neçə dəfə söhbət etmişik. Ancaq əvvəlkilər zəng etmirdilər. Görünür, uşaq futbolunu məndən yaxşı bilirlər. Bununla belə, aradan keçən müddətdə ortaya heç nə çıxmayıb. Aşağı yaş qruplarından bir nəfər əsas yığmaya çıxmırsa, tələb etmək lazımdı. Bu pullar, təlim-məşq toplanışları hara gedib? Bunları soruşmaq lazımdı. Mən Qurban Qurbanova inanıram. Həm insan, həm futbolçu, indi isə məşqçi kimi inam yaradıb. O digər millilərə elə baş məşqçilər seçməz ki, sonra başı ağrısın. Hesab edirəm ki, onun seçimi düzgündü. İstər Qurbanova, istərsə də qalan məşqçilərə uğurlar arzulayıram. Lakin bu gün onlardan nəsə tələb etmək düzgün deyil. Cavan məşqçilərdi, onlara da vaxt vermək lazımdı. Əsas odu ki, seçimdə diqqətli olsunlar. Məşqçinin birinci işi düzgün seleksiyadı. Millilərin oyunlarına gedib baxacam. Çünki iki yetirməm yığmanın baş məşqçisidi. Zəng edib məsləhət istəsələr, hər zaman hazıram”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar