14 dek 17:44aktual

Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu

Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu
Gələn ilin ilk toplantısı Antalyada keçirilə bilər
Dünən AFFA-nın inzibati binasında Klublar Komitəsinin (KK) 2017-ci ildə sonuncu iclası keçirildi. Komitə təxminən 4 aydan sonra bir araya gəldi. Belə ki, qurumun sonuncu toplantısı avqustda gerçəkləşmişdi. Səhər saat 10-da başlayan iclasda “Qarabağ”ın meneceri Asif Əsgərov, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov, “Neftçi”nin prezidenti Orxan Hüseynzadə, “Keşlə”nin icraçı direktoru Rəmiş Malıyev, “Sumqayıt”ın prezidenti Kamran Quliyev, “Kəpəz”in Müşahidə Şurasının üzvü İslam Abbasov, “Zirə”nin prezidenti Natiq İsmayılov və “Səbail”in icraçı direktoru Ramin Həsənov iştirak edirdi.
Tədbirdə əsas maraq doğuran məqam komitənin sədri vəzifəsinə kimin seçiləcəyi idi. Məlum olduğu kimi, Əsasnaməyə görə komitə sədrinin fəaliyyət müddəti bir ildi. Bu dönəm başa çatandan sonra posta yeni seçki keçirilməlidi. Qeyd edək ki, indiyə qədər bu postu Tuyqun Nadirov (Xəzər Lənkəran), Fikrət Hüseynov (AZAL) və Kamran Quliyev (Sumqayıt) tutub. Dünənki toplantı isə Kamran bəyin sədrliyi ilə keçirilən sonuncu iclas idi. Tədbirin qapalı keçən hissəsində danışılmış oyunlar və idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı müzakirələr aparılıb. Daha sonra Quliyev komitənin 1 illik fəaliyyəti barədə çıxış edib.
Təxminən birsaatlıq müzakirələrdən sonra jurnalistlər toplantının keçirildiyi zala dəvət olundu. Məqsəd komitəyə sədrlik edəcək şəxsin seçiminin şəffaf şəkildə aparıldığını göstərmək idi. Öncə onu qeyd edək ki, bundan sonra KK-nin əlaqələndiricisi funksiyasını Zaur Hacı-Məhərrəmov yerinə yetirəcək. O dünən debüt etdi. Kamran bəy əvvəlcə jurnalistləri salamladı, ardınca budəfəki seçkidə namizədliyinin irəli sürülməməsi ilə bağlı komitə üzvlərindən xahiş etdiyini dilə gətirdi. Ardınca səsvermə başladı. Hər kəs namizəd gördüyü şəxsin yox, onun təmsil etdiyi klubun adını zərfə qoyub Hacı-Məhərrəmova təqdim edirdi. 8 səsdən 7-ni qazanan Orxan Hüseynzadə komitəyə sədr seçildi. Bununla da “Neftçi”nin prezidenti qurumun 4-cü rəhbəri oldu. Qalan 1 səs isə Natiq İsmayılova verilmişdi. Onun sələfi, eyni zamanda komitə üzvləri Hüseynzadəni təbrik etdilər. Orxan bəy isə təşəkkürünü bildirdi, komitədəki işini yüksək səviyyədə görmək üçün əlindən gələni edəcəyini söylədi. Bundan başqa, o KK-nın növbəti ildəki ilk toplantısının Antalyada gerçəkləşdirilməsini istədiyini dilə gətirdi. Təbii ki, hamı orda olacağı halda bunun baş tutacağı qeyd edildi. Əslində KK fəaliyyətdə olduğu birinci ildə önəmli addımlar atmış, bəzi qərarların verilməsinə nail olmuşdu. Ancaq tədricən qurum sanki formal fəaliyyət göstərir. Bu isə o deməkdi ki, Hüseynzadə komitəni yenidən dirçəltmək üçün nələrsə etməlidi. Hər halda, onun rəhbərlik etdiyi dönəmdə qurumun necə fəaliyyət göstərəcəyi zamanın işidi.
Sonda Kamran bəy il ərzində baş tutan toplantıları müntəzəm şəkildə işıqlandırdığına görə media nümayəndələrinə təşəkkür etdi. “Sumqayıt”ın prezidenti daha sonra hər kəsin qarşıdan gələn bayramlarını təbrik etdi, 2018-ci ilin uğurlu olmasını arzuladı, ölkəmizə sabitlik, ailələrə isə cansağlığı dilədi. Bununla da KK-nin 2017-ci ildəki son iclası başa çatdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar